Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır?

By Vüsal Rafiqoğlu
03.06.2025 5 Min Read

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvəsi bu şəhərimizdə keçiriləcək – ekspert Azərbaycanın bu platformada rolundan danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvəsini müzakirə edib. Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.

“Hər iki nazir 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İƏT Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, – press-relizdə diqqətə çatdırılıb.

Qeyd edək ki, İƏT-in 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq

Qeyd edək ki, 2023-cü ilin noyabrında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib.

Beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkili əlamətdar hadisədir. Bu həm də Xankəndini diqqət mərkəzinə gətirir. 30 ildən çox separatizmə yuva olmuş bu Azərbaycan şəhərində heç bir rəsmi tədbir və yaxud beynəlxalq konfrans keçirilməyib. Ordumuz şəhəri xunta rejimindən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub.

1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Təşkilatın məqsədi davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsidir.

Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra – 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

2023-cü ilin yanvarında təşkilata sədrlik Özbəkistandan Azərbaycana keçib.  Azərbaycan “İƏT-ə üzv dövlətlər arasında ticarət əməkdaşlığına dair Çərçivə Sazişi”, “İƏT regionunda tranzit nəqliyyat haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” kimi sazişlər imzalayıb. Bu sazişlərin məqsədi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirmək və daxili ticarəti inkişaf etdirməkdir. Nazirlər Şurasının 21-ci iclasında Bakıda İƏT Araşdırma Mərkəzinin yaradılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, son illərdə dünyada regional əsaslı birliklərin  fəallaşması və əhəmiyyətinin artması müşahidə olunur. Eyni coğrafi məkanda yerləşən dövlətlərin sərhəd və milli yaxınlığı əməkdaşlıq üçün geniş perspektivlər açır. Sərhədyanı regionların inkişafı, beynəlxalq ticarətə inteqrasiya, nəqliyyat və tranzit sahələrdə əməkdaşlıq iqtisadi inkişafa, mehriban qonşuluğa və fövqəladə vəziyyətlərdə qarşılıqlı yardıma yüksək imkanlar yaradır.

Hazırda İƏT-ə üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir. İƏT üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.

Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Belə ki, Bakı Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirir. Ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Regionda marağı olan və faktiki rəqabət aparan Avropa İttifaqı, ABŞ və Çinin dəstəyini əldə edən layihənin inkişaf perspektivləri çox yüksək qiymətləndirilir.

Eyni zamanda Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə Avropaya yaşıl enerji dəhlizinin yaradılması üzərində işləyir. Üç ölkə arasında ötən ilin mayında bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ötürülməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan İranla Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində uğurla əməkdaşlıq edir. Zaman-zaman yaranan fikir ayrılıqları və soyuqlaşmalara baxmayaraq, ölkələr arasında ticarət-iqtisadi əlaqələr dinamikdir. Maraqlıdır ki, Şimaı-Cənub Nəqliyyat Dəhlizinin əsas komponentlərindən biri olan Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin tikintisi məsələsi 2012-ci ildə İƏT çərçivəsində prioritet layihələrdən biri kimi tövsif edilib.

Nəhayət, Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri ictimai-siyasi, sosial, mədəni və iqtisadi həyatın bütün sahələrində yüksək sürətlə inkişaf edir. 44 günlük Vətən müharibəsi dövründə hər iki ölkənin Azərbaycana verdiyi birmənalı dəstək bu ilin mayında Hindistanın aqressiyası ilə üzləşən Pakistana münasibətdə Azərbaycan və Türkiyə tərəfindən sərgilənib. Ötən həftə Pakistanın baş naziri və Türkiyə Prezidenti Azərbaycana gəlib, Şuşada üç dövlətin rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli zirvə görüşü keçirilib, qarşılıqlı əməkdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlik mühüm qərarla qəbul edilib.

İƏT üzvü olan ölkələrdən İran, Pakistan və Əfqanıstan istisna olmaqla, qalanlarla Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də dərin əməkdaşlıq əlaqələrinə malikdir.

Ticarət sahəsində Azərbaycan İƏT-in Ticarət və İnvestisiya Palatası (ECO CCI) vasitəsilə üzv ölkələr arasında ticarət maneələrinin aradan qaldırılmasına və qarşılıqlı investisiya imkanlarının artırılmasına dəstək verib. İƏT çərçivəsində azad ticarət sazişlərinin hazırlanması və gömrük prosedurlarının sadələşdirilməsi kimi təşəbbüslər Azərbaycanın iqtisadi maraqlarına xidmət edir. Ölkənin ixrac potensialı, xüsusilə qeyri-neft sektorunda, İƏT bazarlarında genişlənməyə imkan yaradır. Kənd təsərrüfatı məhsulları, sənaye malları və turizm sektoru Azərbaycanın İƏT ölkələri ilə ticarət əlaqələrində mühüm yer tutur.

İƏT zirvələrinin tarixinə nəzər yetirsək, bu tədbirlərdə həmişə üzv ölkələrin dövlət rəhbərlərinin iştirak etdiyini görürük. Bu baxımdan, İran prezidentinin azad olunmuş Xankəndinə gəlişi mühüm hadisə hesab oluna bilər.

 Eldəeldeniz11.jpg (46 KB)niz Əmirov

İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, İƏT zirvəsinin Xankəndidə keçirilməsi daha çox siyasi mənaya malikdir: “Bunun iqtisadi yükündən daha çox siyasi yükü var. Azərbaycanın Xankəndi də daxil olmaqla, işğaldan azad olunmuş torpaqlarımız üzərində suveren hüquqlarının xüsusilə də region ölkələri, İran tərəfindən tanınması,  qəbul edilməsi baxımından tədbirin əhəmiyyəti böyükdür. Ümumiyyətlə, təşkilat iqtisadi əməkdaşlıq məqsədilə yaransa da, həmişə daha çox siyasi əlaqələr baxımından əhəmiyyətə malik olub. Elə buna görə də qırx ildən çox yaşı olsa da, üzv dövlətlərin iqtisadi inteqrasiyasında əhəmiyyətli rol oynaya bilməyib, dövlətlər daha çox iki və bir neçə tərəfli münasibətlər çərçivəsində əməkdaşlıq edirlər. Yəni təşkilat daxilində əməkdaşlıq mümkün potensialının az bir hissəsini əhatə edir.

Bu baxımdan, üzvlərin birgə görüşlərinin intensivləşdirilməsinə ehtiyac var. Eyni zamanda bu görüşlərin effektivliyinin artırılması üçün ölçüləbilən nəticələrin əldə olunması vacibdir. Təbii ki, siyasi baxımdan hazırkı şəraitdə Türkiyə, Azərbaycan və Pakistan arasında olan əlaqələrin üst səviyyədə olması, İranın da regionda Azərbaycanın mövqeyini son dövrlərdə açıq şəkildə dəstəkləməsi, hesab edirəm ki, perspektivdə İqtisadi Əməkdaşlıq Təşkilatının 40 il öncə yaranarkən qarşıya qoyduğu hədəflərə çatması üçün münbit şərait yaradır”.

E.Əmirovun sözlərinə görə, sədrlik Azərbaycana keçdikdən sonra təşkilatın fəaliyyətində ciddi canlanma müşahidə edilir: “Azərbaycan təşəbbüskar ölkədir. Heç vaxt hansısa təşkilata üzvlük xatirinə üzv olmur, hansısa birliyə rəhbərlik dövründə aktiv təşəbbüsləri ilə onun fəaliyyətini gücləndirir. Elə Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycanın bu qurumun inkişafına verdiyi töhfələri yada salmaq kifayətdir ki, ölkəmizin beynəlxalq müstəvidə üzərinə düşən öhdəlikləri necə böyük məsuliyyətlə icra etdiyini görmək mümkün olsun. Belə aktivliyi Azərbaycan BMT-dən başlayaraq, üzv olduğu 18 beynəlxalq təşkilat, tərəfdaşlıq etdiyi 12 beynəlxalq qurum çərçivəsində nümayiş etdirir: hər zaman təşəbbüskardır, müxtəlif problemlərin aradan qaldırılması istiqamətində konkret təkliflərlə çıxış edir, onların icrasına nail olur. Bu aktivlik İqtisadi Əməkdalıq Təşkilatına sədrliyi dövründə də açıq görünür”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyada anti-Azərbaycan isteriyası – daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya…

Next

ŞOK! Moskvanı bu DƏHŞƏTLİ SSENARİ gözləyir: Zelenskinin növbəti HƏDƏFİ ŞOK ETDİ: Putin ACİZ DURUMDA!

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv