Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İran nüvə silahından imtina edir? – blef, yoxsa…

By Vüsal Rafiqoğlu
03.06.2025 3 Min Read

Analitik: “Xarici işlər naziri çox söz deyir, əməldə SEPAH onun dediklərindən fərqli siyasət yürüdür”

“Rəsmi Tehran nüvə silahını qəbuledilməz sayır”. “Yeni Müsavat” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib. Bununla da o, ölkəsinin ABŞ-la danışıqlardakı mövqeyini təkrarlayıb: “Problem nüvə silahındadırsa, bəli, biz də bu növ silahı qəbulolunmaz hesab edirik. Bu məsələdə rəsmi Vaşinqtonun mövqeyi ilə razıyıq”.

Bu arada, “Röyters” MAQATE-nin hesabatına istinadən məlumat yayıb ki, İran gizli şəkildə nüvə proqramı həyata keçirib. Məlumatda deyilir ki, İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb, bu da 24 kiçik məhsuldar nüvə bombası üçün kifayətdir. Qeyd olunur ki, İran bununla nüvə proqramının yalnız dinc xarakter daşıdığına zəmanət verə bilməyəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla nüvə anlaşmasının yaxında olduğunu bildirib. Belədirmi? İranın nüvə obyektlərinə hücum planının təxirə salındığını və müharibə təhlükəsinin sovuşduğunu söyləmək olarmı? Doğrudanmı İran nüvə silahı yaratmaq hədəfindən vaz keçir, yoxsa bu bir taktiki gediş, blefdir?

Aydın Quliyev: Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb

 Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, İranın nüvə silahı istehsalı ilə bağlı məsələsi ziddiyyətlidir: “İran nüvə silahı istehsal etmək fikrində olmadığını dəfələrlə bəyan edib. Qərb ölkələri, ABŞ, İsrail və digərlərinin isə iddiası bundan ibarətdir ki, İran nüvə silahının yaradılmasına yaxındır və bu istiqamətdə çox dərin proses gedir. “Röyters”in yaydığı məlumat da yəqin buna əsaslanır. İran nüvə proqramından, uranın zənginləşdirilməsi proqramından imtina etmək fikrində deyil. Tehran bunu özünün haqqı hesab edir və bu məsələdə də Qərblə mövqeyində kəskin ziddiyyət var”.

A.Quliyevin sözlərinə görə, Qərb ölkələri belə hesab edir ki, İrana zənginləşdirilmiş uran lazımdırsa, onu başqa yerdə özləri istehsal edib bu ölkəyə verə bilərlər: “Ancaq İran belə hesab edir ki, özünün müstəqil bir dövlət olaraq uranın dinc məqsədlərlə zənginləşdirilməsi texnologiyası və sənayesi olmalıdır. Ona görə də İran özündə uranı zənginləşdirmə proqramına sahiblənməlidir. Bu məsələdə mövqelər bir-biri ilə o qədər kəskin şəkildə fərqlənir ki, Qərblə Tehranın nə vaxtsa razılığa gələcəyi mümkün görünmür. Birləşmiş Ştatların müdafiə naziri də bugünlərdə açıq şəkildə dedi ki, İranın uranı hətta bir faiz də zənginləşdirməsini istəmirik. Amma MAQATE-nin ortaya qoyduğu faktlar belə deməyə əsas verir ki, İranın təxminən yarım tona qədər 60 faiz səviyyəsində zənginləşdirilmiş uranı var”.

Ekspertin fikrincə, hazırda ABŞ-la İsrail İranın nüvə obyektlərinə zərbə endirməkdən çəkinir: “Çünki nüvə obyektlərinə vurulan zərbələrin region üçün hansı nəticələr yaradacağı bu başdan bəlli deyil. Üstəlik, bu güclər İranın uranın zənginləşdirilməsi proqramı və texnologiyasına malik olmasını həzm edə bilmirlər. Belə şəraitdə münasibətlərin uzun müddət gərgin qalacağını söyləmək mümkündür. Açığı, burada ABŞ-ın və İsrailin güzəştə gedəcəyi də real görünmür. Ona görə də diplomatik savaş davam edəcək. İran prosesləri uzatmaq, beləliklə uranın daha dərindən zənginləşdirilməsi ilə bağlı bir qədər vaxt əldə etmək fikrindədir”. Ekspertin qənaətinə görə, Tehranın nüvə obyektlərinə zərbə vurulacağı təqdirdə İranın hansı cavab tədbirləri görəcəyi həmin dövlətləri çəkindirir.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, nüvə proqramı məsələsində İranın verdiyi vəd və əməlləri arasında böyük fərq var: “Əvvəllər də belə hallar olmuşdu ki, İran rəsmiləri uranı zənginləşdirmədiklərini, yalnız müəyyən miqdarda tibbi məqsədlərlə zənginləşdirdiklərini deyirdilər. Ancaq həmin vaxt BMT-də peykdən çəkilən şəkillər yayılmışdı və o şəkillərdən ən azı iki mərkəzdə uranın zəngiləşdirilməsi çalışmalarının davam etdiyi aydın olmuşdu. İndi də buna bənzər faktlar üzə çıxır. Baxmayaraq ki, İran rəsmiləri bu gün də deyirlər uranı zənginləşdirmirlər, MAQATE-nin əlində yeni faktların olduğu barədə məlumatlar yayılır. İranda uranın zənginləşdirilməsi ilə bağlı birmənalı mövqe də yoxdur. İran xarici işlər naziri çox söz deyir, amma əməldə görürük ki, SEPAH onun dediklərindən fərqli siyasət yürüdür. SEPAH bu məsələdə də nə prezidentlə, nə də xarici işlər naziri ilə hesablaşmaya bilər. Ona görə də danışıqlarda irəliləyiş əldə olunmur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda vəfat edən tələbələrin sayı AÇIQLANDI

Next

Qeyri-sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv