Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Bu, sadəcə, köç deyil, həm də milli dirçəlişdir”

By Vüsal Rafiqoğlu
04.06.2025 3 Min Read

Politoloq Züriyə Qarayeva: “Qayıdış konsepsiyasının ən güclü tərəfi ondan ibarətdir ki, bu, gələcəyə yönəlmiş strateji baxışdır”

Qarabağa “Böyük Qayıdış” prosesi son bir həftədə Ağdam və Laçını əhatə etdi. Bu mərhələdə Ağdamın Kəngərli kəndinə 48 ailə – 206 nəfər köçürüldü. Ardınca Laçının Bəylik kəndinə ard-arda iki dəfə köç karvanları yola salındı.

Mayın 29-da Bəylik kəndində 41 ailə – 163 nəfər, 31-də isə, 38 ailə – 153 nəfər məskunlaşdı.

Beləliklə, 19 iyul 2022-ci il tarixindən cari ilin 27 may 2025-ci il tarixinədək 3632 ailə – 14480 nəfər işğaldan azad olunmuş ərazilərə köç edib. Bu da işğaldan azad olunandan sonra keçən zaman, görülən böyük bərpa-quruculuq işləri, çətin şəraitdə həyata keçirilən minatəmizləmə prosesi fonunda ciddi rəqəm sayılmalıdır.

Ağdam, Kəlbəcər ve Zəngilanda yeni məktəblər istifadəyə veriləcək.

“İlkin mərhələdə, yəni 2022, 2023 və 2024-cü illərdə görülən işlərin nəticələri artıq özünü göstərməyə başlayıb”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində keçirilən forumdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, növbəti illərdə onlarla məktəbin istifadəyə verilməsi planlaşdırılır: “Paralel olaraq, kəndlərdə onlarla məktəb istifadəyə veriləcək. Məsələn, cənab Prezidentin hər səfəri zamanı, demək olar ki, yeni bir məktəbin açılışı həyata keçirilir. İnanıram ki, növbəti tədris ilində istifadəyə verilmiş təhsil müəssisələrinin sayı 40-a çata bilər”.

Emin Əmrullayev vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 20-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir: “Həmin ərazilərdə 2200-ə yaxın şagird təhsil alır. Onların 300-ə yaxını məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Bu rəqəmlər hər gün artır”.

Nazir əlavə edib ki, artıq bir sıra məktəblər istifadəyə verilib və növbəti tədris ilində fəaliyyətə başlayacaq: “Bəzi məktəblər artıq açılıb, bəzilərinin isə yaxın zamanda açılışı gözlənilir. Bunlar arasında şəhər tipli məktəblər də var. Məsələn, Ağdam Zəngilan və Kəlbəcər şəhərlərində yerləşən məktəbləri qeyd edə bilərik. Bu, qürurverici bir prosesdir və düşünürəm ki, yaxın gələcəkdə biz artıq bu məktəblərin sayını hesablamağa belə ehtiyac duymayacağıq”.

Son olaraq, Qarabağa “Böyük Qayıdış” prosesinin davamı kimi, iyunun 3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanalları rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər Zəngilan və Cəbrayıla səfər ediblər.

Səfərdə iştirak edən politoloq Züriyə Qarayeva təəssüratlarını “Yeni Müsavat”la bölüşüb: “Qarabağa Qayıdış Konsepsiyası təkcə azad olunmuş torpaqlara fiziki dönüşü əhatə etmir. Bu, əslində xalqın yaddaşına, milli kimliyinə, hüquqa və ədalətə qayıdışıdır. Azərbaycan dövləti bu konsepsiyanı, sadəcə, bir köç proqramı kimi deyil, strateji, sosial və mənəvi dəyərləri özündə birləşdirən genişmiqyaslı bir quruculuq modeli kimi həyata keçirir. Bu prosesin miqyası və məqsədyönlülüyü onun ideoloji əsaslarını praktik mexanizmlərlə birləşdirən mühüm nümunəyə çevrilib.

Bir politoloq kimi mən də bu prosesin, sadəcə, müşahidəçisi deyil, həm də iştirakçısı olmuşam. Prezident Administrasiyasının Qarabağa təşkil etdiyi müxtəlif səfərlər çərçivəsində Xankəndi, Xocalı, Ağdərə, Laçın, Zəngilan və Cəbrayılda şəxsən olmuşam və gördüklərim mənə göstərdi ki, Azərbaycan dövləti Qarabağa qayıdışı kağız üzərində deyil, real həyatın içində və dövlət iradəsi ilə həyata keçirir.

Xankəndidə mülki dövlət idarəetməsinin bərpası, Xocalıda infrastrukturun yenidən qurulması, Ağdərədə təhlükəsizliyin təmin edilməsi və Laçında ağıllı yanaşmalara əsaslanan inkişaf konsepsiyaları bu bölgələrin hər birində həyatın planlı şəkildə geri döndüyünü göstərir. Zəngilan və Cəbrayılda isə artıq real məskunlaşma baş verib, sakinlər yeni evlərinə köçüblər və bu proses davam edir. Bütün bu mənzərələr Qarabağa qayıdışın “idarə olunan köç” deyil, həm də milli dirçəliş olduğunu təsdiqləyir.

Qayıdış konsepsiyasının ən güclü tərəfi ondan ibarətdir ki, bu, gələcəyə yönəlmiş strateji baxışdır. Bu torpaqlarda bərpa olunan hər bir məktəb, hər bir mədəniyyət ocağı, hər bir yol və enerji xətti Azərbaycanın bu bölgələri gələcək inkişafın mərkəzinə çevirmək istədiyini göstərir. Hədəf, sadəcə, torpağı qaytarmaq yox, bu torpaqda firavan və təhlükəsiz həyat təmin etməkdir.

Əldə olunmuş uğurlar, beynəlxalq standartlara uyğun şəkildə aparılan quruculuq, regionun ekoloji və demoqrafik xüsusiyyətlərinə uyğun planlaşdırma, yaşıl enerji və ağıllı kənd layihələri Azərbaycanın bu məsələyə nə qədər çevik, məsuliyyətli və uzaqgörən yanaşdığını sübut edir.

Qayıdış Konsepsiyası həm də milli həmrəyliyin gücləndirilməsi baxımından vacibdir. Çünki bu prosesdə müxtəlif ictimai-siyasi təbəqələr – partiyalar, media nümayəndələri, ziyalılar və vətəndaş cəmiyyəti – birlikdə iştirak edir. Bu, həm də siyasi dialoqun yeni mərhələyə keçdiyinin göstəricisidir”.

 Hazırladı: Cavanşir ABBASLI

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Eldar Mahmudovun bildiyi sirlər və ölkədən çıxmaq qadağası

Next

Qərbi Azərbaycan İcması – təkcə qərbi azərbaycanlılarınmı təşkilatıdır?

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv