Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda ömür qısalır – dünya üzrə 166-cı yerimiz

By Vüsal Rafiqoğlu
06.06.2025 4 Min Read

Ekspert: “Ölkədə insanlar orta hesabla 70 yaşa belə çatmırsa, deməli, bu, təkcə tibbi məsələ deyil…”

Azərbaycanda gözlənilən ömür uzunluğu dünyada ən aşağı səviyyələrdən biri olaraq qeydə alınıb. “Global Relocate” beynəlxalq təşkilatının yeni hesabatına əsasən, Azərbaycan 69.4 il göstəricisi ilə 197 ölkə arasında 166-cı yerdə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz ömür uzunluğu üzrə nəinki dünya üzrə, hətta regionda da ən geridə qalan ölkələrdən biri hesab olunur.

Hesabatda göstərilir ki, ən yüksək gözlənilən ömür uzunluğu Monakoda qeydə alınıb – 85.9 il. Ən aşağı göstərici isə 52.5 illə Nigeriyaya məxsusdur.

Azərbaycanla eyni göstərici (69.4 il) Rusiya və Qazaxıstanda da qeydə alınıb. Onlardan sonra gələn Türkmənistanda isə bu rəqəm bir qədər aşağı – 69.3 il olaraq müəyyən edilib.

BMT-nin İnkişaf Proqramı bu statistik göstəriciləri müxtəlif yaş qruplarında ölüm hallarını analiz etməklə hesablayır. Gözlənilən ömür uzunluğu səhiyyə xidmətlərinin keyfiyyəti, sosial müdafiə sistemi, təhsil səviyyəsi və ümumi yaşayış standartlarının göstəricisi kimi qəbul olunur.

NAXÇIVANDA YENİ HƏBSLƏRİN ANONSU - Yeni nazir əvəzi… | No Comment

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan dünyada gözlənilən ömür uzunluğuna görə nəinki inkişaf etmiş ölkələrdən, hətta region ölkələrinin əksəriyyətindən də geri qalır: “Ömrün uzunluğu yaşam keyfiyyətinin, səhiyyə sisteminin effektivliyinin, əhalinin rifah səviyyəsinin, təhsil və məlumatlılıq səviyyəsinin barometridir. Əgər ölkədə insanlar orta hesabla 70 yaşa belə çatmırsa, deməli, bu, təkcə tibbi məsələ deyil, həm də iqtisadi və sosial problemidir. Əhalinin gözlənilən ömrü aşağıdırsa, deməli, səhiyyə sistemi ya yetərsizdir, ya da əlçatmazdır. Azərbaycanda son illərdə səhiyyəyə külli miqdarda vəsait ayrılsa da, real nəticələr bunu təsdiq etmir. Özəl klinikalar çoxalır, amma əhalinin böyük hissəsi bu xidmətlərdən istifadə edə bilmir. Dövlət xəstəxanalarında isə keyfiyyətli xidmət hələ də istisna haldır. Sosial müdafiə sistemi də oxşar vəziyyətdədir. Pensiya yaşı artırılır, amma orta ömür uzunluğu 70-ə çatmır. Bu nə deməkdir? Vətəndaşın pensiya yaşına qədər yaşaya bilməməsi gözardı edilir. Başqa sözlə, vətəndaş ömrü boyu işləyir, ödəyir, amma sonda dövlətdən haqqını ala bilmir”.

Natiq Ələsgərov deyib ki, Birləşmiş Millətlər Təşkilatının da qeyd etdiyi kimi, gözlənilən ömür uzunluğu təkcə səhiyyə yox, həm də sosial rifahın, təhsilin və ümumi həyat səviyyəsinin göstəricisidir: “Gəlin etiraf edək ki, Azərbaycanda orta statistik ailənin yaşayış səviyyəsi, gəlir imkanları, stress səviyyəsi, qida keyfiyyəti və psixoloji rifahı ürəkaçan deyil. Bunların hamısı insan orqanizminə tədricən təsir edən faktorlardır. Ölüm halları, xüsusilə gənc yaşda baş verənlər, əmək miqrasiyası nəticəsində ölkədən çıxanların statistikada “itirilməsi”, səhiyyədə diaqnoz və məlumat sisteminin problemləri reallığın ortaya qoyulmasına xidmət etmir”.

Natiq Ələsgərov deyib ki, Azərbaycanla eyni göstərici Rusiyada və Qazaxıstanda da müşahidə olunur. Bu ölkələr də postsovet travması, sistemli problemlərlə üz-üzədir: “Gürcüstanda və ya Ermənistanda bu göstəricilər bir qədər yaxşıdır. Niyə biz hətta Türkmənistanla “burun-buruna” gedirik? Azərbaycanda sistemli islahatlar aparılmalıdır. Vətəndaşın real rifahı prioritet götürülməlidir. Ölkədə ömrün qısalması həyəcan zəngidir. Düzdür, hər kəs öz sağlamlığına cavabdehdir, amma dövlət də vətəndaşına cavabdehdir. Əgər bu ölkədə ömrün uzunluğu 69 ilə qədər qısalıbsa, bu, təkcə genetika və ya həyat tərzi ilə izah oluna bilməz. Bu, sosial  durumun bərbadlığının nəticəsidir”.

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a deyib ki, əgər bir cəmiyyətin insanları uzun yaşamırsa, bu, təkcə bioloji yox, həm də mənəvi-ictimai intihardır: “Çünki ömrün uzunluğu təkcə tibbin və ya genetikanın deyil, həm də ruhun, ümidin, ictimai dəyərlərin göstəricisidir. Azərbaycanın “Global Relocate” hesabatında 69.4 il gözlənilən ömür uzunluğu ilə 166-cı yerdə qərarlaşması faktı bizi bir daha düşündürməlidir. Bu rəqəm adi bir statistik göstərici deyil. Bu, insan kapitalı dəyərsizləşdirilən bir toplumun səssiz fəryadıdır. İnsan ömrü onun bioloji varlığı qədər sosial mənasını da daşıyır. Uzun yaşamaq yalnız nəfəs almaq deyil, bu, dəyərli yaşamaq, yaşadığı cəmiyyətin mənəvi gücündən qidalanmaqdır. Əgər bu cəmiyyətin fərdi ömrünü sevə bilmirsə, deməli, biz hələ cəmiyyət olmağı tam bacarmamışıq”.

Sosioloq deyir ki, Azərbaycanda son onilliklərdə baş verən dəyərlərin aşınması, kollektiv yaddaşın pozulması, ailə institutunun zəifləməsi və vətəndaş-məmur münasibətləri insanın iç dünyasına və ömrünə təsir edir: “İnsan yalnız orqanizmi ilə yox, ruhu ilə də yaşayar. Bu ruh isə hazırda yorğundur. Bəlkə də bir çox insan bu ömrün qısalmasını qida rasionu, ekologiya və ya səhiyyə ilə izah etməyə çalışacaq. Bəli, bunlar da mühümdür. Amma daha dərin səbəb sosial depressiyadır. Ümumi ümidsizlik var. Gənc gələcəyinə inanmır, yaşlı isə ötənlərə ağlayır. İctimai durum insana nəfəs deyil, yük verir. Sosial ədalətsizlik, işsizlik, sistemsizlik, məmur toxunulmazlığı, əxlaqi boşluq və mənəvi ifliclik səssizcə insanı içdən yeyən amillərdir. Bu, fiziki intihar deyil, mənəvi tərk etmə halıdır. İnsan bir gün qərara gəlir ki,  bu durumda ömrüm nəyə yarayır?”

Sosioloq mədəniyyətin və mənəviyyatın rolunu da qeyd edir: “Mədəni irsi, zəngin folkloru, dərin mənəvi kökləri olan bir xalq bu qədər qısa ömürlə niyə razılaşmalıdır? Çünki biz bu mirası yaşatmırıq. Cəmiyyət bəlkə də ən böyük səhvini burada edir. İnsanı sadəcə “fəhlə”, “vergi ödəyicisi”, “statistik rəqəm” kimi görür. Biz insana mənəvi yük yükləmirik, ona ümid vermirik. Məktəb  tənqidə qapalıdır, ailə maddi çətinlik içindədir, televiziya  şoudan ibarətdir, ictimai müzakirə isə susqundur. Bu şəraitdə insan niyə uzun yaşasın ki? Əslində bu 69.4 illik ömür təkcə az deyil, həm də tələsik yaşanmış bir ömürdür. İnsanlar nəfəs almadan yaşayır. Kreditlərlə, işsizliklə, təzyiqlə, riyakarlıqla, sosial maskalarla ömür sürür. Bu ömür insanın özü ilə dialoquna imkan vermir. Ona görə də bu rəqəmi dəyişmək üçün yalnız tibbi islahat yetərli deyil. Biz ictimai ömrü dəyişməliyik. İnsan özü üçün yox, dəyər üçün yaşamalıdır. Cəmiyyət insanı təkcə işlədən yox, düşünməyə, sevməyə və özünü axtarmağa təşviq edən bir sistemə çevrilməlidir. Əgər bir xalqın ömrü qısalırsa, bu, yaddaşın və ruhun susdurulmasıdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şeyxülislam: İrəvan Qazılığının bərpa edilməsinə Ermənistanın münasibəti bizi maraqlandırmır

Next

Paşinyan müxalifətə keçə bilər – İrəvanda hazırlıq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv