Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycanın NATO ilə treninqi kimlərin yuxusunu qaçırdı?

By Vüsal Rafiqoğlu
06.06.2025 2 Min Read

İnternetin Rusiya seqmentində əcaib reaksiyalar

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən treninqdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunur.

 “Bakı NATO-ya stavka etdiyini gizlətmir. Artıq söhbət formal əməkdaşlıqdan yox, blokun strukturlarına faktiki inteqrasiyadan gedir. Azərbaycan alyansın qüvvələri ilə əməliyyat planlaşdırır”.

İnternetin Rusiya seqmentində anti-Azərbaycan resurslarının birində məşğələlərə belə reaksiya verilib. Bu cür qərəzli mövqelərdə sanki belə rəy yaradılır ki, guya Bakı ilə NATO  Moskva ilə münasibətlərdə yaranmış gərginlikdən sonra əməkdaşlığa başlayıblar. Bəllidir ki, Azərbaycanla NATO arasında çoxillik əməkdaşlıq çərçivəsində həm nəzəri, həm də praktiki olaraq kifayət qədər tədbirlər keçirilir ki, onların təşkili üçün suveren dövlət kimi Azərbaycan üçüncü tərəfdən razılıq almağa borclu deyil. Bundan əlavə, Azərbaycan hərbi bloklardan kənarda qalmaq statusuna sadiqdir və bu qəbildən olan ittihamlar gülünc görünür.  Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasətin amillərindən biri kimi 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” sənədini imzalamaqla  NATO ilə qarşılıqlı əməkdaşlığa  başlayıb. Azərbaycan-NATO tərəfdaşlığının əsas istiqamətləri siyasi dialoq, sülhməramlı əməliyyatlar, terrorizmlə mübarizə, təhlükəsizliyin təmin edilməsi və müdafiəyə xüsusi önəm verilməklə praktiki əməkdaşlıqdır. Bütün bu məqamlar Azərbaycan tərəfindən 30 il əvvəl bəyan edilib və heç vaxt məxfilik təşkil etməyib. Görünür, Rusiyadakı bəzi dairələr Azərbaycana qarşı kin-küdurətini büruzə vermək üçün hər bir fütsətdən istifadə edir.

Vaxtilə NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olan, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın daim hər kəsə qarşı düzgün siyasət yeritdiyini bildirdi: “Əlbəttə ki, Azərbaycanın istənilən uğurlu və müstəqil addımı müəyyən dairələrdə dərhal paxıllıq, qısqanclıq hissini alovlandırır və belə olan halda kimin ağlında özünə sərf edən, özünün ağlı kəsdiyi nə versiya varsa, anındaca irəli sürür. Hərgah, reallıq tam başqadır,  gözlə görünən qədər şəffafdır və qayə etibarilə də ondan ibarətdir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı uzun illərə söykənən bir prosesdir və həmin əməkdaşlıq özündə heç bir zaman separat niyyətləri, kiməsə acıq vermək arzusunu, demarş kursunu ehtiva etməyib. Əksinə, bizim strategiyamız yetərincə aydındır, izahlıdır və əsaslandırılmışdır. Yəni, Azərbaycan kiminlə əməkdaşlıq edirsə, bunu daim kişiyanə edir, açıq edir, rəsmi dövlət siyasətinin platforması səviyyəsində edir və buna görə də Rusiyadakı bəlli – qərəzli seqmentin Azərbaycan – NATO münasibətlərində hansısa qara məqsədlər axtarması, mövzunu kontekstdən çıxarma cəhdləri tamamən absurd və yolverilməzdir. NATO məgər yeni söhbətdir? Bizim NATO ilə əməkdaşlığımız məgər indi başlayıb? Yox, təbii. Bu təmaslar 1994-cü ildən, “Sülh naminə tərəfdaşlıq” sənədi  imzalanandan bəri var və Azərbaycan tərəfi də hər zaman məlum əməkdaşlığa, münasibətlərə hörmətlə yanaşıb.

Ayrıca, biz hərbi bloklarla bağlı mövqeyimizi çoxdan müəyyənləşdirmişik və KTMT-yə, digər hərbiləşmiş təşkilatlara deyil, məhz NATO-ya doğru istiqamətlənmişik. Ona görə də Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə bərabər müştərək treninq keçirməsində kimsə alt məqsədlər axtarmamalı, mövzunu başqa yerlərə doğru istiqamətləndirməməlidir. Bu, təbii, normal bir prosesdir və ortalıqda da heç bir gizlin məqsəd-filan yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan PUA-larla mübarizəyə hazırmı?

Next

Kəndlərdə işıq-qaz 3 dəfə ucuzlaşsa…

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv