Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan dövlətçiliyinin xilas günü – 15 iyun 1993-cü il

By Vüsal Rafiqoğlu
11.06.2025 3 Min Read

Müstəqilliyimizin ilk illərində respublikada daxili siyasi vəziyyət gərgin idi və dərin hakimiyyət böhranı yaranmışdı. Ermənilər Rusiya hərbiçilərinin köməyi ilə Qarabağda irimiqyaslı hərbi əməliyyatlar keçirir və azərbaycanlıları buradan qovub çıxarırdılar. Ermənilər heç bir beynalxalq müqavimətə rast gəlmir, Rusiyanın himayəsini açıq aşkar hiss edərək daha da azğınlaşırdılar.

Azərbaycan hərbi hissələrində isə bir sıra ciddi nöqsanlar mövcud idi. Belə ki, orduya müxtəlif siyasi qüvvələrin təsiri var idi. Orduda nizam-intizam yaratmaq mümkün deyildi. Professional hərbçilər çatışmırdı. Hərbi hissələrə pozuculuqla məşğul olan satqınlar soxula bilmişdi. Güclü informasiya axınına yol verilirdi. Orduda korrupsiya baş alıb gedirdi. Fərariliyə qarşı mübarizə yox dərəcəsində idi. O zaman hakimiyyət boşluğunun yaranmasının nəticəsində XX əsrin ən böyük faicələrindən biri olan Xocalı qırğını baş verdi. Bu faciə ölkədə siyasi gərginliyi daha da artırmışdı. Hakimiyyəti ələ keçirməyə çalışan qüvvələr respublikada siyasi vəziyyəti daha da gərginləşdirirdilər. Xalqın səbir kasası dolmuşdu. Xalq Heydər Əliyevin hakimiyyətə qayıtmasına xilas yolu kimi baxırdı. Xalq konstitusiyada prezident seçkilərində yaş senzini dəyişməyi tələb edirdi.

Maddi-texniki və ictimai bazası zəif olan silahlı qüvvələrin bir-biri ilə çəkişməsinin növbəti qurbanı Şuşa və Laçın oldu. Hazırlıqsız zabitlərin, hərbi rabitənin bərbad vəziyyətdə olması və döyüşçülərin çoxunun məzuniyyətə buraxılması, intizamsızlıq Şuşanın süqutuna və onun ardınca hərbi hissələrin Laçını tərk etmələrinə səbəb oldu. Bu hal respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi.

Davam edən qarşıdurmalar və silahlı toqquşmalardan sonra AXC silah gücünə hakimiyyəti ələ keçirdi. Xalq cəbhəsinin hakimiyyəti ələ keçirməsi bu təşkilatın daxildən daha da parçalanmasına səbəb oldu və siyasi arenaya yeni partiya və hərəkatlar atıldı. 1993-cü ilin ortalarında artıq 30-dək siyasi partiya fəaliyyət göstərirdi. Həmin partiyaların marağını nəzərə almamaq AXC-ni bir az da zəiflədirdi. Güc orqanlarına nəzarətin itməsi ölkədə qanunsuzluq, hərc-mərcliyə gətirib çıxartmışdı. Torpaqlarımız da hissə-hissə işğal altına düşürdü. Xalq bütün ümidini dünya səviyyəli dahi siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevə bağlamışdı. Heydər Əliyevin Naxçıvanda müstəqil, cəsarətli siyasət yeritməsi xalqın diqqətini cəlb edir, Ona ümidləri artırırdı. Xalq cəbhəsi üzvləri arasında didişmə və satqınlıq isə cəbhədəki vəziyyətə mənfi təsir göstərirdi. Gəncə hadisələri vəziyyəti daha da gərginləşdirmişdi. İqtidar artıq hərbi müxalifətin qarşısını ala bilmirdi. Cənubda və Şimalda hərbi qüvvələr təxribatlar törədir, hakimiyyəti ələ almağa çalışırdılar. Respublika parçalanmağa başlamışdı. Ölkənin qabaqcıl ziyalıları vətəndaş müharibəsinin başlanacağını hiss edirdilər. Bu fəlakətin qarşısını almaqdan ötrü ölkənin sağlam qüvvələri, hətta AXC hakimiyyəti Heydər Əliyevi təkidlə Bakıya dəvət edirdilər.

Heydər Əliyev xalqın ağır günündə bu dəvəti qəbul edərək Bakıya gəldi və vətəndaş müharibəsini dayandırmaq üçün əlindən gələni etdi. Gəncədə danışıqlar apararaq hərbi müxalifəti neytrallaşdıra bildi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin qərarı ilə 1997-ci ildən bu gün böyük əhval-ruhiyyə ilə bayram kimi qeyd edilir.

O dövrün tarixini Qurtuluş hərəkatının başlanmasını xronoloji ardıcıllıqla araşdırarkən tam məsuliyyətlə demək olur:

Milli Qurtuluş Günü – Azərbaycan dövlətçiliyinin xilas günüdür.

Milli Qurtuluş Günü – Azərbaycan dövlətçiliyinin ölüm dirim mübarizəsi günüdür.

Milli Qurtuluş Günü – müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi inkişafında mühüm rol oynayan tarixi bir gündür.

Milli Qurtuluş Günü – Respublikada ictimai-siyasi böhranın aradan qaldırılması və ölkəmizin inkişafının təməlinin qoyulduğu bir gündür.

Milli Qurtuluş Günü – xalqımızın mənafelərini təmin edən, sivil bir cəmiyyətin qurulmasında həlledici rol oynayan bir gündür.

Milli Qurtuluş Günü – həyatın bütün sahələrinin tərəqqisi və dirçəlişinin bünövrəsinin qoyulduğu bir gündür.

Milli Qurtuluş Günü – Azərbaycanın sabitliyə, əmin amanlığa, demokratiyaya qovuşduğu bir gündür.

Milli Qurtuluş Günü –  Azərbaycanın bu gününü və sabahını müəyyənləşdirdiyi bir gündür.

Milli Qurtuluş Günü – xalqımızın bütövlüyünün, həmrəyliyinin, milli birliyinin təmin edildiyi bir gündür.

İqbal Əmənullayev,
YAP Lənkəran rayon təşkilatının sədri,
tibb üzrə fəlsəfə doktoru, dosent

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Katolikosu kimlər seçir? Subaylıq andı nədir? – II Qareginə çevrilmiş Ktriç Nersisyanın bioqrafiyası

Next

SOS: Azərbaycanda qadınlara zorakılıq artıb – qorxunc statistika

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv