Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dron müharibəsi sərhədimizdə – biz də hazır olmalıyıq

By Vüsal Rafiqoğlu
11.06.2025 3 Min Read

Hərbi ekspert: “Azərbaycan Ordusunda PUA-lara qarşı mübarizə üçün də müvafiq arsenalı mövcuddur, peşəkar kadrlarımızın sayı da artırılmalıdır” 

Davam edən Ukrayna müharibəsi,  iyunun 1-də Rusiyanın strateji aerodromlarına hücum PUA-ların müasir ordunun əsas sütunlarından birinə çevrildiyini bir daha təsdiqlədi. Müasir ordular  PUA-lar olmadan mümkün deyil. 2024-cü ildə Avropada müdafiə xərcləri 17 faiz artaraq 693 milyard dollara çatıb ki, bu da “soyuq müharibə”nin bitməsindən bəri rekord göstəricidir.

Avropa Birliyi növbəti dörd il ərzində yeni müdafiə və hücum silahlarının hazırlanması üçün 800 milyard avroya qədər büdcə ayırıb. Avropa ölkələri müdafiə potensialında əsas prioritet olaraq PUA istehsalını da nəzərdə tutur. ABŞ süni intellektdən istifadə edərək yüksək texnologiyalı PUA-lar hazırlamağa davam edir, Trampın fantastik trilyonluq “Qızıl Günbəz” layihəsi həm də ölkəyə PUA hücumlarının qarşısını almağı hədəfləyir. İsrail də  bu sahədə istehsal etdiyi ağıllı dronlarla  məşhurdur. Türkiyə də dünya bazarını effektiv hücum və kəşfiyyat aparatları ilə fəal şəkildə təmin edir. Qərb Ukrayna müharibəsində ayılıb ki, sən demə, texnologiya sanksiyaları altında olan İran ucuz və ölümcül PUA istehsalında rəqiblərini xeyli geridə qoyub. Ukraynanı isə hazırda PUA-larla Böyük Britaniya və Almaniya təmin edir, özlərinin yerli istehsalı haqda dəqiq bilgi yoxdur. Bəzi hesablamlamalara görə, PUA-lar hərbi əməliyyatlar və ya genişmiqyaslı müharibə zamanı düşmən hədəflərinin demək olar ki, 80%-nin məhv edilməsini təmin edə bilər. Heç bir ordu birləşməsi PUA-lar kimi təkbaşına bu cür effektli ola bilməz.

Daha bir vacib məsələ  PUA-lara  xidmət və istifadə edə bilən kifayət qədər ixtisaslı mütəxəssislərin olmasına diqqət ayırmaqdır. Yəni PUA almaqla iş düzəlmir, onu hədəfə doğru yönləndirmək də artıq xüsusi kadrlar tələb edir.  Azərbaycanın sərhədlərinin ümumi uzunluğu 3370,4 kilometrdir. Bunun 2657,4 kilometri quru, 713 kilometri isə dənizdir. Azərbaycana qonşu ölkədən hələ ki narkotik yüklü PUA uçur. Bunun qarşısını almaq sərhədçilərimiz üçün çətin görünmür. Amma biz də bomba yüklü PUA-larla mübarizəyə necəsə, amma mütləq hazır olmalıyıq. Çünki Ermənistanla sülh müqaviləmiz yox, ətrafımızda isə bədxahlarımız çox…

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, ilk dəfə PUA-lardan məhz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində istifadə eləyib və nəticə də məlumdur: “PUA-ların və onları idarə edən mütəxəssislərin müharibədə qələbəmizdə mühüm rolu oldu. Hərbi hədəflərin zərərsizləşdirilməsində PUA-larımız mükəmməl idarə olundu. Bu faktın özü Azərbaycan Ordusunda PUA-ların və onların mütəxəssislərinin səviyyəsinin göstəricisi idi. Yaşadığımız əsr müharibə meydanında PUA-ların ön sıraya və ən həlledici əhəmiyyətə sahibləndiyi əsrdir. Azərbaycan dövləti, müdafiə sənayesi də bunu öncədən görürdü və hazırlıqlarını aparırdı. Azərbaycan Ordusunun silah arsenalında artıq xeyli vaxtdır PUA-lar yer alır. Eyni zamanda Azərbaycan Ordusunda PUA-lara qarşı mübarizə üçün də müvafiq arsenal mövcuddur. Azərbaycan həm də PUA hücumlarından qorunmaq üçün də tədbirlərini görüb və görür. PUA hücumundan müdafiə sistemi get-gedə daha da mükəmməlləşdiriləcək. Şübhəsiz ki, sistemli fəaliyyət tələb edən bu işin əsas hissələrindən biri bacarıqlı kadrların hazırlanmasıdır. Kadrlarımız, dediyimiz kimi, var. Amma sayını artırmalı və peşəkarlıq səviyyələrini daha da yüksəltməliyik. Çünki dünyada silah istehsalçıları silahları, o cümlədən PUA-ları hər il təkmilləşdirirlər. Bu tendensiyanı nəzərə almalıyıq. Prosesdən geri qalmaq olmaz. Avropa ölkələrinin, hələ də sülh müqaviləsi imzalamaqdan yayınan qonşumuz Ermənistanın orduya ayrılan büdcəni artırması faktı da Azərbaycan Ordusunun bütün istiqamətlərdə daha da gücləndirilməsi və bu prosesin davamlı edilməsini şərtləndirir”.

Ekpsert qeyd etdi ki, hərbi sənayemizi müasir silahların istehsalı ilə zənginləşdirməliyik, PUA-lara qarşı yüksək səviyyədə mübarizə cihazlarının istehsalı məsələsinə, eyni zamanda insan resursu, peşəkar kadr məsələsinə də çox ciddi yanaşılmalıdır: “Müasir silahları idarə edən kadrlarımız çox olmalıdır.  Sərhədlərimizin qorunması istiqamətində ən ciddi uğurlara biz ordumuzun arsenalında PUA hücumundan müdafiə sistemini daha da mükəmməlləşdirməklə nail olmalıyıq. Eyni zamanda ordumuz dünyanın ən müasir PUA-larını əldə etməlidir. Dünya ilk dəfə Azərbaycanın 2020-ci ildə dron müharibəsi aparmasının effektivliyini gördü. Məhz bundan sonra dünya ölkələri öz ordularının silah arsenalında PUA-lara xüsusi yer ayırmağa başladı. Bu gün Ukrayna Rusiya kimi nəhəng ölkəyə məhz dronlarla ağır zərbələr vurur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

XTQ-də dörd ölkə ilə birgə xüsusi təyinatlıların təliminə hazırlıq müzakirə edildi

Next

DİN vətəndaşlara çağırış etdi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv