Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Vətəndaş öz evinə “kupça” ala bilmir – PROBLEMİ YARADAN HANSI QURUMLARDIR?

By Vüsal Rafiqoğlu
11.06.2025 3 Min Read

İllərdir ki, Bakıətrafı kənd və qəsəbələrdə insanlar eyni bəlaya düçar olublar – torpaq sahələrinə “kupça” ala bilmirlər. Çünki dövlət orqanlarının yol verdiyi texniki səhvlərə görə torpaq sahələrinin sərhədləri xəritədə bir-birinə qarışıb.

Son acı nümunə Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşanıb. Burada yaşayan sakinlərin “Qafqazinfo” vasitəsilə etdiyi şikayətlər bir daha sübut edir ki, problemin kökü dərindədir və təəssüf ki, hətta Prezidentin verdiyi sənədləşmə fərman və sərəncamları belə bu yanlış idarəçiliklə toqquşur və nəticəsiz qalır.

Vətəndaşın torpağı başqasının sənədində – bu necə ola bilər?

Məmmədli sakinlərinin torpaq sahələrinin koordinatları sənəddə başqa ünvana “gedib”. Başqa sözlə desək, çıxarışı, planı, ölçü sənədi olan torpaq faktiki yerdə həmin ölçüyə düşmür. Çünki kağızdakı və real torpaq üst-üstə gəlmir. Nəticədə vətəndaş min bir əziyyətlə tikdiyi, illərlə yaşadığı evə nə “kupça” ala bilir, nə də öz adına ünvan qeydiyyatına düşə bilir. Səbəb isə budur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ bu koordinat səhvini özü etiraf edir. Və bunu da bildirir ki, “təqsir ilkin alqı-satqı zamanı yerində tanıtmanın aparılmamasındadır”.

Yəni dövlət qurumu özü səhv edib, amma cəzasını vətəndaş çəkir.

İllərdir ki, Azərbaycan Prezidenti İlham Əliyev sənədsiz torpaq sahələrinin və fərdi yaşayış evlərinin leqallaşdırılması üçün fərmanlar imzalayıb.

2011-ci il, 27 aprel tarixli 429 nömrəli Fərmanda deyilir:

“Azərbaycan Respublikasında bəzi çoxmənzilli yaşayış binalarının istismarına icazənin verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman sənədsiz binaların leqallaşdırılması üçün əsas sənəddir.

2019-cu il, 19 fevral tarixli 506 nömrəli Fərmanda isə deyilir:

“Bəzi torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən, sənədsiz evlər və torpaq sahələri üçün mülkiyyət sənədlərinin alınması sadələşdirilməli idi.

2022-ci il, 23 noyabr tarixli 1859 nömrəli Sərəncam.

Dövlət başçısı Bakı və Abşeron yarımadasında mövcud olan sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirilməsi üzrə İşçi Qrup yaradıb. Əsas məqsəd bütün belə evlərin leqallaşdırılmasıdır. Leqallaşma isə tısbağa sürətini də keçmir. Bu fərman və sərəncamların icrasına aidiyyəti olan dövlət qurumları sadəcə bu məsələyə olduqca etinasız yanaşırlar. İnzibati məhkəmələr Azərbaycan vətəndaşlarının “kupça” davaları içində itib-batır. 1 “kupça”nın alınması 3 il müddət və bir ətək pula başa gəlir…

Dövlət başçısının bu mövzuda imzaladığı bütün fərman və sərəncamlar vətəndaşın uzun illərdir qanunsuz və qeyri-müəyyən statusda yaşamasına son qoyulmasına hesablanıb. Çünki əmlakın hüquqi statusu olmadan vətəndaş nə evini sata, nə girov qoyub kredit götürə, nə də varislərinə rahat şəkildə ötürə bilir.

Bu gün Məmmədli sakinlərinin real həyatı bu sənədlərə ziddir. Çünki orada dövlət səhv edib və bu səhvi düzəltməyə nə iradə, nə də real plan var.

Bəs baş verənlərə görə kim məsuliyyət daşıyır?

NATİQ.jpg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır:

“Əgər dövlətin səhvi nəticəsində hüquq realizə edilə bilmirsə, dövlətin məsul orqanı, bu halda Əmlak Məsələləri Dövlət Xidməti həmin səhvi düzəltməyə borcludur. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-cu maddəsi deyir ki, müraciətlər üzrə cavab qəti olmalı, problemin həll yolları göstərilməlidir. Sadəcə “araşdırılacaq”, “gələcəkdə baxılacaq” cavabı qanun pozuntusudur. Bundan başqa, Prezident fərmanlarının yerinə yetirilməsi məsul icra hakimiyyəti orqanlarının birbaşa vəzifəsidir.

Bu cür problemlə üzləşən hər bir sakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə (mülki hüquqların müdafiəsi yolları) əsaslanaraq məhkəməyə müraciət etməklə Əmlak Məsələləri Dövlət Xidməti üzərinə koordinat səhvinin düzəldilməsi öhdəliyinin qoyulmasınəı tələb edə bilər”.

N. Ələsgərov bildirib ki, vətəndaşlar Prokurorluğa müraciət etməklə vəzifəli şəxsin səhlənkarlığı səbəbindən zərərin yaranmasına görə tədbirlərin görülməsini tələb edə bilər:

“Bundan başqa, vətəndaşlar Ombudsmana müraciət etməklə yaşayış hüququ və mülkiyyət hüququ pozulmasının tanınması haqqına malikdir. Bu, təkcə Məmmədli qəsəbəsində yaşanan problemi deyil. Masazırda, Hökməlidə, Sarayda, Binədə minlərlə insan bu “kağız səhvlərinin” qurbanıdır. Dövlət bu texniki səhvləri aradan qaldırmadan Prezidentin sənədsiz evlər haqda bütün fərmanları icrasız qalacaq. Vətəndaş faktiki olaraq dövlət tərəfindən evsiz sayılır, çünki onun torpaq sahəsi sənədlərdə başqasının adına çıxır. Bu isə sosial partlayışa aparan real təhlükədir.

Bu problemin yeganə çıxış yolu dövlət səviyyəsində Məmmədli və digər ərazilərdə təkrar kadastr və xəritəçəkmə işlərinin aparılmasıdır. Bu olmadan nə Prezident fərmanları, nə də vətəndaşın çıxarışı real qüvvəyə minəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ABŞ-nin Bakıdakı Konsulluğunun fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA – ÖZƏL

Next

ŞOK: Njde yeni, saxta “dövlət katibi” oldu – Bakıda məhkəmə gedirkən…

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv