Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Kupça” sabotajı nə vaxt bitəcək? – Deputat yarım milyon vətəndaşın problemindən danışdı

By Vüsal Rafiqoğlu
12.06.2025 3 Min Read

Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, regionlarda bu say daha da çoxdur:

“Sənədsiz evlərin sığortalanması da mümkün olmur. Misal olaraq, payız-qış mövsümündə güclü yağışlar səbəbindən Sabunçuda çox sayda evlər subasmaya məruz qaldı. Yaşayış sahələrinə ciddi ziyan dəydi. Həmin ərazidə 30-dan artıq zərərçəkənlə görüşdük, amma heç bir dəstək göstərə bilmədik. Çünki evlərinin sənədləri yox idi”.

Deputat əlavə edib ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması vəziyyəti daha da acınacaqlı edib:

“Həmin evlərin böyük əksəriyyəti Balaxanı neft buruqlarından çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Sənədsiz evlərin problemi öz həllini tapmalıdır”.

Deputat Arzuxan Əlizadənin söylədikləri vətəndaşların köhnə yarasına yenidən duz səpdi.

Deputat doğru qeyd edir ki, sənədsiz evlərin sahibləri nə sığorta ala bilir, nə dövlət dəstəyindən yararlana bilirlər.

Yağış yağır, evləri su basır, neft buruqlarından gələn çirkli sular həyətlərini doldurur, amma heç kim kömək etmir. Çünki “kupça” yoxdur.

Bəli, sənədsiz ev sahibi Azərbaycanda nə evini sata bilir, nə banka girov qoyub kredit götürə bilir, nə də bu əmlakı rahat şəkildə varislərinə ötürə bilir. Əksər vətəndaşlar min bir əziyyətlə tikdikləri evlərində yaşayır, amma dövlət üçün həmin o evlər qeyri-qanunidir.

İllərdir ki, Prezident İlham Əliyev bu problemin həlli üçün fərmanlar imzalayır. 2011, 2019, 2022-ci illərdə ard-arda imzalanan sənədlərə böyük ümidlər var.

Aradan 13 il keçib, sənədlərdən irəli gələn vəzifələri icra edən yoxdur. Əksinə, vətəndaşların əlinə “kupça” əvəzinə yeni sənəd toplama siyahısı verilir: 11 arayış, 6 idarədən möhür, bir ətək pul.

“Sadələşdirilmiş” prosedurun işləməsini əngəlləyən maraq şəbəkəsi xüsusi əməliyyatla aradan qaldırılmalıdır.

Rayon icra hakimiyyətləri, Əmlak Komitəsi və əlaqəli qurumları, bələdiyyələr hamısı bu “kupça bazarından” illərdir qazanc götürürlər. Sənədsiz ev sahibi qazanc mənbəyi rolundadır. “Kupça” arzusunda olan vətəndaş geniş “şirinlik” sərhədlərini nəzərə almalı, hesablaşmalıdır. Qonşunun evi kupçalıdır, sənin isə yox. Niyə? Çünki sən “kiməsə” “şirinlik” verməmisən.

Əgər real məsuliyyət olmayacaqsa, “kupça” saqqızı hələ uzun illər də çeynənəcək.

Prezidentin fərmanını icra etməyən, süründürməçilik yaradan məmurlar vəzifədən azad olunmalı, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bir neçə vəzifəli şəxs həbs olunsa, bütün respublika üzrə “kupça” problemi dərhal aradan qalxar.

Yəni bu gün problem qanunda deyil, onun icra olunmamasındadır.

Prezidentin 2022-ci il sərəncamı ilə yaradılan İşçi Qrup bu günə qədər neçə “kupça” verib? Niyə bunun statistikası ictimaiyyətə açıqlanmır? Niyə vətəndaş hələ də 3 il ərzində kupça ala bilmir? Çünki məmurların gözü hələ də vətəndaşın cibindədir.

Bu, sosial ədalət məsələsidir. İnsan öz evində hüquqsuz ola bilməz!

Dövlət bu 500 min ailəyə “kupça” verib torpağın sahibi olmağını tanımalıdır. Vətəndaşa Azərbaycan Konstitusiyası ilə təsbit olunan mülkiyyət hüququ – “kupça” rüşvət müqabilində verilməməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası bu məsələni çox açıq şəkildə təsbit edir.

Mülkiyyət hüququ adlanan 38-ci maddədə deyilir:

“Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət növündən asılı olmayaraq, mülkiyyət hüququ qanunla müdafiə edilir. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”.

Bundan əlavə, mülkiyyət hüququnun qorunmasını əhatə edən 29-cu maddədə də deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla müdafiə edilir. Heç kəs mülkiyyət hüququndan özbaşına məhrum edilə bilməz.

Bəs bu hüquq kağız üzərində qalırsa?

Bax bu Konstitusiya normaları əslində bu gün sənədsiz ev sahiblərinin də haqqıdır. Amma real həyatda dövlətin bu vədi icra olunmur. Vətəndaş Konstitusiya ilə hüquq sahibidir, amma İcra Hakimiyyəti, Əmlak Komitəsi və digər qurumlar bu hüququ tanımır. Ona görə də 500 min Azərbaycan vətəndaşı da öz evində hüquqsuz qalır. Nə satmaq olur, nə varis təyin etmək, nə bankdan kredit götürmək…

Hər vətəndaşın evinin “kupça”sı onun Konstitusiya hüququnun təcəssümüdür. Kupçasız ev elə Konstitusiyasız hüquqdur. Prezident fərmanları bu Konstitusiya öhdəliyinin icrası üçün imzalanır. Amma yerinə yetirən yoxdur. Ona görə də yarım milyon Azərbaycan vətəndaşı real həyatda öz evində kirayənişin olaraq yaşayır.

Bu məsələ ilə bağlı gec də olsa Prezident fərmanlarının icrasına nəzarət edən ayrıca qurum yaradılmalıdır. Məmur məsuliyyətsizliyinə görə cəza tədbirləri sərtləşdirilməlidir. Milli Məclis icra orqanlarından rəsmi hesabat tələb etməlidir. Bəlkə bu halda “kupça” üfunəti aradan qalxar.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Next

Milli Qurtuluş Günü: Azərbaycan tarixində dönüş nöqtəsi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv