Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Kərə yağı yenə bahalaşacaq: Görün neçəyə olacaq

By Vüsal Rafiqoğlu
14.06.2025 3 Min Read

Kərə yağının qiymətində son dövrlərdə müşahidə olunan kəskin artım geniş müzakirələrə səbəb olub. 2025-ci ilin ilk dörd ayında Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, sözügedən dövrdə Azərbaycana 65 milyon 474 min ABŞ dolları dəyərində 9 min 323.5 ton kərə yağı idxal edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 24.5 milyon ABŞ dolları, həcm baxımından isə 1 387 ton artıb.

Bu il yanvar-aprel aylarında idxal edilən kərə yağının bir kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11.9 manata bərabər olub. Bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 23.59 manat, yerli kərə yağının orta satış qiyməti 20.90 manat təşkil edib.

Maraqlıdır, qiymət artımının səbəbləri nələrdir və gələcəkdə bu artımın davam edəcəyi proqnozlaşdırılırmı?

İdxaldan asılılıq

İqtisadçı-ekspert Pərviz Heydərov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qiymət artımının əsas səbəbi idxaldan asılılıq və kərə yağına olan tələbatdır: “Statistika göstərir ki, son illərdə Azərbaycana ərzaq məhsullarının, o cümlədən kərə yağının idxalı əhəmiyyətli dərəcədə artıb. Bu asılılıq daha da güclənməkdədir. Nəticədə, idxalçı ölkələrdə qiymət dəyişiklikləri Azərbaycanın daxili bazarında da eyni şəkildə əks olunur və bu, qiymət artımının əsas səbəblərindən biri hesab edilir”.

Həm ət, həm də süd məhsulları

Mütəxəssis bildirir ki, kərə yağı ilə bağlı idxaldan asılı olmağımızın səbəbi ölkədə heyvandarlıq sahəsindəki geriləmə ilə bağlıdır: “Azərbaycanda süd istehsalının yetərli olmaması kərə yağının qiymətinin artmasına birbaşa təsir göstərir. Bu vəziyyətin qarşısını almaq və qiymət artımını azaltmaq üçün ölkədə süd istehsalının artırılması və yerli istehsala dəstək verilməsi vacibdir. Yalnız belə olan halda kərə yağı və digər süd məhsullarının qiymətinin stabil qalması təmin oluna bilər. Son illərdə bu sahədə davam edən problemlər, xüsusilə mal-qara sayının azalması və yem bazasının zəifləməsi süd istehsalına mənfi təsir göstərir. Əvvəllər ət məhsulları ilə özünü yüksək səviyyədə təmin edən Azərbaycan, hazırda bu göstəricidə də ciddi geriləmə yaşayır. Bu, heyvandarlıq sektorunun əvvəlki gücünü itirdiyini göstərir. Pambıqçılığın inkişafı məqsədilə həyata keçirilən siyasət də heyvandarlığa zərbə vurub. Örüş sahələrinin azalması, torpaq qiymətlərinin artması və fərdi təsərrüfatların fəaliyyət göstərməsi üçün şəraitin çətinləşməsi süd istehsalını azaldan əsas amillərdəndir. Nəticədə həm ət, həm də süd məhsullarında idxaldan asılılıq artır, qiymətlər yüksəlir. Bu vəziyyətin dəyişməsi üçün heyvandarlığa dəstək verən sistemli və dayanıqlı islahatlara ehtiyac var”.

 

“Əgər bu sahədə inkişaf təmin edilməsə…”

P. Heydərov deyir ki, daxili bazarın indiki vəziyyətində tənzimləmələr effektiv ola bilməz: “Əgər bazar bir məhsulla bağlı idxaldan asılıdırsa, həmin məhsul ərzaq bazarında əsas tələbat yaradırsa, bu halda yumşaq gömrük rüsumu siyasətinin tətbiqi qaçılmazdır. Əks halda həmin məhsul daha da baha olacaq ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, xüsusilə kərə yağının yerli istehsalında da artıma nail olmaq vacibdir. Əgər bu sahədə inkişaf təmin edilməsə, gələcəkdə qiymət artımının davam etməsi qaçılmaz olacaq”.

Dünyada yağa tələbat artıb

İqtisadçı-ekspert Xalid Kərimli də təsdiqləyir ki, kərə yağının bahalaşmasının əsas səbəbi dünyanın müxtəlif bölgələrində bu məhsula tələbin çoxalması, nəticədə idxal qiymətlərinin artmasıdır: “Azərbaycan kərə yağının xalis idxalçısıdır. Həm kərə yağını, həm də duru yağı idxal edir. Son bir neçə ayda dünya bazarında kərə yağına olan tələbatın artması, Okeaniya, Qərbi Avropa, MDB ölkələri və Türkiyədə istehsal olunan kərə yağlarının bahalaşması ölkəmizdə də ciddi qiymət artımına səbəb olub”.

Baha alıb, baha da satırlar

İqtisadçı deyir ki, dünya bazarında qiymət artımı qlobal tələbin yüksəlməsi ilə əlaqəlidir: “Sahibkarlar idxal qiymətinin artması nəticəsində baha alıb, baha da satmağa məcbur olurlar. Yəni bazar tələbləri və idxal qiymətləri birbaşa məhsulun bahalaşmasına təsir göstərir. Ölkə daxilində kərə yağına olan tələbat stabil qalsa da, idxal qiymətlərinin dəyişməsi nəticəsində yerli bazarda da qiymətlər tez-tez dəyişir”.

Yerli istehsal artsa belə…

Mütəxəssis vurğulayır ki, yerli istehsalın zəif inkişaf etməsinin əsas səbəbi heyvandarlığın kifayət qədər inkişaf etməməsidir: “Bu da əsasən kənd əhalisinin mal-heyvan saxlamağa maraqsız olması ilə əlaqəlidir. İnsanlar kənddə oturub mal-heyvan saxlamaqdan çox, şəhərdə, xüsusilə Bakıda rahat şəraitdə işləməyi üstün tuturlar. Kənd təsərrüfatı ilə bağlı çətinliklər – peyin, palçıq, dağ suyu ilə mübarizə, əkin sahələrinin məhdudluğu və otlaq yerlərinin azalması heyvandarlıq sahəsindəki əsas problemlərdəndir. Ərazilərin hasarlanması, preslərin bahalığı da bu vəziyyətə təsir edir. Yerli istehsal olsa belə, bu, ucuz olmayacaq”.

Qiymətlər artmaqda davam edəcək?

Gələcəkdə qiymətlərin artan templə davam etməsi məsələsinə gəldikdə isə, X.Kərimli bildirir ki, dünya bazarındakı idxal qiymətləri də bu məsələdə əsas rol oynayır: “Hazırda dünya bazarında qiymətlər bir qədər stabilləşsə də, yaxın aylarda kəskin qiymət dalğalanmalarının olması gözlənilir. Bu vəziyyət də yerli istehsalın və qiymətlərin formalaşmasında təsirli amil olaraq qalır”. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Son dəfə çalınan zəng…

Next

Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv