Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Möhkəm təməl davamlı uğurların əsasıdır

By Vüsal Rafiqoğlu
14.06.2025 4 Min Read

15 İyun – Milli Qurtuluş Günü müasir müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycanın hər bir sahədə inkişafını təmin etmək üçün bir-birindən mühüm addımlar atmışdır. Ölkə iqtisadiyyatının inkişafı hər zaman prioritet məsələlərdən olub. Belə ki, Sovet Azərbaycanı dövründə – 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz həmin illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək dövlətimizin ümumi inkişafına töhfələr verirlər.

Respublikamız hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə uğurlu siyasəti nəticəsində aqrar ölkə kimi tanınırdı. Pambıqçılığın, üzümçülüyün və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu addımlar, qəbul olunan qərarlar ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan aqrar sahədə əldə etdiyi uğurlu nəticələri ilə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Planlı iqtisadiyyatın mövcud olduğu həmin dövrdə bütün İttifaq respublikalarında olduğu kimi,  Azərbaycanda da əhalinin ərzaq məhsullarına – toyuq, mal əti, süd və şəkərə olan tələbatı başqa respublikalardan gətirilən məhsullar hesabına  ödənilirdi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ərzaq təhlükəsizliyinin təmin olunması, tələbatın daha keyfiyyətli, ekoloji cəhətdən təmiz yerli məhsullar hesabına ödənilməsi qarşıya əsas vəzifə kimi qoyuldu. İqtisadiyyatımızın 80 faizdən çoxunun özəl sektorda formalaşması, bu göstəricidə aqrar sahədə çalışanların çoxluq təşkil etməsi ölkədə əmək resurslarından səmərəli istifadəni də aktuallaşdırır.

Ulu Öndər Heydər Əliyev sənaye sahəsi ilə yanaşı kənd təsərrüfatının inkişaf etdirilməsini hər zaman xüsusi diqqətdə saxladı. Bu çağırış xüsusi yer tutdu ki, torpağı kəndliyə qaytarmadan mühüm nailiyyətlər əldə etmək mümkün deyil. Aqrar islahatlara başlanıldı. Kolxoz və sovxozların ləğv edilərək kəndliyə verilməsi ölkədə kənd təsərrüfatının inkişafına geniş imkanlar yaratdı.

Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar vəsait yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu gün böyük əminliklə qeyd etdiyimiz bu rəqəm də həmin dövrdə yaradılan möhkəm təmələ əsaslanır. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezdient İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət göstərir. Rayonlar arasında ixtisaslaşmanın aparılması, eyni zamanda, həmin bölgələrdə dövlət başçısı İlham Əliyevin sədrliyi ilə müşavirələrin keçirilməsi, həmin sahələrin inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası da bunun bariz nümunəsidir. Fermerlərə güzəştli şərtlərlə subsidiyaların verilməsi, keyfiyyətli gübrə ilə təminatın müəyyən faizinin dövlət tərəfindən ödənilməsi, texnika ilə təchizat kənd təsərrüfatının inkişafının stimullaşdırılmasına müsbət təsir göstərir. Aqroparkların yaradılması da bu sahənin inkişafına yönələn vacib addımlar sırasındadır. Fermerlərin torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsi kənd təsərrüfatının bütün sahələrində böyük canlanma yaradıb. “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq” – söyləyən Prezident İlham Əliyev bütün fermer təsərrüfatlarında yüksək göstəricilərə nail olmaq üçün lazımi aqrotexniki tədbirlərin görüldüyünü bildirir. Xarici bazarlarda keyfiyyətinə görə daha çox alıcı rəğbəti qazanan meyvə və tərəvəz istehsalında dinamika daha çox hiss olunur.  Dünya bazarlarında Azərbaycan brendi ilə daha geniş coğrafiyada təmsil olunmaq üçün ekoloji cəhətdən təmiz məhsulların istehsalı artırılır, ilk növbədə daxili bazarımız yerli məhsullarla zənginləşdirilir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni texnologiyaların tətbiqi və istifadə mexanizmlərinin formalaşdırılması, biznes mühitinin yaxışlaşdırılması, sahibkarlara diqqət və qayğı həyata keçirilən iqtisadi siyasətin ana xəttini təşkil edir. Ümummillli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur. Son 5 ildə tarixi Zəfərimizin reallıqları fonunda azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də əsas diqqət göstərilən məsələlərdən biri bu torpaqlara qayıdacaq sakinlərin məşğulluğunun təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair yeni Priortietlər” hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir.

Milli Qurtuluşdan ötən 32 ildə aqrar sahədə qazanılan uğurları bir yazıda tam əhatə etmək mümkün deyil. Amma reallıq budur ki, Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Çünki möhkəm təməl davamlı uğurların əsasıdır.

Elgün Məhəmmədəlizadə,

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan Cənub-Şərqi Anadoludan tekstil mallarının idxalına çəkdiyi xərci 18 % artırıb

Next

Hikmət Hacıyev: Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv