Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qərbdə Azərbaycana qarşı yeni təxribatlar hazırlanır: Avropalı siyasətçi “dostcasına təhdid” etdi

By Vüsal Rafiqoğlu
15.06.2025 4 Min Read

Avropa Şurasına Qərbin ermənipərəst qurumlarından Ermənistanın maraqlarına uyğun sülh sazişinin imzalanmasına nail olmaq təlimatı verilib… Halbuki, Azərbaycana qarşı bütün növ təzyiq metodları sınaqdan keçirilsə də, rəsmi Bakı Qərbə erməni narrativləri ilə bu prosesə müdaxilə şansı tanımayıb…

Cənubi Qafqaz üzərində geopolitik oyunların qurulmasına yönəlik cəhdlər hələ də davam edir. Xüsusilə də, Rusiyanın bu regionda yenidən öz təsir mexanizmlərini bərpa etməyə can atması geopolitik situasiyanın daha da qəlizləşməsinə yol açmağa başlayıb. Belə ki, Kremlin Cənubi Qafqaza təkrar qayıdışı hazırda region dövlətlərinin maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və bu baxımdan, Rusiya bu cəhdlərinə hələlik ümidverici dəstək qazanmağa nail olmayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb də Rusiyanın Cənubi Qafqazda fəallaşmasına qarşı müqavimət göstərməyə çalışır. Hər halda, Kreml hərəkətə keçdikdən dərhal sonra ABŞ-ın dövlət katibi Marko Rubio gözlənilmədən regional sülh prosesini diqqətlə izlədiklərini bəyan etdi. O, Ağ Evin Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ən qısa zamanda imzalanmasında maraqlı olduğunu vurğuladı. Və buna nail olmaq üçün ABŞ-ın hər iki tərəfə dəstək verməyə hazır olduğunu da qabartdı.

3f52060bfda64e898643ed7b9d64ca94.jpg (195 KB)

Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyanın Cənubi Qafqaza qayıdışını bloklamağın ən effektiv yolunun məhz regional sülh və sabitlik olduğunu tam dəqiqliyi ilə müəyyən edib. Çünki Kreml Cənubi Qafqaza birmənalı şəkildə hərbi-siyasi xaosa yol açan geopolitik alətlər üzərindən təsir göstərməyə çalışır. Əgər, bu geopolitik alətlər aradan qaldırılarsa, Rusiya üçün regiona real təsir mexanizmləri də qalmamış olacaq. Və nəticədə Rusiya region dövlətləri ilə ikitərəfli münasibətlər ilə kifayətlənmək məcburiyyətində qalacaq.

Ancaq ABŞ və Qərbə bu geostrateji hədəfin reallaşdırılmasında “erməni faktoru” əngəl törədir. Çünki Cənubi Qafqazda geopolitik maraqları olan dövlətlərin hakim dairələri daha çox ermənipərəst mövqedən çıxış edirlər. Nəticədə sülh və sabitlik hədəflərini yalnız erməni narrativləri ilə yükləməyə çalışırlar. Və bu, həm rəsmi Bakının Qərbə etimadsızlığına yol açır, həm də regional sülh prosesinə neqativ təsir göstərir.

Ona görə də, rəsmi Bakı indiyə qədər yalnız Rusiyanın deyil, elə ABŞ və Qərbin də Cənubi Qafqazda sülh prosesinə müdaxilə etmək cəhdlərini qətiyyətlə bloklayır. Azərbaycan Ermənistanla regionda geopolitik maraqları olan qərəzli kənar vasitəçilərin iştirakı ilə deyil, məhz ikitərəfli birbaşa təmaslara üstünlük verir. Rəsmi Bakının bu formata üstünlük verməsinin nəticəsi olaraq, Azərbaycan və Ermənistan artıq yekun sülh sazişinin mətnini də tam şəkildə razılaşdırlblar. Və bu baxımdan, prosesin davamında kənar müdaxilə cəhdləri yalnız neqativ nəticələr doğura bilər.

Ancaq təəssüf ki, Qərbdə bəzi ermənipərəst siyasi dairələr bu reallıq ilə barışmaq istəmir. Ona görə də, israrla regional sülh prosesinə müdaxilə etməyə, üstəlik, öz niyyətlərini erməni narrativləri ilə arqumentləşdirməyə cəhd göstərirlər. Avropa Şurasının baş katibi Alen Bersenin son müəmmalı açıqlaması da bunu təsdiqləyir. Və rəsmi Bakının Qərb qurumlarına etimad göstərməməsinə haqq qazandırmış olur.

1193401.jpg (98 KB)

Məsələ ondadır ki, Avropa Şurasının baş katibi Cənubi Qafqazda sülh prosesi ilə çoxdan maraqlandıqlarını vurğulayıb. Avropa Şurasının baş katibi bildirib ki, bu barədə həm Azərbaycan, həm də Ermənistan rəsmi dairələri ilə müzakirələr aparıb. Alen Burse Avropa Şurasının bu məsələ ilə bağlı irəliləmək istədiklərini bildirib və Ermənistanın sülh sazişi istiqamətində olduqca vacib addımlar atdığını da vurğulayıb. Və elə bu açıqlama Avropa Şurasının sülh prosesinə erməni narrativləri ilə qərəzli yanaşdığını göstərir.

Birincisi, Cənubi Qafqazda sülh prosesinin Avropa Şurasının dəstəyinə ehtiyacı olduğu ilə bağlı hər hansı ciddi arqument mövcud deyil. Ona görə də, Alen Borsenin təktərəfli şəkildə bu proses üzrə irəliləmək iddiası ən azından siyasi-diplomatik etikaya uyğun deyil və yersiz kənar müdaxilə cəhdi anlamı daşıyır. Ən əsası isə Azərbaycan və Ermənistan yekun sülh sazişini məhz Avropa Şurasının iştirakı olmadan ikitərəfli birbaşa təmaslar ilə razılaşdırıblar. Və deməli, Avropa Şurasına da, onun kobud müdaxilə xarakteri daşıyan, prosesi poza biləcək “dəstəyinə” də hazırda qətiyyən ehtiyac yoxdur.

Digər tərəfdən, yekun sülh sazişi Ermənistan tərəfindən tək tərəfli olaraq, qəbul edilməyib. Yəni, Azərbaycan və Ermənistan bu barədə ortaq qərar qəbul ediblər. Avropa Şurası baş katibinin Azərbaycanı kənarda tutaraq, Ermənistanın sülh istiqamətində önəmli addımlar atdığını qeyd etməsi də bu baxımdan, Qərbin ənənəvi qərəzini göstərir. Və bu, Avropa Şurasının iştirakı ilə sülh prosesinin pozitiv istiqamət ala bilməyəcəyini növbəti dəfə təsdiqləyir.

87b2cda9b163b56892f4e00a15c14b5d.jpg (491 KB)

Nəhayət, Avropa Şurasının baş katibi Türkiyənin də Azərbaycan və Ermənistan arasında sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlı olduğunu vurğulayıb. Ardınca isə bildirib ki, bu məsələdə son nöqtəni qoymaq üçün Azərbaycana “dostcasına təzyiqlər” göstərmək lazımdır. Bu, o deməkdir ki, Avropa Şurasının baş katibi Qərbin ermənipərəst qurumlarından Ermənistanın maraqlarına uyğun sülh sazişinin imzalanmasına nail olmaq təminatı alıb.

Ancaq Alen Borsenin unutduğu bir önəmli məqam da var. Qərb qurumları indiyə qədər Azərbaycana qarşı bütün növ təzyiqləri ediblər. Ancaq rəsmi Bakı Qərbin erməni narrativləri ilə bu prosesə müdaxilə etməsinə imkan verməyib. Əgər, Avropa Şurasının baş katibi doğrudan da Cənubi Qafqazda sülh və sabitlik istəyirsə, onda Azərbaycana deyil, məhz Ermənistana “dostcasına təzyiqlər” göstərməlidir. Çünki məhz Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən maddələrin olması, eləcə də rəsmi İrəvanın Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciətdən yayınması sülh prosesi qarşısında əsas əngəldir.

Ermənistan bu iki şərti yerinə yetirməyincə, rəsmi Bakı yekun sülh sazişini imzalamaq niyyətində deyil. Böyük ehtimalla Avropa Şurasının baş katibi Alen Borse də ermənipərəst Qərb dairələrindən xüsusi təlimatlar alaraq, Ermənistanı bu iki şərtin icrasından yayındırmağa cəhd göstərir. Və bu baxımdan, Avropa Şurasının baş katibinin “dostcasına təzyiqlər” təhdidi Qərbdə Azərbaycana qarşı yeni təxribat kampaniyasının hazırlandığını biruzə verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dünyada nə qədər qızıl var? – Alimlər rəqəmləri açıqladı

Next

Niyə hər gün badam yemək lazımdır? – İnanılmaz faydası üzə çıxdı

Xəbər lenti

  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026

Son Yazılar

  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv