Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tehran zülmətə dönsə.., yaddan çıxarmı Kiyev?

By Vüsal Rafiqoğlu
16.06.2025 3 Min Read

Dünya düzəni hansı savaşda həll olunacaq?

Dünya düzəninin pozulduğu son illərdə müxtəlif coğrafiyalarda gərgin ocaqlar, silahlı qarşıdurmalar baş versə də, indiyədək diqqət mərkəzində Rusiya-Ukrayna müharibəsi dayanırdı. Hətta, İsrail-HAMAS savaşı belə Ukrayna müharibəsinə olan diqqəti azalda bilmədi. Amma, üç gündən çoxdur ki, İsrail-İran müharibəsi bütün dünyanın, hətta Rusiyanın özünün də nəzərlərini bu savaşa yönəldib desək.., yanılmarıq. Baxmayaraq ki, İran -İsrail qarşıdurmasının tarixi yeni deyil, 40 ildən çoxdur iki ölkə arasında davam edən soyuq müharibə zaman-zaman qaynar fazaya da daxil olub. Ötən ilin aprelinədək qaynar qarşıdurma əsasən İranın proksi qüvvələri və İsrail arasında gedirdisə, 2024-cü il aprelin 1-də Suriyada İran səfirliyinin İsrail tərəfindən vurulmasından sonra, İran aprelin 13-də İsrail ərazisinə 100-dən çox ballistik raketlə hücum etdi. Bu zərbələr qısamüddətli oldu və bir qədər də daxili auditoriyaya hesablanmış tamaşa təsiri bağışladı.

İndiki qarşılıqlı raket hücumları isə miqyasına görə həm çox dağıdıcıdır, həm də getdikcə kəskinləşən istiqamətdə davam edir və yaxın perspektivdə savaşın Orta Şərqə, körfəz ölkələrinə, daha sonra digər bölgələrə də keçməsi istisna olunmur.

İran-İsrail qarşıdurmasının Rusiya-Ukrayna müharibəsinə nə qədər təsiri var və daha çox hansı istiqamətlərdə özünü göstərir və göstərəcək?

Rusiya tərəfdən baxdıqda Moskvanın maraqlarına uyğun olan məqamlar az deyil. İlk növbədə neftin qiymətinin sürətlə qalxması Rusiyanın əsas gəlir mənbəyinə xeyir verir. ABŞ -nin Ukrayna üçün nəzərdə tutulan PUA-lardan və raketlərdən qorunma sistemləri Pentaqon tərəfindən İsrailə yönləndirildi. Hazırda ABŞ-nin diqqətinin daha çox İsrailə yönəldiyi aydındır və təbii ki, yaranmış situasiya Kremlin maraqlarına uyğundur. Mənfi tərəfi dəvarmı? İran faktiki olaraq Rusiyanın müttəfiqidir və milyonlarla “Şahed” dronlarının Rusiyaya verilməsində fasilə yaranıb. Bu işin başında dayanan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmaninin İsrail tərəfindən öldürülməsi mövcud əlaqədə bir fasilə yaradacaq. Yeri gəlmişkən, İran hərbi komandanlığının mənzillərində, nüvə alimlərinin iş yerində öldürülməsi faktlarının Rusiyanı xeyli narahat etdiyi barədə məlumatlar yayılır. Müharibə davam etdikcə Ukraynanın perspektivdə bu cür texniki imkanlara çatması və Rusiyanın da açar fiqurlarının bu yolla sıradan çıxarılmasının mümkünlüyü Moskvanı indidən narahat edir.

Ukrayna üçün birbaşa olmasa da, dolayısı yolla müsbət tendensiyalar hiss olunur. İsrail-İran qarşıdurmasından Avropa liderlərinin gəldiyi nəticə budur: Avropa silahlanmalıdır. Avropa Ukraynanın müttəfiqidir və onlar nə qədər güclü olsalar, Ukrayna da bir o qədər güclü olacaq. Rusiyanın müharibəni davam etdirəcəyi ortadadır və Avropa liderləri hiss edirlər ki, müharibə artıq onların da qapısını döymək üzrədir. İsrail-İran qarşıdurmasının indiki mərhələsi uzun çəkməyə bilər və artıq İran XİN rəhbəri Araqçi atom bombasını əldə etməyin mükünsüzlüyünə inandıqlarını söyləyib. Amma, bu savaşa başqa ölkələrin, o cümlədən Avropa dövlətlərinin birbaşa və dolayısı yolla cəlb olunması ehtimalı da az deyil. Təsadüfi deyil ki, Polşanın baş naziri Donald Tusk, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda qlobal münaqişə təhlükəsi barədə xəbərdarlıq edib.

Avropa uzun müddət hesab edirdi ki, müharibələr ondan yan keçəcək. Nəhayət, bunun yanlış qənaət olduğunun NATO səviyyəsində də dərk edilməsi göstərir ki, Ukraynanın tərəfdaşları Rusiyanın mümkün qələbəsinin növbəti hədəfində Avropanın olacağına şübhə etmirlər. İsrail -İran müharibəsindən əvvəl də ABŞ-ın müdafiə naziri Pit Heqset konqresdə keçirilən dinləmələrdə Tramp administrasiyasının Ukraynaya hərbi yardımı kəsmək niyyətini təsdiqləyərək “Rusiya ilə mübarizə indi Avropanın problemidir”, dedi. İndi isə ABŞ Ukraynaya ayrılan silahları İsrailə göndərir.
Genişmiqyaslı müharibə zamanı Kiyev üçün acı nəticə odur ki, onun ən güclü və varlı müttəfiqi ondan əl çəkmək üzrədir. Avropalıların indi edə biləcəyi ən yaxşı şey Ukraynanın özündə silah istehsalını maliyyələşdirməkdir. Lakin silahlar Rusiyanın müdafiə xərcləri ilə müqayisədə hələ də çox azdır.

Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, Kiyev üçün kədərli yekun Kremlin dəbdəbəli müdafiə xərclərinin böyük hissəsinin birbaşa Avropanın özü tərəfindən maliyyələşdirilməsidir və o, 2025-ci ilə qədər Rusiyadan neft, qaz, kömür almaq üçün 20 milyard avrodan çox xərcləməyə hazırlaşır. Nə qədər ki, Avropa Putin ordusuna Ukraynadan daha çox pul xərcləməyə davam edəcək, onun Kiyevi dəstəkləmək vədləri vəd olaraq qalacaq.

İsrail-İran savaşı nə qədər ağır nəticələrə gətirib çıxarsa da, dünya düzənini bu qarşıdurma yox, Rusiya-Ukrayna müharibəsi həll edəcək. Hazırda Ukrayna silahlı qüvvələri Rusiyanın dərinliklərinə PUA-lar vasitəsilə az qala hər gün xüsusi zərbələr endirir.

Ona görə də, sona qədər fikirləşilməsin ki, İsrail-İran qarşıdurması dünyanın Ukrayna cəbhəsinə olan marağını azaldacaq. Aktivlikdə pauza, hətta kiçikmiqyaslı uğursuzluqlar ola bilər və istisna da olunmur, amma Avropa və ABŞ yaxşı anlayır ki, Ukraynanın müdafiəsi və təhlükəsizliyi məhz Avropanın təhlükəsizliyi deməkdir. Odur ki, İsrail-İran savaşında nə qədər gərginlik yaşansa da, dünya düzəninin taleyi Ukraynada həll olunur və olunacaq.

P.S. Rəsmi Tehranın Azərbaycana, Azərbaycan türklərinə olan qeyri-səmimi münasibəti məlum olsa da, bu şəhərin və heç bir məkanın “cəhənnəmə, zülmətə dönməsini” istəmərik. Sadəcə, Qarabağ xanının qızı Ağabəyim ağa Cavanşirin “Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ”misralarını indiki duruma interpretasiya etməklə fərqli izahını vermək istədik.

 

İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün

 

İlham İsmayıl
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Nüvə klubu”nun 10-cusu olmaq… – Qorxunc silahı əldən verənlərin biri peşman olub

Next

4 tondan artıq çətənə kolu məhv edildi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv