Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Şuşa Bəyannaməsinə aparan yol

By Vüsal Rafiqoğlu
18.06.2025 2 Min Read

Hələ keçən əsrin əvvəllərində Osmanlı dövlətinin Azərbaycanla olan qardaşlıq münasibətləri Çanakqala savaşında türk əsgərilə Azərbaycan əsgərinin çiyin-çiyinə döyüşməsi bunun bariz nümunəsidir.Türkiyənin o çətin günlərində Azərbaycan dövlətinin maddi və mənəvi yardımı türk xalqının qəbində dərin kök salmışdır. Çanakqala Şəhidlər xiyabanında türk əsgərilə yanaşı Azərbaycan əsgəri də əbədi uyumaqdadır. Bizi bu dərin köklərə türk Turan birliyinin sarsılmaz dini- mənəvi, dil ortaqlığı  dəyərləri   bağlayır.

Azərbaycan dövlətinin torpaq bütünlüyünün parçalanmasının qarşısını almaq üçün Türkiyə dövlətinin iştirakı ilə məlum 1921-cü il tarixli Qars müqaviləsi bağlanmışdır. Aradan uzun dövr keçməsinə baxmayaraq 1991-ci il Ulu Öndər Heydər Əliyevin  düşünülmüş uzaq görən  siyasəti nəticəsində  Türkiyə ilə Naxçıvan arasında Araz çayı üzərində adı Heydər Əliyev tərəfindən verilən “Ümüd” körpüsünün inşaasına başlandı. Bütün maneələrə baxmayaraq 1992-ci ildə Ulu Öndər Heydər Əliyev və Türkiyənin Prezidenti böyük siyasi xadim Süleyman Dəmirəlin iştirakı ilə izdahamlı “ Ümüd” körpüsünün açlış mərasimi baş tutdu. Bu tarixi gündən Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi iki dövlət bir millət sarsılmaz anlayışının əsası qoyuldu.

Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən mərkəzi hakimiyyətə gəlişi Türkiyə Azərbaycan tərəfdaşlığının dahada inkişaf etməsinə, qardaşlıq bağlarının möhkəmlənməsinə vəsilə olmuşdur.  Dahi əvəzolunmaz siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasəti bu gün aktuallığı ilə dünya siyasi arenasına səs salan Şuşa bəyannaməsinə qədər gətirib çıxarmışdır. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə Türkiyə dövlətilə bir sıra hərbi, mədəni, elmi əlaqələr yaradılmışdı. Ulu Öndərin böyük siyasi mədəni əxlaqi dəyərlərini bilavasitə yaxından mənimsəyən Azərbaycan xalqının dəyərli övladı cənab İlham Heydər oğlu Əliyev  bu tarixi missiyanı davam etdirmək üçün 2003-cü ildə xalq tərəfindən müstəqil Azərbaycan dövlətinin Prezidenti seçildi. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə sanki eyni tale yaşayaraq ömrünün qalan hissəsini Azərbaycan Dövlətinin müstəqilliyinin qorunmasına, ərazi bütövlüyünün bərpa olunmasına,  yüksək peşəkar ordu quruculuğuna həsr etməyə başladı.

Cənab Prezident İlham Əliyev Azərbaycanın qədim diyarı Naxçıvanda Türk Dövlətləri Birliyinin beynəlxalq əhəmiyyətli yığıncağının keçirilməsinə ev sahibliyi etdi. Bu birliyin böyük təşkilata çevrilməsinin təməl daşları məhz həmin tarixdən kök salmağa başladı. Cənab Prezident İlham Əliyev ərazi bütövlüyünün bərpası üçün Türkiyə Dövləti ilə bir çox hərbi əməkdaşlıq müqavilələri bağlayaraq zəfərə aparan yolu inşa etməyə başladı.

Şuşa Bəyannaməsinə qədər tarixi yolun  qısa xronikasını qələmə alsaq da bunun arxasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi zəkası durur. 2021-ci il 15 iyun tarixində bu Bəyannaməni imzalamaq üçün tarixi məkan Şuşa şəhərinin seçilməsi heç də təsadüfü deyil. Artıq cənab Prezident İlham Əliyevin komandanlığı altında şanlı Azərbaycan ordusu torpaqlarımızın əsas hissəsini Şuşa şəhəri başda olmaqla azad etmişdi. Bu tarixi məkanda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Müzəffər Ali Baş komandan Prezident cənab İlham Əliyev arasında müttəfiqlik Şuşa Bəyannaməsi imzalandı. İki qardaş dövlət arasında bağlanan Şuşa Bəyannaməsi dünyaya Azərbaycan Dövlətinin ərazi bütövlüyünün bərpası məsajını vermişdir. Həqiqətəndə qısa zaman ərzində 2023-cü il sentyabrın 19-u şanlı  yenilməz ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında antiterror əməliyyatı keçirərək ərazi bütövlüyümüzü bərpa etdi. Gələcək nəsillərin fəxrlə deyəcəyi Şuşa Bəyannaməsi tarixi İpək yolu – Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq.

Hüseynqulu Quliyev,
Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sevgilisi azadlığa çıxanda şikayət etmişdi – İndi “barışmışıq” deyir

Next

Füzuli rayonunda kafedə istehlaka yararsız məhsullar aşkarlanıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv