Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Qərb birliyi çat verir – Ukrayna niyə G7 sammitindən istədiyini ala bilmədi?

By Vüsal Rafiqoğlu
19.06.2025 2 Min Read

Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammiti gözlənildiyindən fərqli nəticələrlə yadda qaldı.

Forumun ev sahibi olan Kanada əvvəlcədən planlaşdırılan Ukrayna ilə bağlı sərt və yekdil bəyanatı rəsmi şəkildə yayımlamaqdan imtina etdi. Diplomatik kuluarlarda bu addımın əsas səbəbi kimi ABŞ administrasiyasının bəyanat mətninə qarşı çıxması göstərilir.

Ağ Ev, xüsusilə bəyanatın Rusiya əleyhinə kəskin ifadələrlə zəngin olması fonunda, bu sənədin gələcək Moskva ilə mümkün dialoqlara maneə törədə biləcəyindən ehtiyatlanaraq onu dəstəkləməyib.

Nəticədə, liderlər sammitin sonunda yalnız bir sıra ümumi xarakterli bəyanatlarla kifayətləniblər – Yaxın Şərqdəki vəziyyət, süni intellektin inkişafı, miqrasiya siyasətləri və kritik xammallar barədə sənədlər yayımlansa da, Ukrayna məsələsi sənədlərdən kənarda qalıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə təkbətək görüşü baş tutmayıb. Tramp iyunun 16-da tədbiri vaxtından əvvəl tərk edib və ertəsi gün planlaşdırılan Zelenski ilə görüşdə iştirak etməyib. Ukrayna lideri sosial şəbəkədəki paylaşımında G7 ölkələrinə Rusiyaya qarşı daha koordinasiyalı təzyiq çağırışı edib və xüsusilə Rusiya neftinə qiymət limiti tətbiq olunmasının vacibliyini vurğulayıb.

Digər tərəfdən, Almaniya kansleri Fridrix Mers və Böyük Britaniyanın baş naziri Kir Starmerlə danışıqlarda Tramp sanksiyaların ABŞ iqtisadiyyatına ağır yük olduğunu bildirib. Onun sözlərinə görə, Avropa ölkələri Rusiyaya qarşı məhdudiyyətlərə birinci başlamalıdır. Bu açıqlama Ağ Evin Ukrayna siyasətində dəyişiklik siqnalı kimi qiymətləndirilir.

Sammitin sonunda Kanada Baş naziri Mark Karni Ukraynaya 1,5 milyard dollar dəyərində hərbi yardım – pilotsuz uçuş aparatları, sursat və zirehli texnika – və əlavə olaraq 2,3 milyard dollarlıq kredit veriləcəyini elan edib. Lakin gözlənilən siyasi dəstək ifadələri və konkret qərarlar fonunda bu rəqəmlər kifayət qədər sönük təsir bağışladı.

Zelenskinin Trampla danışıqlarının baş tutmaması və sülh təşəbbüsləri ilə bağlı dəqiq mövqe ortaya çıxmaması Kiyevin bu sammitdəki siyasi mənzərədə arxa plana keçdiyini göstərdi. Bu səbəbdən Ukrayna prezidenti səfərini planlaşdırıldığından daha tez başa vurub və öncədən elan olunmuş mətbuat konfransını da ləğv edib.

Qərb mətbuatında yayılan son xəbərlərə görə, Zelenski yaxın vaxtlarda Niderlandda keçiriləcək NATO sammitində də iştirak etməyə bilər. Bu tədbirdə ABŞ prezidentinin də olmaması ehtimal edilir. Üstəlik, Litvanın xarici işlər naziri Kestutis Budris bəyan edib ki, sammitin gündəliyində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hər hansı məsələ yer almır.

Bütün bu hadisələr fonunda 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetindəki çıxışı bir daha gündəmə gəlir. Həmin çıxışda dövlət başçısı bildirmişdi ki, heç bir şəraitdə ərazi bütövlüyünün pozulması ilə razılaşmaq olmaz və yalnız öz gücünə arxalanmaq lazımdır, çünki beynəlxalq təşkilatların qərarları çox vaxt real nəticə vermir.

Son G7 sammiti isə göstərdi ki, Ukraynanın uzun müddətdir güvəndiyi Qərb dəstəyi heç də hər zaman praktik nəticələr vermir. Kiyev üçün əhəmiyyət daşıyan məsələlər ya kənarda saxlanılır, ya da konsensus əldə olunmur. NATO sammitinin də eyni ssenari ilə davam edəcəyi ehtimal olunur.

Bu fonda sual doğurur: G7 kimi qlobal liderləri bir araya gətirən platforma doğrudan da effektiv geosiyasi güc mərkəzidirmi, yoxsa sadəcə diplomatik jestlər üçün bir araya gələn klubdur? Sammitin yekun bəyanatlarında yalnız İranın nüvə silahına sahib ola bilməyəcəyi və Çinlə iqtisadi balansın qorunması çağırışı yer alıbsa, o zaman bu forumun real təsiri nə qədərdir?

Cavab bəllidir: əgər bu toplantılar real qərarlara gətirib çıxarmırsa, G7 artıq sadəcə simvolik bir struktur olaraq qalır.

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanlı kişilər 4 arvad ala BİLƏCƏK – ŞƏRTLƏR

Next

Azərbaycanın quş əti Çinə “uçur” – yeni ixrac bazarı açılır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv