Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu çimərliklərə getməyin – rəsmi

By Vüsal Rafiqoğlu
20.06.2025 2 Min Read

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarındakı çimərliklərdə monitorinqlər aparıb – nəticələr…

Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən etibarən başlayıb. Abşeron yarımadasında yerləşən çimərliklər müxtəlif kateqoriyalara bölünür: ictimai çimərliklər, özəl çimərliklər, dənizkənarı istirahət mərkəzlərinin ərazisində olan çimərliklər və boş sahələr. Bu çimərliklərin hər biri mövsüm öncəsi hazırlıq işlərinə aprel və may aylarından başlayır. Xüsusən özəl çimərliklərdə və istirahət mərkəzlərində cari təmir işləri görülür, ərazi abadlaşdırılır, sakinlərin və qonaqların rahatlığı üçün şərait yaradılır. Bu işlərin təşkili və icrasına çimərliklərin yerləşdiyi rayonlar üzrə məsul nümayəndələr və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunurlar. Nazirlik tərəfindən çimərliklərdə mütəmadi olaraq yoxlamalar həyata keçirilir.

Abşeron yarımadasında – Şıx, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı çimərliklərində İDEA İctimai Birliyi tərəfindən ictimai çimərliklər yaradılıb. Bu layihə İctimai Birliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Layihə çərçivəsində dənizkənarı ərazilərdə yaradılan çimərliklər paytaxt sakinləri və şəhərə üz tutan qonaqlar üçün pulsuz xidmət göstərir. Çimərliklərdə güllüklər, söhbətgahlar, sanitariya qovşaqları, eləcə də avtomobil dayanacaqları təşkil olunub. Mövsüm ərəfəsində ərazilərdə abadlıq və cari təmir işləri aparılıb, bəzi yerlərdə rənglənmə işləri də həyata keçirilib. Bu ərazilərin təmizliyinə xüsusi diqqət yetirilir, tullantıların daşınması üçün əlavə tədbirlər görülür.

Qeyd edək ki, ictimai çimərliklərə giriş tamamilə pulsuzdur və bu ərazilərdə heç bir xidmət üçün ödəniş tələb olunmur. Özəl çimərliklərə də giriş ödənişsizdir, lakin göstərilən xidmətlərə (kafedən, güllük və sanitariya qovşaqlarından istifadə və s.) görə ödəniş edilir.

Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib:

“Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.

May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.

Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbayel rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.

Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur”.

“Monitorinq nəticələri əsasında Azərbaycan Respublikasının “Su Məcəlləsi”nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinqlər davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Şəhanə RƏHİMLİ,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Partlayan bombalar Azərbaycanı da “vurdu”

Next

Qarpız alarkən nələrə diqqət etməliyik?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv