Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Hüquq fakültəsinə qəbul balı artırıldı – səbəblər

By Vüsal Rafiqoğlu
20.06.2025 4 Min Read

Kamran Əsədov: “Repetitor dəstəyi almayanların hüquq sahəsinə daxil olması qeyri-mümkün olub”

“Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bala qədər artacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin “Hədəf” verilişində deyib. Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət təxminən əvvəlki kimi olacaq: “Düşünürəm ki, I və IV ixtisas  qruplarında da ballar ötənilki səviyyədə olacaq. DİM sədri əlavə edib ki, ümumilikdə müsabiqəyə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslər buraxılacaq. M.Abbaszadə qeyd edib ki, ümumilikdə kimlərin müsabiqəyə buraxılması, ərizə verənlərin sayından asılı deyil: “Bütün imtahan nəticələri elan olunandan sonra müqayisə edilə bilər ki, müsabiqəyə kimlər buraxılsın. Müsabiqəyə isə iki imtahan nəticəsinə görə 200-dən çox bal toplayan abituriyentlərin sayı təsir göstərəcək”.

O əlavə edib ki, I cəhd imtahanında 3-cü qrupda mindən çox abituriyent 600 baldan yuxarı nəticə göstərib.

Bəs hüquq fakültəsinə qəbul balının artırılmasının səbəbləri hansılardır?

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR | Modern.az

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Dövlət İmtahan Mərkəzinin (DİM) hüquq ixtisasına keçid balının bu il 3-5 bal arta biləcəyi ilə bağlı öncədən verdiyi açıqlama, imtahan prosesi və nəticələrinin tam olaraq ictimaiyyətə açıqlanmasından əvvəl edilməsi, bu qərarın yalnız texniki-statistik əsaslara deyil, həm də mövcud sistemin daxilində formalaşan qeyri-rəsmi meyarlara söykəndiyini göstərir. Hüquq fakültəsi son illərdə həm abituriyentlər, həm də valideynlər tərəfindən ən çox tələbat olan ixtisaslardan birinə çevrilib. Bu sahənin yüksək sosial statusu, gələcək iş imkanlarının genişliyi və dövlət strukturlarında hüquqşünaslara olan ehtiyac bu istiqamətə marağı artırıb. Lakin keçid ballarının süni və izahsız şəkildə hər il bir neçə ballıq artırılması bu sahəyə əlçatanlığı ciddi şəkildə məhdudlaşdırır. 2024-cü ilin qəbul imtahanlarında III ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 1000 nəfəri keçib. Bu rəqəm əvvəlki illərə nisbətən ciddi artım deməkdir. Əgər 2022-ci ildə 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 678 idisə, 2023-cü ildə bu rəqəm 841 nəfərə çatmışdı. Bu, hüquq ixtisasında rəqabətin kəskin  artdığını göstərir. Rəqabətin artması keçid balının yüksəlməsinə səbəb olur, lakin bu yüksəlişin əsaslandırılması və şəffaflığı təmin olunmadıqca bu qərarların etibarlılığı və obyektivliyi haqlı olaraq sual altına düşür. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 5.1-ci maddəsində göstərilir ki, dövlət təhsil sahəsində bərabər imkanların yaradılmasını təmin etməli, təhsilin keyfiyyətinə və əlçatanlığına zəmanət verməlidir. Hüquq fakültəsinə qəbul üçün keçid balının illər üzrə davamlı və sistemsiz şəkildə artırılması, bu maddədə qeyd olunan “bərabər imkanlar” prinsipinin pozulması ilə nəticələnir. Dövlət universitetlərində hüquq ixtisası üzrə yerlərin sayının çox  az olması, lakin tələbatın artması, süni şəkildə balın yüksək saxlanmasına şərait yaradır. Hüquq ixtisasına keçid balı 2022-ci ildə 446, 2023-cü ildə 453, 2024-cü ildə isə 458 olub. Bu tendensiya göstərir ki, hüquq sahəsi tədricən elitləşdirilir və bu ixtisasa daxil olmaq yalnız yüksək bal toplayan, daha çox resursa çıxışı olan abituriyentlərə imkan yaradır. Bu isə bölgələrdən olan, sosial-iqtisadi baxımdan dezavantajlı ailələrdən çıxan gənclərin hüquq sahəsinə daxil olmasını əngəlləyir və nəticədə hüquqi peşənin sosial təbəqələşməsi dərinləşir”.

Ekspert qeyd edir ki, beynəlxalq təcrübədə hüquq ixtisasına qəbul sistemi daha şəffaf və mərhələlidir: “Məsələn, ABŞ-da hüquq təhsili bakalavrdan sonra başlanır və hüquq məktəblərinə qəbul LSAT imtahanı ilə aparılır. Bu sistem yalnız bilik deyil, həm də məntiq, analiz və hüquqi düşünmə qabiliyyətini ölçür. Almaniyada isə hüquq təhsili üçün orta məktəbdən sonra universitetə qəbul GPA və məktəb nəticələrinə əsasən aparılır, daha sonra hüquqşünas olmaq üçün dövlət imtahanları və hüquqi praktika mərhələləri mövcuddur. Bu modellərdə hüquq ixtisası üzrə ilkin çıxış nöqtəsi geniş tutulur, lakin peşəkarlaşma üçün mərhələli və sərt süzgəcdən keçmə tələb olunur. Azərbaycan modelində isə ilkin giriş mərhələsi elə sərtləşdirilib ki, potensiallı, lakin repetitor dəstəyi almayan gənclərin hüquq sahəsinə daxil olması qeyri-mümkünləşib.

Müsbət tərəfdən qeyd etmək olar ki, yüksək keçid balı hüquq ixtisasında təhsilin səviyyəsini və qəbul olunan tələbələrin akademik hazırlığını artırır. Bu, gələcəkdə peşəkar hüquqşünasların yetişməsi baxımından müsbət göstəricidir. Lakin bu yanaşma balanslaşdırılmadıqda, təhsilin yalnız “elitlərin hüququ”na çevrilməsi ilə nəticələnir. Hüquq sisteminin sağlam işləməsi üçün isə cəmiyyətin bütün təbəqələrindən gələn peşəkar hüquqşünaslara ehtiyac var. Nəticədə dəyişməsi vacib olan iki əsas məsələ mövcuddur: birincisi, hüquq ixtisası üzrə qəbul planı artırılmalı və bölgələrdə də bu ixtisas üzrə keyfiyyətli təhsil imkanları yaradılmalıdır. İkincisi, keçid ballarının formalaşması şəffaf qaydalarla tənzimlənməli, hər il ictimai əsaslandırması təqdim edilməlidir. DİM-in imtahan nəticələri elan olunmadan əvvəl keçid ballarının artacağını bəyan etməsi, ictimaiyyətin bu prosesi manipulyasiya olunmuş kimi qəbul etməsinə səbəb olur. Hüquq ixtisası – hüququn bərabərliyini, ədalətini və hüquqi şüurunun gücləndirilməsini təbliğ edən bir sahədir. Bu sahəyə qəbulda qeyri-şəffaflıq və sosial ədalətsizlik hissi formalaşırsa, gələcək hüquqşünasların özü də sistemin ədalətinə inamsızlıqla yetişəcək. Bu isə yalnız təhsilə deyil, bütövlükdə hüquqi dövlət prinsiplərinə zərbədir. Bu səbəbdən hüquq ixtisasının qəbul meyarları elə tənzimlənməlidir ki, həm keyfiyyət, həm əlçatanlıq, həm də sosial ədalət arasında tarazlıq qorunsun”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentlər Maraş dondurması yedi – Video

Next

Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv