Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Ermənistanda dəqiq mina xəritələri var

By Vüsal Rafiqoğlu
22.06.2025 3 Min Read

Bakı məhkəməsi bir çox həqiqətləri üzə çıxardı

Ermənistan 30 illik işğal dövründə çoxlu sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri də işğaldan azad olunmuş ərazilərin minalar və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu problemi hökumət strukturları, xüsusilə də dövlət başçısı, qeyri-hökumət təşkilatları, mətbuat daim diqqət mərkəzində saxlayır və bütün müvafiq platformalarda Azərbaycanın qarşılaşdığı problem beynəlxalq aləmə çatdırılır. Azərbaycan ərazilərində kütləvi şəkildə minalar və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsi üçün ciddi maneə olaraq qalır. Müharibədən keçən beş ilə yaxın müddətdə Ermənistanın hələ də mina xəritələrini Azərbaycana təhvil verməməsi fəaləkətlərin miqyasını genişləndirir. 44 günlük Vətən müharibəsindən sonra 400-ə yaxın vətəndaşımızın mina qurbanı olması faktı rəsmi İrəvanın bu hadisələrə seyrçi münasibətinin və beynəlxalq hüquqa məhəl qoymamasının məntiqi nəticəsidir. Ötən ilin statistikasına əsasən, işğaldan azad edilmiş ərazilərdə 6000-dən çox mina zərəsizləşdirilib. Lakin işğaldan azad olunmuş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün 20 ilə yaxın zaman lazımdır. Məlumdur ki, danışıqlar çərçivəsində rəsmi İrəvan daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyib. Bu günə kimi Azərbaycana təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin doğru olması bunu deməyə əsas verir. Mina xəritələrinin dəqiq olmaması daha çox hərbi və mülki infrastruktura ziyan vurur.

Mina xəritələrinin verilməsi ilə bağlı bu günə qədər həm Azərbaycan tərəfi, həm də bir çox ölkələr fərqli platformalarda Ermənistana müraciətlər ünvanlayıblar. Təəssüflər olsun ki, rəsmi İrəvan bu cür konstruktiv danışıqların tərəfi olmaqdan boyun qaçırır. Hətta Amerikanın və ya Gürcüstanın vasitəçiliyi ilə verilən mina xəritələrinin reallıqla üst-üstə düşməməsi faktı da onu göstərir ki, bu məsələdə hayların mövqeyi destruktivliyə xidmət edir. Ermənistan kimi işğalçılıq ideologiyasını mənimsəmiş bir dövlət üçün insan həyatının önəminin olmadığı və öz hədəflərinə çatmaqdan ötrü müharibə cinayətləri törətdiyi məlumdur.

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David Manukyan Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb. General-mayor David Manukyan minalanmış ərazilərin xəritəsinin olduğunu təsdiq edib: “Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilir”. Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”. Erməni hərbiçisi David Manukyanın ifadələri göstərir ki, bütün minalanmış ərazilərin xəritələri tərtib edilib. Bu bir daha sübut edir ki, Ermənistan nə qədər inkar etsə də bütün minalanmış ərazilərin xəritəsi var və həmin xəritələri bilərəkdən Azərbaycana vermir.

İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Təəssüf ki, sözdə vasitəçilik iddiasında olan, əslində isə Ermənistanı dəstəkləyən Fransa, ABŞ, Avropa İttifaqı kimi qüvvələr bu məsələyə səssiz yanaşırlar. Aydındır ki, demokratiyadan, insan haqlarından ağızdolusu danışan Qərb üçün insan taleyi heç də əhəmiyyətli deyil. Əgər bu qüvvələr regionda sülh istəsəydilər  mina xəritələrinin Bakıya verilməsi məsələsində konkret mövqe ortaya qoyardılar. İşğalın davam etdiyi illər ərzində torpaqlarımıza yerləşdirilmiş minalar hələ də can almaqda davam edir. Əsasən mülki insanlar mina partlayışlarının qurbanına çevrilirlər.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Azərbaycan məhəlləsi”: Ortaq iradənin göstəricisi

Next

Tehranın vurulmasında “Taliban” izi – İrandakı əfqanlar “Mossad”a işləyimişlər

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv