Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanın Avropa İttifaqındakı bir nömrəli dostu

By Vüsal Rafiqoğlu
24.06.2025 3 Min Read

İki ölkənin strateji tərəfdaşlığında liderlərin dostluğu xüsusi rol oynayır

Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli əməkdaşlıq münasibətlərinə daha çox üstünlük verir. Nəinki Avropa İttifaqı ilə münasibətlərə.  Ölkəmizin ən yaxın dostluq münasibətində olduğu Avropa İttifaqı ölkələri sırasında Macarıstan birinci yeri tutur desək yanılmarıq. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur, iki ölkə arasında əlaqələr daim yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri,  tarixən Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr hər iki ölkənin rəhbərlərinin səyləri ilə yüksək səviyyədədir.

Qeyd edək ki, iki ölkə arasında  diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Dost ölkələrimiz arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan  onlarla  sənəd hüquqi bazanın möhkəmlənməsində mühüm rol oynayır. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Macarıstan əməkdaşlığı  2023-cü ildə  imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib.

Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində   uğurla  inkişaf etdirilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol  oynayır.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycan və Macarıstan arasında əməkdaşlığın inkişafında şəxsiyyət amili, ölkə rəhbərlərinin münasibəti, qarşılıqlı səfərləri də mühüm rol oynayır: “Dövlət başçımız İlham Əliyevin Macarıstana 6, baş nazir Viktor Orbanın isə Azərbaycana 7 səfəri zamanı münasibətlərin hüquq-müqavilə əsasını möhkəmləndirən və inkişaf yollarını müəyyənləşdirən sənədlər imzalanıb. Hər iki ölkə etibarlı strateji tərəfdaşdır.

Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələrinin qurulmasında Azərbaycan-Macarıstan dostluq münasibətləri xüsusi rol oynayıb.  Azərbaycan-Macarıstan tərəfdaşlığının daha böyük perpektivlərə yol açacağı barədə verilən proqnozlar davamlı olaraq gerçəkləşir. Bu yaxınlarda Macarıstanda Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirilməsini də bu qəbildən dəyərləndirmək olar. Tarixdə ilk dəfəydi ki,Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilirdi. Macarıstan TDT-nin tamhüquqlu üzvü olmasa da müşahidəçi ölkədir. Lakin yaxın gələcəkdə Azərbaycanın da dəstəyi ilə TDT-nin tam hüquqlu üzvü ola bilər”.

Ekspert qeyd edbi ki, Azərbaycan-Macarıstan ikitərəfli gündəliyi kifayət qədər genişdir. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacağı açıqlanıb. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Azərbaycan eyni zamanda Macarıstanla yaşıl enerji üzrə fəal işlədiyini elan edib”.

M.Əsədullazadə hesab edir ki, Azərbaycanın Macarıstanla Avropa İttifaqı və NATO üzvü kimi münasibətləri genişləndirilmiş uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni hədəflərə doğru gedir, həm də  Türk Dövlətləri Təşkilatının hədəfləri kontekstində keyfiyyətcə tamamilə yeni məzmun kəsb etməyə başlayıb: “Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlər iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yaxşı zəmin yaradıb. Münasibətlər iki ölkə arasında mövcud olan “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”yə uyğun surətdə demək olar bütün sahə və istiqamətləri əhatə etməyə başlayıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu kontekstində Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdalıq xüsusi yer tutur. Ölkələrimizin yaxın siyasi münasibətləri iqtisadi, elmi-texniki, mədəni və digər sahələr üzrə əlverişli zəmin, eləcə də strateji şirkətlər və biznes qurumları arasında da əməkdaşlıq üçün lazımi çərçivələr yaradır”.

Yazını hazırladı: Etibar SEYİDAĞA

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

12 günlük savaşda meydanda tək qalan Məsud Pezeşkian

Next

Çinə “qanad açan” toyuqlarımız – Azərbaycanın qazancı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv