Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakıya tramvay gələcəkmi – vaxt da daralır, yollar da…

By Vüsal Rafiqoğlu
24.06.2025 3 Min Read

Paytaxtda bu infrastrukturun qurulması üçün nə az, nə çox, 5 il zaman var – mütəxəssis mövqeyi

2025-2030-cu illəri əhatə edən dövlət proqramında Bakıda tramvay nəqliyyatının bərpası nəzərdə tutulur. Lakin mütəxəssislər və sakinlər bu ideyanın reallaşmasını hazırkı infrastruktur və yol sıxlığı səbəbindən çətin hesab edirlər.

Bu mövzuya “Bakı-Xəbər” işıq salıb. Bildirilir ki, tramvay sisteminin yenidən qurulması şəhərdə ekoloji nəqliyyatın təşviqi və yol hərəkətindəki yüklənmənin azaldılması baxımından mühüm üstünlüklər vəd edir.

Xatırladaq ki, 1924-cü il fevralın 8-də Bakıda ilk dəfə tramvay xətti istifadəyə verilib. Paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş və şəhər sakinlərinin böyük marağına səbəb olmuş ilk tramvaylar “Azneft” meydanı ilə Bakı Dəmir Yolu Vağzalı arasında hərəkət edib. Tədricən isə tramvayların əhatə dairəsi xeyli genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev “Yeni Müsavat”a vurğuladı ki, avtobus və velosiped zolaqları salındıqdan sonra paytaxt yollarında hərəkət çətinləşib. Ekspert bildirdi ki, tramvayların hərəkətini yalnız avtobus zolaqları ilə təmin etmək olar: “İndiki şəraitdə yeganə çıxış yolu bu ola bilər. Avtobus, velosiped və tramvay üçün ayrı-ayrı zolaqlar olsa, minik avtomobillərinin hərəkəti, ümumiyyətlə, mümkün olmayacaq. Digər tərəfdən, tramvaylar yaxşı işləsə, avtobusların bəzi küçələrdə hərəkətinə ehtiyac qalmaz. Tramvaylar işləsə, dayanma-durma ləğv olunmalıdır. Müasir tramvaylar daha sürətlidir. Məlum olduğu kimi, avtobus zolaqlarında hərəkət bir xətt üzrə davam etmir, zolaqdan-zolağa keçid olur, bundan başqa, şəhərin bəzi yerlərində minik avtomobillərini avtobus zolaqlarında saxlayırlar. Məsələn, Əhmədli ərazisində  taksilər avtobus zolaqlarında dayanırlar, amma yeri gəlmişkən, cərimələnmirlər. İnşaatçılar prospektində isə avtobus zolaqlarına zibil qutuları qoyulub. Tramvaylar işə salınsa, zolaqdan çıxa bilmədikləri üçün heç bir neqativ hal olmaz. Nəzərə almaq lazımdır ki, minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş versə, tramvay sürücüsü günahkar olmur. Piyadalarla bağlı vəziyyət isə bir qədər fərqlidir. Bakıda tramvayların fəaliyyəti bərpa olunsa, piyadalar buna hazırlıqlı olmalıdırlar. Ümumiyyətlə, tramvay, trolleybus kimi relsli ictimai nəqliyyat növlərinin bərpa olunması yaxşı olar. Bu məsələ yəqin ki, öz həllini tapacaq”.

Sürücülük təlimçisi Adil Nəbiyev | Photostock.az

 Adil Nəbiyev 

Xatırladaq ki, bu ilin əvvəlində “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirmişdi ki, tramvay cari avtobuslardan fərqli olaraq kütləvi daşımalar üçün nəzərdə tutulur: “Bu gün Bakıda tramvay xəttinin inşasının faydalı ola biləcəyi ərazilər müəyyənləşdirilib. Ümumi baxsaq, şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə ilk növbədə metronu görürük. Prezidentin verdiyi tapşırığa uyğun olaraq metrostansiyaların yerləri və digər məsələlərlə bağlı planlar hazırlanıb. Bu istiqamətdə işlər gedir. İkinci məsələ insanların şəhər ətrafından mərkəzə və şəhər ətrafında hərəkətini təşkil etməkdir. Bu, həm də mövcud dəmir yolu xətləri ilə mümkündür. Dəmir yolu xətlərində sovet dövründə mövcud olmuş və hazırda müəyyən qədər modernizasiyasına ehtiyac olan hissələr var. Təkliflər ondan ibarətdir ki, onların da bərpa olunmasına ehtiyac var. Nəticədə həmin hissədə ehtiyac dəmir yolu vasitəsilə ödəniləcək. Metro stansiyaları ilə digər məntəqələr arasında avtobus daşımalarının daha effektiv olmasını düşünürük. Burada əlavə komponent tramvay xəttidir. Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu Binəqədidən keçməklə 28 May istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən “Seebreze” zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər. Bu istiqamətlərdə də araşdırmalarımız davam edir. Məqsəd yalnız hansısa nəqliyyat növünün inşası yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə yönəlməkdir. Tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlərimiz davam edir”.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov isə “Trend”ə müsahibəsində demişdi ki, Bakıda relssiz tramvay xətlərindən istifadə oluna bilər, lakin yeni relslər qurulmayacaq: “Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər. İctimai nəqliyyat, metro, dəmiryol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı problemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilərdə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin çox olduğu, eyni zamanda yaşayış məntəqələrinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azyaşlının molla ilə qaçması – qanunun və İslamın diktəsi

Next

Bu ölkədə güclü zəlzələ oldu

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv