Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Diqqət: QHT-lərlə bağlı yeni qanun gəlir!

By Vüsal Rafiqoğlu
24.06.2025 3 Min Read

Milli Məclisin iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

Komitə sədri Fazil Mustafa layihə ilə bağlı həmkarlarını məlumatlandırıb.

Deputat Azay Quliyev çıxışında bildirib ki, məlum olduğu kimi, Azərbaycanda QHT sektorunun sərbəst və şəffaf fəaliyyəti üçün hər cür şərait yaradılıb və QHT-lərin ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri daim dövlət tərəfindən dəstəklənir: “Dövlət QHT-ləri dəstəkləməklə yanaşı, onların fəaliyyətinin şəffaf və milli maraqlara uyğun qurulması üçün qanunvericilik bazasının təkmilləşdirilməsində də maraqlıdır. Bu gün müzakirə etdiyimiz “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişikliklər də bu məqsədə xidmət edir. Belə ki, dəyişikliyə əsasən qeydiyyata alınmayan xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların aparılması bütün subyektlərə (o cümlədən belə əməliyyatlar aparan banklara və digər ödəniş xidməti təchizatçılarına) qadağan edilir. Əslinə baxanda bu müddəa yeni deyil, belə ki, 2015-ci ildə 337 saylı qərarla Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalarda xarici maliyyə mənbələri hesabına həyata keçirilən xidməti müqavilələrlə bağlı bu tələb var, lakin indiyə kimi bu tələbləri pozanlara qarşı inzibati məsuliyyət müəyyən edilməyib. İndi isə bu müddəa QHT qanunvericiliyinə gətirilir, həm də İnzibati Xətalar Məcəlləsinə yeni 432-1 maddə əlavə olunur ki, bu maddəyə əsasən qeyd olunan tələbləri pozan vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq ediləcək”.

A. Quliyev hesab edir ki, təklif olunan dəyişiklik üç səbəbdən xüsusi əhəmiyyət daşıyır: “Birinci, xarici mənbədən daxil olan vəsaitlərin qeydiyyata alınması bu vəsaitlər üzrə aparılan bütün fəaliyyətin aşkarlığını, şəffaflığını və hesabatlığını təmin edəcək.

İkinci, xarici qüvvələrin xidməti müqavilə adı altında milli maraqlarımıza və milli təhlükəsizliyimizə qarşı QHT-lərdən istifadə etməsinin qarşısı daha effektiv şəkildə alınacaq.
Üçüncü, QHT-lərin özlərinin gələcəkdə bu kimi risklərdən müdafiə olunması üçün mövcud mexanizm qanunvericilik səviyyəsində daha da möhkəmləndiriləcək.”

Deputat bununla yanaşı, qanun layihəsinin daha təkmil olması və qarşıya qoyulan məqsədə tam nail olunması üçün iki təklifi diqqətə çatdırdı. Bildirdi ki, hazırda QHT haqqında qanunun qüvvədə olan 24-2.1-ci maddəsində bu Qanunun 24.0.3-cü maddəsinə istinadən xarici maliyyə mənbələri hesabına yalnız xidmətlərin göstərilməsi və işlərin görülməsi haqqında müqavilənin qeydiyyatı tələbi var: “İndi isə təklif olunur ki, qeydiyyata alınmamış müqavilə üzrə bank əməliyyatları aparıla bilməz. Lakin nə mövcud mətndə, nə də onun məntiqi davamı olaraq irəli sürülən yeni təklifdə malların satışı üzrə müqavilənin qeydiyyatı tələbi yoxdur. Baxmayaraq ki, istinad olunan QHT haqqında qanunun 24.0.3-cü maddəsində “malların satışı” ifadəsi də yer alıb.
Hesab edirəm ki, ən müxtəlif yollarla Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyən xarici qüvvələr asanlıqla bu boşluqdan istifadə edərək “mal satışı” adı altında istədiyi məbləğdə vəsaiti təsir dairəsində olan QHT-lərə ötürə bilər. Əgər QHT bu cür xidmət üzrə müqaviləni qeydiyyatdan keçirməsə, ona heç bir irad bildirmək mümkün olmayacaq, çünki qanunda malların satışı üzrə müqavilənin qeydiyyatı tələbi yoxdur. Ona görə də xaricdən istənilən fəaliyyət üzrə QHT-lərə daxil olan vəsait istisnasız olaraq qeydə alınmalı, bu vəsaitlərin xərclənməsinin şəffaflığı təmin olunmalı və sui-istifadələr üçün heç bir hüquqi boşluğa yol verilməməlidir.”

İkinci təklifim isə ondan ibarətdir ki, həm mövcud, həm də təklif olunan mətnə “xarici maliyyə mənbələri” ilə yanaşı “xarici sifarişçi” sözünü də əlavə edək. Çünki praktikada bəzi fəaliyyət “xarici maliyyə mənbələri” anlayışından kənara çıxır. Misal üçün, deyək ki, Azərbaycanda fəaliyyət göstərən hər hansı bir MMC xaricdən aldığı vəsaiti müxtəlif məqsəd və maraqlar naminə xidməti müqavilə ilə QHT-yə ötürür. Onda bu xidmətin xarici maliyyə mənbələri hesabına həyata keçirildiyini müəyyən etmək və qeydiyyata salmaq çətin olacaq. Çünki MMC maliyyənin xaricdən gəldiyini göstərməsə, QHT qeydiyyat öhdəliyi daşımır. Ancaq layihəyə həm də “xarici sifarişçi” sözü əlavə etsək, o zaman QHT bu qaydalara əməl etməli olacaq və şəffaflıq təmin ediləcək.
Bununla yanaşı, Mülki Məcəllədə müvafiq dəyişiklik edilərək subpodratçı müqavilə imzalandığı təqdirdə MMC-lərə öhdəlik qoyulsun ki, əgər vəsait xaricdən daxil olubsa, onun mənbəyini icraçıya bildirsin.”

Deputat sonda bir daha vurğuladı ki, müzakirə olunan qanun layihəsi QHT-lər üçün heç bir məhdudiyyət yaratmır, əksinə, onların cəmiyyət və dövlət qarşısında daha məsuliyyətli olmaları və şəffaf fəaliyyət göstərmələri üçün mövcud mexanizmləri daha da təkmilləşdirir.

Elşad Paşasoy,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan indi də belə RÜSVAY oldu – Paşinyan Türkiyədən qayıdan kimi…

Next

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv