Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Silahlı Qüvvələr Günü: Qürur, güc, qəhrəmanlıq günü

By Vüsal Rafiqoğlu
25.06.2025 2 Min Read

26 iyun tarixi Azərbaycan xalqı üçün xüsusi bir əhəmiyyət daşıyır. Bu gün ölkəmizin müdafiə gücünün rəmzi olan Silahlı Qüvvələrimizin yaradılmasının ildönümüdür. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan milli ordu ənənəsi, bu gün müstəqil Azərbaycanın qüdrətli və peşəkar silahlı qüvvələrində davam etdirilir. Bu əlamətdar tarix təkcə hərbiçilər üçün deyil, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki Silahlı Qüvvələrimiz müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün əsas təminatçısıdır. 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü təkcə hərb tariximizin mühüm səhifəsi deyil, həm də milli ruhun, qürurun və qəhrəmanlıq ənənələrinin təcəssümüdür. Bu gün, Vətənin müdafiəsi uğrunda canından keçməyə hazır olan igid əsgərlərimizə ehtiramın ifadəsi, xalqla ordu arasında qırılmaz birliyin simvoludur.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk müntəzəm ordu birləşmələrinin yaradılması ilə Silahlı Qüvvələrimizin əsası qoyuldu. Bu, gənc dövlətin öz suverenliyini qorumaq, daxili və xarici təhlükələrə qarşı dayanmaq əzmindən doğurdu. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikası da bu tarixi mirası yaşadaraq 1992-ci ildə Milli Ordusunu yaratdı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə 26 iyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi təsis olundu. Bu qərar xalqın orduya olan dərin ehtiramının rəsmi şəkildə ifadəsi idi. Bu gün Azərbaycan Ordusu təkcə regionda deyil, beynəlxalq miqyasda da güclü və peşəkar ordular sırasında yer alır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri müasir texnika, silah və avadanlıqla təchiz olunmuşdur. 2020-ci il Vətən müharibəsi – 44 günlük zəfər yürüşü Azərbaycan Ordusunun gücünü, xalqımızın birlik və iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə yalnız silahla deyil, yüksək mənəviyyat, intizam, strategiya və əzmkarlıqla qazanıldı. Qarabağda qazanılan bu şanlı zəfər Azərbaycan Silahlı Qüvvələrinin tarixə yazdığı ən parlaq səhifələrdən biridir.

Azərbaycan gəncləri üçün əsgərlik yalnız hərbi xidmət deyil, həm də vətənpərvərlik məktəbi, kişilik və mərdlik simvoludur. Əsgərlik dövründə gənclərimiz həm fiziki, həm mənəvi cəhətdən böyüyür, Vətənin qorunması məsuliyyətini dərindən dərk edirlər. Valideynlər oğullarını orduya qürurla yola salır, çünki bilirlər ki, bu yol şərəfli bir yoldur. Bu gün torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların göstərdiyi rəşadət və fədakarlıq, gələcək nəsillər üçün örnəkdir. Müharibə veteranlarımızın, qazilərimizin həyat yolu da cəmiyyət üçün vətənə bağlılığın və qəhrəmanlığın nümunəsidir. Silahlı Qüvvələr Günü təkcə əsgərlərimizin deyil, bütün xalqın bayramıdır. Bu gün bir daha sübut edir ki, ordu yalnız döyüş meydanlarında deyil, həm də milli birliyin, vətənpərvərliyin və güvənin dayağıdır. Hər bir vətəndaş bu bayramı qeyd edərkən bilsin ki, onun əmin-amanlığı, sabitliyi və gələcəyi məhz güclü orduya söykənir. 26 iyun -Silahlı Qüvvələr Günü Azərbaycanın hər bir vətəndaşı üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün həm tarixi yaddaş, həm qürur mənbəyi, həm də gələcək nəsillərə vətənə xidmətin şərəfini aşılayan mühüm gündür. Qoy ordumuz hər zaman qüdrətli, əsgərimiz ayıq-sayıq, vətənimiz isə əbədi müstəqil olsun!

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir

Next

Erməni diplomat Fələstində XİN başçısı təyin edildi – Azərbaycanı tənqid edənlər SUSUR…

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv