Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan polisi xalqın və dövlətinc güvən yeridir

By Vüsal Rafiqoğlu
02.07.2025 5 Min Read

Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.

Ulu Öndər Heydər Əliyev

Mənim polisim məni qoruyur. Bu məşhur və məzmunlu deyim özündə yalnız hüquqi  məna kəsb etmir, həm də insanın güvənc yeri, etimad yeri kimi anlaşılır. Polis sözü həm də əmin-amanlığın, siyasi sabitliyin sinonimidir. Bəli, dövlət və xalq qarşısında vicdanla xidmət edən polislər üçün bu, yalnız peşə deyildir, həm də özünü hər zaman fədakarlığa hazırlayan insanların həyat tərzidir desək yanılmarıq. Yazımızı polislərə ona görə həsr etdik ki, bu gün peşəkar fəaliyyəti qəhrəmanlıqlarla dolu olan Azərbaycan polisinin yaranmasından 107 il ötür. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli   Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Azərbacanın dahi oğlu, böyük dövlət xadimi Heydər Əliyev polis orqanlarının fəaliyyətinə hər zaman xüsusi önəm verib, onların inkişafı və müasirləşməsi istiqamətində mühüm islahatlara imza atıb. Bu dahi şəxsiyyət  polis orqanlarını dövlətin dayaqlarından biri hesab edib, onun gücləndirilməsini hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qiymətləndiririb. Məhz Ulu Öndərin rəhbərliyi dövründə daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilib, kadr islahatları aparılıb və polis əməkdaşlarının sosial müdafiəsi ön plana çıxarılıb. Onun polis orqanlarına göstədiyi diqqət və qayğı  sayəsində xalq –polis birliyi və tandemi yaranıb. Nəticədə Azərbaycan polisi cəmiyyətin etimadını qazanan, sabitliyin və qanunçuluğun təminatçısı olan bir quruma çevrildi. Ulu Öndər bu barədə demişdir: «Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır.»  Həmçinin Ulu Öndər polsin peşə fəaliyyətini belə qiymətləndirmişdir: « Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.»

Ulu Öndərin Azərbaycanı qüdrətləndirməsinə dair illər öncəki siyasi fəaliyyəti   bu gün Onun  siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin başçısı peşəkar polislərimizin Vətən və xalq naminə həyata keçirdikləri işləri  hər zaman yüksək qiymətləndirib, onlapın  dövlətçiliyin möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynadığını dəfələrlə bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında genişmiqyaslı islahatlar həyata keçirilib, hüquq-mühafizə sisteminin müasirləşdirilməsi, şəffaflığın artırılması və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Dövlət başçısının dəstəyi ilə bu gün daxili işlər orqanları həm texniki imkanlar, həm də insan resursları baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin başçısı bu barədə deyib: «Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm».

Əslində cənab Prezidentin bu sözləri polis işçiləri üçün peşəkar fəaliyyətlərini və vətənpərvərliklərini daha yüksəltmək üçün əlavə stimul sayılmalıdır. Təbii ki, Azərbaycan polisinin Vətən qarşısındakı fədakar xidmətləri təkcə dinc dövrdə deyil, həm də müharibə şəraitində də öz əksini tapıb. Belə ki, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində polis əməkdaşları böyük şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. Onlar yalnız asayişin qorunması ilə kifayətlənməyib, həm də  ön cəbhədə, hərbi əməliyyatlarda da fəal iştirak edərək əsl vətənpərvərlik nümunələri göstəriblər. Birinci Qarabağ müharibəsi zamanı təxminən 1700 polis əməkdaşı və hərbi qulluqçu qəhrəmancasına şəhid olub, 1710 nəfər  müxtəlif dərəcəli xəsarətlər alıb. 67 polis əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Eyni zamanda,  1143 nəfər isə müxtəlif orden və medallarla təltif olunub. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66  nəfər qəhrəmancasına şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mərdliklə vuruşan Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər ölkə başçısının  sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. Onlardan dördü Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüılüb.

Azərbaycan polisi postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizdə də mükəmməl xidmət ilə fərqlənir. Bu gün Qarabağa və Şərqi Zəngəzura davam edən Böyük Qayıdış prosesində polislərimizin də önəmli əməyi var. Belə ki, həmin ərazilərdə asayişin təmin olunması, yeni köçən sakinlərə xidmət  Vətənə xidmət borcu kimi qiymətləndirilir. Polislərimiz bu yaşayış məntəqələrində təkcə asayişi qorumaqla kifayətlənmir, həm də mina təhlükəsi olan ərazilərdə əhalinin təhlükəsiz hərəkətinin təmin edilməsində, strateji obyektlərin mühafizəsində, bərpa-quruculuq işlərinin sabit şəraitdə həyata keçirilməsində önəmli rol oynayırlar. Hazırda Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcərdə xidmət apararan plois əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində bu ərazilərdə həyat tədricən normallaşır, vətəndaşlar öz dədə-baba torpaqlarına qaytarılır. Bu fəaliyyət yalnız təhlükəsizlik məsələsi deyil, həm də dövlətin ərazi bütövlüyünün və suvereliyinin real təminatı kimi strateji əhəmiyyət daşıyır.

Azərbaycan polisi həm də çağdaş dünyamızın inkşaf tendensiyasından vaxtında və hərtərəfli qaynaqlanır. Xüsusilə onların cinayətkarlığa qarşı fəaliyyətlərinin keyfiyyətini yüksəltmək üçün ən müasir texnika və avadanlıqlarla təminatı hər il daha da genişlənir.  Eyni zamanda, ploislərin peşəkar fəaliyyətləri üçün həm də hüquqi baza genişlənir, Xüsusilə daxili işlər orqanlarının fəaliyyətində şəffaflığın, peşəkarlığın və intizamın daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Son bir neçə ildə  daxili işlər orqanlarında struktur islahatları aparılıb, şəxsi heyətin hazırlıq səviyyəsi yüksəldilib, vətəndaş məmnunluğunun artırılması əsas prioritetlərdən birinə çevrilib. Eyni zamanda, cəmiyyətin təhlükəsizliyinin təmin olunması, cinayətkarlıqla mübarizənin gücləndirilməsi və müasir texnologiyaların tətbiqi sayəsində cinayətkarlıqla mübarizədə xeyli müsbət nəticələr var. Belə ki, 2024-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 33.379 cinayət qeydə alınmışdır. Onların 40,6%-i (13.550-i) iqtisadi sahədə cinayətlər, 39,8%-i (13.273-ü) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 16%-i (5.337-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 85,8%-i (28.652-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.2023-cü il ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma 13,5% (-43), oğurluq 39,3% (-2732), soyğunçuluq 36,3% (-74), narkotik vasitələrlə bağlı cinayətlər 11,9% (-1177), ekoloji cinayətlər 9% (-27) azalmışdır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə  Daxili İşlər  Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 31.526 cinayətin 90,3%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 87,3%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 86%-i, şəxsiyyət əleyhinə olanların 98,9%-i, onlardan qəsdən adam öldürmələrin 96,6%-i, adam öldürməyə cəhdlərin 95,2%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9%-i, mülkiyyət əleyhinə olanların 83,3%-i, o cümlədən oğurluqların 69,4%-i, dələduzluqların 93,3%-i, soyğunçuluqların 96%-i, quldurluqların 97,3%-i, hədə-qorxu ilə tələb etmələrin 98,2%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 98,5%-i, habelə xuliqanlıqların 97,6%-i açılmışdır.

Keçmiş illərdən bağlı qalmış 630,  «isti izlərlə» isə 4.037 cinayətin üstü açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,1% yaxşılaşaraq 87,9% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 118 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 65 nəfərin yeri müəyyən olunmuşdur. Bütövlükdə müxtəlif cinayətlərə görə 16.725, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 247 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 216 kriminal qrup zərərsizləşdirilmişdir. Qeyri-leqal dövriyyədən 4 ton 714 kiloqram (+250 kq) narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 436 ton 266 kq (+167 ton 385 kq) olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.

Məhz bu sayılan müsbət faktlara rəğmən demək olar ki,  polis əməkdaşlarının gündəlik fəaliyyəti cəmiyyətin sabitliyi və təhlükəsizliyinin əsas hissəsidir. Sonda: bir məşhurun dediyi kimi, əsl və peşəkar  polis üçün bu məqam vəzifədən çox Vətənə və xalqa ürəkdən, həm də  fədakarcasına xidmət üçün seçilmiş bir peşədir.

Elçin Zaman, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Düyün-zavyazka

Next

Ruzi-bərəkətiniz bol olsun!..

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv