Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ölkədə ən çox kişilər iş tapmır – səbəb

By Vüsal Rafiqoğlu
04.07.2025 3 Min Read

Üzeyir Şəfiyev: “Əməkhaqqı kişiləri qane etmir, ona görə də işsizlik yaranır”

2025-ci ilin iyununa olan məlumata əsasən, ölkədə 229,9 min nəfər işsiz kimi qeydə alınıb və onların yarıdan çoxunu kişilər təşkil edir. Bu vəziyyət əmək bazarında daha çox kişilərin çətinliklə üzləşdiyini göstərir. Kişilərin işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbləri nə ola bilər?

Bəzi ekspertlərin fikrincə, Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan bu statistik göstərici real deyil. Çünki regionlarda yetəri qədər əmək fəaliyyəti ilə məşğul olan əhali məskunlaşıb.

Həmin insanlar həm heyvandarlıq, həm də bitkiçilik kimi fəaliyyətlərlə məşğul olurlar. Statistikada qeyd olunmasa da, bu şəxslər gəlir əldə edirlər. Lakin rəsmi iş olmadığı üçün statistik göstəricilərdə əks olunmayıb. Belədirmi?

Bundan əlavə, son illərdə iş üçün ölkə xaricinə gedən şəxslərin sayı artıb. Əmək bazarındakı vəziyyəti bununla da əlaqələndirmək olarmı?

Daha bir məsələ, ekspertlər qeyd edir ki, burada ixtisas və bacarıqların tələbatla uyğunlaşmaması məsələsi də var. Belə ki, kişilərin bir hissəsi ənənəvi peşələrə üstünlük verir (sürücülük, fəhləlik, ustalıq və s.) Lakin iqtisadiyyat dəyişdikcə tələb edilən yeni bacarıqlar (rəqəmsal texnologiyalar, xidmət sahəsi, İT və s.) ortaya çıxır. Yeni tələblərə uyğunlaşmaqda çətinlik çəkən şəxslər işsiz qalır.

Boşanmalarda təşəbbüskar qadınlardır! - Sosioloq ÜSYAN ETDİ | Modern.az

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, statistik göstəricilərin əsas səbəblərindən biri kişilərin təklif olunan əməkhaqqı ilə razılaşmamasıdır: “Bu cür statistikanın səbəbləri ondan ibarətdir ki, bəzən kişilər təklif olunan iş yerlərini qəbul etmirlər. Çünki əməkhaqqının səviyyəsi onları qane etmir. Bu səbəbdən kişilərin həmin işlərdən imtina etməsi fonunda onların arasında işsizlik reallığı yaranır. Üstəlik, orta əməkhaqqı ilə real əməkhaqqı və median əməkhaqqı arasında ciddi fərqlər var. Eyni zamanda vergi yükünün artması və inflyasiya da real əməkhaqqına təsir edir. Bu səbəbdən əmək bazarında təklif olunan iş yerləri kişilər üçün cazibədar sayılmır və bu da işsizlik problemini daha da dərinləşdirir”.

Sosioloq qeyd edib ki, bu cür statistika təkcə Azərbaycana məxsus deyil: “Əslində bu kimi göstəricilər bütün ölkələrdə müşahidə olunur. Amma Azərbaycanda da yeni iş yerlərinin yaradılması istiqamətində bir sıra təşəbbüslər həyata keçirilir. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə – regionların iqtisadi inkişafı fonunda yeni iş yerlərinin açılması istiqamətində proqramlar mövcuddur. Lakin əmək bazarına hər il ən azı 110 min yeni işçi qüvvəsi daxil olur və bu da rəqabəti daha da artırır. Belə rəqabətli şəraitdə əmək bazarında daha çox rəqabətədavamlı kadrlar tələb olunur”.

Ekspert vurğulayıb ki, əmək bazarına daxil olan işçi qüvvəsinin təhsil səviyyəsi ilə əmək bazarının tələbləri arasında uyğunluq problemi var: “Əmək bazarına daxil olan işçi qüvvəsinin böyük hissəsi ali təhsilli deyil və bu səbəbdən əmək bazarının tələblərinə cavab vermir. Ona görə də əmək bazarının tələblərinə uyğun ixtisaslaşmış mütəxəssislərin hazırlanması zəruridir. Bu proses proqnozlaşdırma əsasında aparılmalıdır: 5-10 ildən sonra əmək bazarı hansı ixtisaslara ehtiyac duyacaqsa, həmin istiqamətdə kadr hazırlığı həyata keçirilməlidir. Peşə və ali təhsil ocaqlarında məhz gələcəyin əmək bazarına cavab verəcək mütəxəssislər hazırlanmalıdır.

Əmək bazarı ilə təhsil müəssisələri arasında koordinasiya zəifdir. Əmək bazarı, müəssisələr təhsil müəssisələrinə sifariş verməlidir. Təhsil müəssisələri də bu sifarişlərə uyğun olaraq yaxın və uzaq perspektiv üçün mütəxəssis hazırlamalıdır. Əmək bazarı təklif-tələb əsasında fəaliyyət göstərməlidir. Məsələn, filoloq və hüquqşünas nə qədər hazırlanmalıdır? Elə sahələr var ki, mütəxəssis çatışmazlığı yaşanır, elə sahələr də var ki, mütəxəssis bolluğudur. Bu isə əmək bazarının düzgün idarə olunmaması ilə bağlı problemdir. Həmçinin təhsil müəssisələrində menecment məsələsində də suallar yaranır. Əmək bazarına uyğun kadr hazırlığı bu sahədə əsas vəzifələrdən biridir”.

Ekspert regionlardan paytaxta miqrasiya axınına da toxunub: “İkinci mühüm məqam regionlardan Bakıya axınla bağlıdır. Bu axın nəticəsində paytaxtda əmək bazarında sıxlıq yaranır. Rəqabətin çox olması əməkhaqqını aşağı salır. Əvəzində isə regionlarda təklif olunan əməkhaqqı adekvat olmadığından insanlar ora getmək istəmir, miqrasiya olmur. Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə bu prosesin qarşısını almaq üçün daha yüksək əməkhaqqı təklif edilir. Bu, paytaxta axının qarşısını almaq və regionların iqtisadi inkişafını stimullaşdırmaq üçün vacib addımdır”.

Sosioloq təklif edib ki, bu model digər bölgələrdə də tətbiq oluna bilər: “Əgər regionlarda da əməkhaqqı yüksək olarsa, insanlar paytaxta köçməz və bölgələrdə iqtisadi aktivlik artar. Nəticədə işsizliklə bağlı ümumi vəziyyət də yaxşılaşar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məsud Pezeşkian Azərbaycana GƏLDİFOTO

Next

Prezident Ağdam səfəri ilə bağlı VİDEO paylaşdı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv