Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qonşuluqda terror təhlükəsi – “Azərbaycana gedin!” mesajı

By Vüsal Rafiqoğlu
05.07.2025 3 Min Read

ABŞ vətəndaşlarını İrana səfər etməməyə, ölkəmizə keçməyə çağırır – Bakı üçün yaranan imkanlar və təhdidlər…

Yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırır. ABŞ-ın İrandakı virtual səfirliyinin saytında bildirilib. Qeyd edilib ki, ABŞ vətəndaşları yeniliklərlə bağlı yerli medianı yaxından izləməli və İrandan təşkil olunan kommersiya uçuşları ilə bağlı məsləhətləşmə aparmalıdır.

“İyulun 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər. ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistana keçə bilərlər”, – məlumatda deyilir.

ABŞ-nin bu çağırışı hansı yeni hazırlıqdan xəbər verir? Bu, simvolik, ümumi narahatlıqdan irəli gəlir, yoxsa İranla bağlı növbəti hücum planları nəzərdən keçirilir?

Bu arada İran xarici işlər naziri Abbas Əraqçi deyib ki, ölkəsi nüvə silahlarını qeyri-insani və islam prinsiplərinə zidd hesab edir: “Biz nüvə silahını təkcə qeyri-insani deyil, həm də islam prinsiplərinə zidd hesab edirik. İkincisi, dövlətimizin müdafiəsi üçün nüvə silahı lazım olduğuna inanmırıq. Bu silahlar bizi daha həssas vəziyyətə salacaq. Təbii ki, İran daxilində bununla bağlı hələ də müzakirələr gedir və mənim fikrimi bölüşməyənlər də var”, – o bildirib.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova “Yeni Müsavat”a deyib ki, ABŞ-ın İrana səfərlərlə bağlı vətəndaşlarına verdiyi xəbərdarlıq zahirən konsulluq təlimatı kimi təqdim olunsa da, əslində, bu bəyanatın arxa planında ciddi geosiyasi siqnallar yatır: “Belə çağırışlar əsasən iki məqsədə xidmət edir. Birincisi, konkret riskləri idarə etmək; ikincisi, siyasi-psixoloji təsir mexanizmləri vasitəsilə qarşı tərəfin davranışına təsir göstərmək. Bu kontekstdə Vaşinqtonun ”İrana getməyin, Azərbaycan və Türkiyə istiqamətində çıxış yolları axtarın” çağırışı artıq təkcə təhlükəsizlik məsələsi deyil, bu, yeni regional düzənin cizgilərinin çəkilməyə başlandığının xəbərçisidir”.

Siyasi şərhçi deyib ki, İranın daxili böhranı və beynəlxalq təcridi prosesi gedir: “Hazırda İran eyni anda bir neçə ciddi təzyiqlə üz-üzədir. Daxildə sosial gərginlik və siyasi mübarizənin dərinləşməsi, regionda nüfuz savaşının zəifləməsi, nüvə proqramına görə beynəlxalq təcrid və sanksiyaların genişlənməsi. Vaşinqton bu zəiflikləri yaxşı görür və zamanlamanı düzgün seçir. ABŞ-ın səfər xəbərdarlığı, Tehran üçün həm psixoloji, həm də strateji təzyiq vasitəsinə çevrilir. Bu, həm də beynəlxalq ictimaiyyətə mesajdır ki, ”İran təhlükəlidir, buradan uzaq durun”.

Siyasi şərhçi söyləyib ki, burada bir məqam diqqətdən yayınmamalıdır: “ABŞ vətəndaşlarının İrandan çıxış marşrutları içərisində ilk göstərilən alternativlərdən biri Azərbaycanın adının çəkilməsidir. Bu, simvolik görünə bilər, amma əslində ölkəmizin regionda artan tranzit və etibarlı tərəfdaş mövqeyini göstərən ciddi diplomatik nişanədir”.

Onun sözlərinə görə, ABŞ-İran qarşıdurması yeni fazaya keçir: “İranın ”yüngül zənginləşdirilmiş uran ehtiyatları” üzərində apardığı oyun artıq Qərbin “qırmızı xətt”inə toxunmaq üzrədir. İran rejimi bir tərəfdən nüvə silahına sahib olmağın onlar üçün zəruri olmadığını iddia edir, digər tərəfdən isə bu sahədə konkret praktiki addımlar atmaqda davam edir. Xarici işlər naziri Abbas Əraqçinin açıqlaması da göstərir ki, İranda nüvə proqramı təkcə xarici siyasət deyil, eyni zamanda, daxili ideoloji və strateji mübarizə məsələsidir. O, silahların islam prinsiplərinə və dövlət maraqlarına zidd olduğunu deyərək, nüvə silahının gətirəcəyi riskləri vurğulasa da, bununla razılaşmayan qüvvələrin mövcudluğunu da etiraf edir. Bu, Vaşinqtonun gözlədiyi fürsətdir. Rejiim daxilindəki parçalanmanı və əhali arasında narazılığı “qeyri-hərbi” üsullarla dərinləşdirmək niyyəti güdülür. Bunun üçün isə siyasi təcrid, iqtisadi çökdürmə və informativ mühasirə strategiyası mərhələli şəkildə tətbiq olunur. ABŞ səfirliyinin xəbərdarlığı bu ümumi strategiyanın sadəcə bir hissəsidir”.

Siyasi şərhçi yayılan xəbərdarlığın Azərbaycan üçün nə anlam daşıdığına da aydınlıq gətirib: “Belə mürəkkəb geosiyasi mənzərədə Azərbaycan üçün yaranan imkanlar və təhdidlər paralel şəkildə artmaqdadır. ABŞ vətəndaşlarının Azərbaycana keçməyə təşviq olunması bir tərəfdən ölkəmizin təhlükəsiz və sabit məkan kimi qəbul olunduğunun göstəricisidir. Bu, diplomatik nüfuz baxımından müsbət haldır. Digər tərəfdən, İranla qonşuluq edən və strateji tranzit əraziyə sahib ölkə kimi biz bir çox risklərlə də üz-üzəyik. Regionda istənilən qeyri-sabitlik Azərbaycan üçün iki istiqamətli nəticə doğura bilər. Yaranmış situasiyada ölkəmiz daha mühüm siyasi platformaya çevrilə bilər. Bundan başqa, İran tərəfindən birbaşa və ya dolayı yollarla təsirlərə məruz qalma ehtimalı da artar. İranın istənilən təzyiq altında qeyri-rasional davranış sərgiləmək ehtimalı da nəzərə alınmalıdır. Həm daxili repressiyalarla, həm regiondakı ”proksi” qüvvələrlə təzyiq göstərilə bilər”.

Vaşinqtonun səfər xəbərdarlığı əslində daha böyük oyunun başlanğıc düyməsidir: “İranın daxili sabitliyi, nüvə siyasəti və regiondakı nüfuz savaşı indi yeni bir mərhələyə keçir. Qərb İranı yalnız hərbi yox, həm də iqtisadi, diplomatik və informasiya vasitəsilə təzyiq altına almağa çalışır. Bu prosesin bütün region ölkələrinə təsir edəcəyi aydındır. Azərbaycan bu dəyişən geosiyasi reallıqda passiv müşahidəçi deyil, çevik, praqmatik və balanslı mövqe ilə aktiv oyunçu kimi çıxış etməlidir. Regional təhlükəsizlik, diplomatik çeviklik və milli maraqların qətiyyətlə qorunması indi hər zamankından daha vacibdir. Vaşinqtonun ”Azərbaycan üzərindən çıxış edin” mesajı bizim üçün sadəcə coğrafi üstünlük yox, həm də siyasi məsuliyyət anlamına gəlir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı və Moskvanı Ərdoğan barışdıracaq? – Kritik gəlişmə

Next

Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv