Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yol polisi hərəkətə keçdi, ikitəkərli xaos nəzarətə alınır

By Vüsal Rafiqoğlu
09.07.2025 2 Min Read

Biri sağdan keçir, o biri soldan. Hər ikisi də tələsir. Guya gecikən bir pizza, ya da soyuya biləcək dönər üçün ömrünü riskə atan iki motokuryer. Maşınların yanından sürtünərək keçir, bəzən güzgülərə toxunur, bəzən də qəzaya səbəb olur. Onlar üçün tıxac, zolaq, qırmızı işıq anlayışı yoxdur. Elə bil şəhərin bütün yolları təkcə onların çatdıracağı sifariş üçündür. Paytaxt küçələrində son illər artan motosikletlərin xaotik hərəkəti artıq təkcə sürücüləri deyil, piyadaları da təlaşa salıb. Sürücülük vəsiqəsi olmayan yeniyetmələr, texniki baxışdan keçməyən mopedlər, yol hərəkəti qaydalarını vecinə almayan sürücülər. Bakının hər küçəsində, hər tinində onlar var. Daxili İşlər Nazirliyi isə nəhayət ki, bu xaosun qarşısını almaq üçün hərəkətə keçib…

Motokuryerlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması ictimai narahatlıq doğurduğundan, Daxili İşlər Nazirliyinin əməkdaşları bu sahədə nəzarət-profilaktik tədbirləri intensivləşdirib. DİN-in yaydığı məlumata əsasən, motosiklet, moped və bu qəbildən olan digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarını pozanlara qarşı tədbirlər gücləndirilib. Söhbət yalnız sürət həddinin aşılmasından getmir. Təhlükəli manevrlər, qırmızı işıqda keçmə, eyni zolaqda sürücülərə təzyiq yaratma, qəfil dönmələr, texniki tələblərə uyğun olmayan vasitələrlə hərəkət və yol nişanlarına məhəl qoymamaq kimi hallar da nəzərdən qaçmır. Bu məsələyə münasibət bildirən avtonəqliyyat üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, motokuryer fəaliyyəti, əslində, nəzarətsiz bir sahəyə çevrilib:

“Restoranlar və çatdırılma şirkətləri kuryer sürücülərlə əmək müqaviləsi bağlamır, onlar əmək və texniki təhlükəsizlik baxımından qeyri-müəyyən statusda çalışırlar. Həm dövlət nəzarətindən kənardadırlar, həm də sığortalanmayıblar. Bu sürücülər qanundakı boşluqdan yararlanırlar. Bəziləri 16-17 yaşındadır və ümumiyyətlə, sürücülük vəsiqələri belə yoxdur. Bu isə həm onların, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır”.

Elməddin Muradlı problemin başqa bir aspektinə də toxunub: “Motosikletlərin hüquqi tənzimlənməsi və texniki baxış məsələsi də həll olunmalıdır. Əksər motosikletlər qeydiyyatdan keçməyib. Çoxu texniki cəhətdən tam yararsız vəziyyətdədir. Tormoz sistemi, siqnal, fənərlər, şinlər bərbad durumdadır. Texniki baxışdan yayınırlar. Polis saxlayanda isə sürücü qaçır, təhlükəli manevrlər edir. Bunun özü cinayət məsuliyyətinə səbəb ola biləcək davranışlardır”.

Elməddin Muradlının fikrincə, nizam-intizam yaratmaq üçün ilk növbədə çatdırılma şirkətlərinə inzibati məsuliyyət tətbiq olunmalı, sürücülərlə əmək müqavilələri bağlanmalı və minimum peşə hazırlığı sertifikatı tələb edilməlidir. Polisin profilaktik tədbirləri hazırda əsasən maarifləndirmə və izah işləri ilə məhdudlaşsa da, ekspert bu yanaşmanın kifayət etmədiyini düşünür. Elməddin Muradlı hesab edir ki, avtomobil sürücüləri ilə yanaşı, motosikletçilər üçün də xüsusi reydlər, kompleks cərimə tədbirləri və icbari texniki yoxlamalar tətbiq edilməlidir.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda xərçəng xəstələrinin sayı ARTDI – RƏSMİ

Next

Bir ömrün qayıdışı… VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv