Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əliyev-Paşinyan görüşü “vasitəçilik oyunu”nu yenə pozdu: Qafqaz Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarına “girov” düşmədi

By Vüsal Rafiqoğlu
10.07.2025 4 Min Read

Azərbaycan və Ermənistan kənar vasitəçilərdən imtina etməklə, kənar qüvvələrin sülh prosesinə pozucu müdaxilə cəhdlərini bloklamağı bacardı… Rəsmi Bakı görüş yerini seçməklə və ikitərəfli formatda prinsipal davranmaqla, tərəfsizlik prinsipinə sadiq qalmayan qlobal güclərə növbəti dəfə meydan oxudu…

Cənubi Qafqaz ətrafında taleyüklü proseslər cərəyan edir. İndi dünya nəhənglərinin əsas diqqəti məhz bu region üzərində indeksləşməyə başlayıb. Belə ki, ABŞ və Türkiyə başda olmaqla, bəzi Qərb siyasi dairələri Cənubi Qafqazda sülh və sabitlik dönəminin bulanmasında maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Rusiya isə bunun əksinə, yenidən regionda hərbi gərginliyin yüksəlməsinə, silahlı münaqişə təhlükəsinin ön plana keçməsinə çalışır. Və bu, Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə həll edə biləcək önəmli bir mərhələnin başlanğıc fazası hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Kreml son vaxtlar Rusiyanın Cənubi Qafqazda mövqelərini geriyədönməz proseslə itirməsindən ciddi şəkildə narahatdır. Ona görə də, Kreml region dövlətlərinə təzyiqlər göstərmək üçün əlində qalan son imkanları da hərəkətə gətirib. Halbuki, hələlik Rusiyanın bu məsələdə hər hansı uğur qazana biləcəyini iddia etmək mümkün deyil. Və ona görə də, Kreml indi həm regional sülh prosesinə, həm də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə qatılmağa can atır.

333af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (226 KB)

Məsələ ondadır ki, Kreml son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bəyanlayıb. Eyni zamanda, ABŞ və Avropa Birliyi də regional sülh prosesində Rusiya ilə vasitəçilik rəqabətinə xüsusi həvəs göstərir. ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Ağ Ev Azərbaycan və Ermənistan arasında ən qısa zamanda sülh sazişinin imzalana biləcəyinə ümid bəsləyir. Və ABŞ bu məsələdə hər iki tərəfə dəstək verməyə, dolayısı ilə vasitəçiliyə hazırdır.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan nə Rusiyanın, nə də ABŞ və Qərbin vasitəçilik təkliflərinə xüsusi həssaslıq göstərmir. Belə ki, Azərbaycan və Ermənistan liderlərinin sülh danışıqları üçün görüş keçiriblər. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında BƏƏ-nin paytaxtında keçirilib. Və iki ölkə lideri tərəflər arasında sülh müqaviləsinin yekun variantını müzakirə edirlər.

Bəzi məlumatlara görə, ABŞ bu görüşün keçirilməsinə birbaşa dəstək verir. Çünki bu görüşdən sonra münaqişə tərəfləri arasında yekun sülh sənədinin imzalanmasının tezləşdirilməsi ilə bağlı əlavə imkanlar açıla bilər. Eyni zamanda, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına daha çox üstünlük verən Tramp adminstrasiyası Rusiyanın bu prosesdən kənarda qalmasında da maraqlıdır. Və hələlik Ağ Ev hadisələrin inkişaf istiqamətlərindən məmnun görünür.

3f52060bfda64e898643ed7b9d64ca94.jpg (195 KB)

Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında görüşün ikitərəfli, birbaşa formatda baş tutması ABŞ-ın təşəbbüsü deyil. Əksinə, Rusiya kimi ABŞ da bu prosesdə vasitəçiliyə can atır. Bununla belə, həm Ermənistan, həm ABŞ, həm də digər maraqlı qüvvələr Azərbaycanın görüşün ikitərəfli formatda keçirilməsi israrı ilə barışmalı olublar. Və bunla da hər iki tərəfin bütün dünyaya ortaq mesaj verməsi baş tutdu.

Belə nəticə çıxartmaq olar ki, Azərbaycan və Ermənistan sülh prosesində üçüncü qüvvələrin iştirakına ehtiyac görmürlər. Bu baxımdan, Rusiya, ABŞ və Avropa Birliyinin vasitəçilik missiyasına yönəlik canfəşanlığı hazırda tamamilə yersizdir. Eyni zamanda, Ermənistan da vasitəçilik missiyasına can atan üçüncü qüvvələrin deyil, məhz Azərbaycanın təklif etdiyi sülh konsepsiyasını və danışıqlar formatını qəbul edir.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan və Ermənistan liderlərinin Abu-Dabidə keçirilən görüşünü son illərin ən strateji və tarixi xarakterli seçim hesab etmək olar. Çünki Rusiya, ABŞ və Avropa Birliyi tərəfsiz mövqedən uzaqdır. Birləşmiş Ərəb Əmirlikləri isə bu baxımdan, neytral tərəf statusuna daha çox uyğun gəlir. Bu baxımdan, görüş yerini seçən, üçüncü tərəfin iştirakını bloklayaraq, birbaşa təmas formatlnda prinsipal davranan rəsmi Bakı neytral vasitəçilik missiyasına hazır olmayan qlobal güclərə növbəti dəfə meydan oxumağı bacardı.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Maraqlıdır ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Əbu-Dabidə keçirilən görüşlə bağlı təxminən eyni məzmunda açıqlama yayıblar. Həmin açıqlamalarda vurğulanır ki, dövlət liderləri iki ölkənin qarşılıqlı münasibətlərinin normallaşması gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. Və ikitərəfli danışıqların ən səmərəli format olduğu təsdiqlənib, nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Digər tərəfdən, dövlət liderləri Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə əldə olunmuş nailiyyətləri dəyərləndiriblər və müvafiq komissiyalara əməli işlərin sürətləndirilməsi ilə bağlı göstəriş veriblər. Yəni, Azərbaycan və Ermənistan liderləri indiyə qədər görülmüş işlərdən məmnun olduqlarını qətiyyən gizlətmirlər. Və sərhədlərin delimitasiya prosesinin daha sürətləndirilməsini vacib hesab edirlər.

Göründüyü kimi, Cənubi Qafqazda sülh prosesinə müdaxilə həvəsində olanlar hələ də mövcuddur. Ancaq Azərbaycan və Ermənistan kənar vasitəçilərdən imtina etməklə, qlobal güclərin sülh prosesinə pozucu müdaxilə cəhdlərini bloklamağı bacarır Və bununla da, regionun gələcək taleyinin kənar güclərin geopolitik maraqlarının girovuna çevrilməsinə imkan verilməyəcəyini qabardır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rosselxoznadzor Azərbaycan pomidoru, şaftalısı və nektarinində “zərərverici” aşkarlamağa başlayıb

Next

Rəsmi qurumda kütləvi intihar – 13 ölü

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv