Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Almaniya mediası Zəngəzur dəhlizindən yazdı: “Bakı və İrəvan sülh üçün irəliləyir…”

By Vüsal Rafiqoğlu
11.07.2025 3 Min Read

Almaniyanın “berliner-zeitung.de” saytı Əbu-Dabidə Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilmiş görüşlə bağlı “Ohne Russland: Aserbaidschan und Armenien bekräftigen Friedensvertrag” (Rusiyasız: Azərbaycan və Ermənistan sülh sazişini gücləndirir) adlı məqalə dərc edib.

Müəllif Alexander Schmalz yazır ki, Qarabağ müharibəsindən sonra ilk dəfə İlham Əliyev və Paşinyan rəsmi görüş keçirir və sülh sazişini təsdiqləyirlər. Vasitəçilərsiz, Rusiyasız. Qalıcı həllə doğru daha bir addım atılır.

Vurğulanır ki, hər iki ölkənin Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdən sonra belə bir məlumat yayıb ki, Azərbaycan və Ermənistan onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün müqavilə layihəsi üzrə razılıqlarını təsdiqləyib və ikitərəfli sülh danışıqlarını vasitəçilərsiz davam etdirmək niyyətindədirlər.

DABİ EN SON.jpg (127 KB)

Almaniya nəşri bildirir ki, bu, 2023-cü ilin payızında Qarabağ müharibəsindən sonra iki dövlət başçısı arasında ilk rəsmi görüş idi. 2025-ci ilin martında sülh sazişinin mətni üzərində razılığa gəldikdən sonra ilk dəfə idi ki, onlar bir araya gəlirdilər. Bu görüşdə layihə artıq təsdiqləndi və imzalanması istiqamətində növbəti addımlar müzakirə edildi.

Əbu-Dabidəki danışıqların konstruktiv keçdiyi qeyd olunur. Hər iki tərəf sazişi rəsmi imzalamağa hazır olduqlarını vurğulayıb və gələcəkdə həyata keçirilməsi vacib olan əsas məqamları razılaşdırıblar.

Sayt razılaşdırılan məqamları belə sıralayır:

– Sülh müqaviləsi – əvvəllər razılaşdırılmış layihə təsdiqləndi; indi diqqət rəsmi imzaya yönəlib.

– Zəngəzur dəhlizi – Əliyev və Paşinyan Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirəcək quru yolunun açılmasını müzakirə ediblər.

DEHLİZ SON.png (504 KB)

– Sərhəd məsələləri – sərhədin dəqiqləşdirilməsi üzrə ikitərəfli sərhəd komissiyalarının işi davam edəcək.

– Birbaşa dialoq – vasitəçilər istisna ediləcək, tərəflər birbaşa təmasları və etimad qurucu tədbirləri davam etdirmək niyyətindədirlər.

Xüsusilə əvvəllər vasitəçi kimi çıxış edən Rusiya budəfəki danışıqlarda heç bir rol oynamayıb. Birləşmiş Ərəb Əmirlikləri də vasitəçi kimi çıxış etməyib, sadəcə görüş üçün platforma təqdim edib.

Onilliklərdir davam edən münaqişə 1980-ci illərin sonunda Ermənistanın dəstəyi ilə Azərbaycandan ayrılmış Qarabağ bölgəsi ətrafında baş verirdi. 2023-cü ilin sentyabrında Bakı region üzərində tam hərbi nəzarəti bərpa etdi ki, bu da mövcud sülh prosesini mümkün edən həlledici dönüş nöqtəsi oldu.

Əbu-Dabidəki görüşə beynəlxalq reaksiyalar əsasən müsbət olub. Rusiya danışıqların davam etməsini alqışlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyanı qəbul etməsindən sonra Ankara da, ABŞ da prosesə dəstək verdiklərini bildiriblər.

Sayt qeyd edir ki, tərəflər arasında sülh sazişinin imzalanacağı konkret tarix hələ müəyyən edilməyib.

Gördüyünüz kimi, Almaniya mətbuatı da Əbu-Dabidə keçirilən görüşdə Zəngəzur dəhlizi mövzusunun müzakirə olunduğunu yazır.

Xatırladım ki, Əbu-Dabidə keçirilmiş görüşlə bağlı Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri demək olar ki, eyni mətni bəyanat şəklində yayıblar. Rəsmi bəyanatlarda belə bir ifadə var:

“it was agreed to continue such result-oriented dialogue.” Yəni tərəflər razılaşıb ki, bu cür nəticəyə yönəlmiş dialoqu davam etdirmək lazımdır.

Şübhəsiz ki, bu ifadə görüşdə ciddi nəticələrin əldə olunduğuna açıq işarədir. Həmçinin məlum olur ki, hər iki tərəf əldə olunmuş nəticələrdən məmnundur.

“Trend” agentliyi isə daha konkret məqamları qabardıb: “the opening and development of the Zangazur Corridor, and the initialing of a peace agreement” (Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması barədə anlaşma əldə olunub).

Ermənistan tərəfi Zəngəzur dəhlizi məsələsinə toxunmur, Azərbaycan da mövzunu dərindən açmır. Ümumiyyətlə, Ermənistan kommunikasiyaların açılması məsələsindən sükutla keçir. Səbəb bəllidir: Rusiya yönümlü Ermənistan müxalifəti məhz Zəngəzur dəhlizi mövzusundan istifadə edərək Paşinyana təzyiq göstərir.

Rəsmi Bakı və Ankara da bu məqamı nəzərə almaq məcburiyyətindədir. Ən vacibi isə odur ki, proseslər arzu olunan istiqamətdə irəliləyir və konkret nəticələr əldə olunur.

Elbəyi HƏSƏNLİ, SÜRİX
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda seysmik risklər: Bakı və bölgələr üçün yenilənən xəritələr nə deyir?

Next

Silahlar yandırıldı, PKK bitdimi – Səhnənin arxasında nələr var?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv