Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu dondurmalardan uzaq olun! – ekspertdən həyəcan təbili

By Vüsal Rafiqoğlu
15.07.2025 4 Min Read

Mütəxəssislərə görə, təkcə xaricdən gələn deyil, yerli dondurmalarda da saxlanma şəraitinə bəzən əməl edilmir

Yayda dondurma süfrələrin və mağaza vitrinlərinin əvəzolunmaz məhsuluna çevrilir. Sərinlədici və ləzzətli görünən bu məhsulu seçərkən isə çoxları tərkibinə və keyfiyyətinə fikir vermir. Halbuki ekspertlər xəbərdarlıq edir: bazarda həm standartlara uyğun, həm də əksinə, sağlamlıq üçün təhlükə yaradan dondurmalar satılır, istehlakçılar seçim edərkən daha diqqətli olmalıdır.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda hazırda təxminən 10-a yaxın yerli istehsalçı var və eyni zamanda Rusiya, Belarus, Ukrayna, Türkiyə kimi ölkələrdən də dondurma idxal edilir. Onun sözlərinə görə, dondurma seçərkən ilk növbədə onun süd məhsulu olduğunu unutmamaq lazımdır:

“Dondurma süd məhsuludur, qaymaq dadı verməlidir. Amma gəlin görək neçə dondurmada bu dadı hiss edə bilirik? Çox vaxt boğazda acılıq qalır. Bu o deməkdir ki, orada süd yağlarının əvəzinə ucuz bitki yağı – marqarin istifadə olunub. Bu, həm standartlara uyğun deyil, həm də sağlamlıq üçün zərərlidir”.

Ekspert bildirir ki, bazarda tamamilə bitki yağından – xüsusilə də kokos yağından hazırlanan dondurmalar da var. Amma bu hallarda vəziyyət bir qədər fərqlidir: “Kokos yağı ilə hazırlanan dondurma da mövcuddur və bu, əslində beynəlxalq standartlara uyğun istehsal edilirsə, problem deyil. Amma məsələnin açarı odur ki, bu barədə istehlakçı məlumatlandırılmalıdır və qablaşdırmada açıq şəkildə qeyd edilməlidir”.

AbzasMedia - Eyyub Hüseynov: "Biznesə tam dəstək istehlaçı hüquqlarının  pozuntusuna səbəb olur"

Eyyub Hüseynov

Eyyub Hüseynov xaricdən gətirilən dondurmalarla bağlı daha bir vacib məqama diqqət çəkir. Onun sözlərinə görə, uzaq məsafədən gətirilən məhsullar yol boyu bir neçə dəfə ərimə və yenidən dondurulma riskinə məruz qalır ki, bu da mikrobioloji çirklənməyə səbəb ola bilər: “Əgər dondurmanın qabında əzik, çat, zədələnmə görürsünüzsə, bu, çox vaxt yol boyu donunun açılıb-yenidən dondurulduğunu göstərir. Belə dondurma artıq mikroorqanizmlərlə çirklənmiş və sağlamlıq üçün təhlükəli sayılır. Üstəlik, idxal dondurmalar uzun müddət saxlanılır və saxlanma müddətinə xüsusi diqqət edilməlidir”.

Dondurma – həm dadlı, həm də faydalı ola bilər. Amma düzgün seçilmədikdə, sağlamlığınız üçün təhlükə mənbəyinə çevrilir. Ona görə də ekspertlər tövsiyə edir: ehtiyatlı olun, qablaşdırmanı yoxlayın, dadına fikir verin və mümkün qədər yerli istehsalçılara üstünlük verin.

Marketdəki meyvələrdə niyə iynə izi olur? - Ekspert Asim Vəliyev TƏHLÜKƏNİ  AÇIQLADI: - Sağlam Qida

 Asim Vəliyev

Qida texnoloqu Asim Vəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dondurmalar süd məhsullarına aid olduğu üçün yüksək risk qrupuna aiddir: “Dondurma soyuq qida zəncirinə uyğun saxlanmalıdır. Tək xaricdən gələn deyil, yerli dondurmalarda da bəzən saxlanma şəraitinə, temperatura əməl edilmir. Məsələn, işıqlar keçir və dondurma kütləsi əriyir, onu sonradan yenidən dondururlar. Belə dondurmaları yedikdə görürük ki, içində buz zərrəciyi var və görünüşü dəyişib: əzilmiş şəkildə olur, qablaşdırılmasında əzilmiş və cırılmış  hissələr olur.

Yaxşı və keyfiyyətli dondurma almaq istəyiriksə, mütləq qiymət amilinə də diqqət etməliyik. Doğrudur, bəzi işbazlar qiymət amilini əsas götürərək, bəzən keyfiyyətsiz məhsulun da qiymətini qaldırırlar. Təbii ki, bu ayrı mövzudur.

Ümumilikdə dondurma seçərkən onun tərkibinə, etiket məlumatlarına baxaraq da müəyyən qənaətə gəlmək olar ki, məhsul təbii xammaldan hazırlanıb, yoxsa mənşəyi bəlli olmayan yağlardan və digər qatqılardan istifadə olunub”.

Ekspert deyib ki, açıq şəraitdə satılan dondurmalar xüsusilə risk qrupuna aiddir: “Bu dondurmalar xüsusi soyuducuda saxlanılır, lakin bəzən orada da temperatur norması pozulur. Açıq şəkildə, paketlənməmiş dondurmaların istehsal və son tarixi göstərilmir. Həmçinin tərkibi haqqında da məlumat əldə etmək olmur. Belə dondurmaları ən çox toylarda bizə təqdim edirlər. Biz onları yeyirik, amma hansı şəraitdə saxlanıldığını, sanitariya normalarına əməl edilib-edilmədiyini bilmirik. Bu dondurmalar xüsusi təmizlik qaydalarına uyğun insanlara verilməlidir. Dediyim kimi, ani məsuliyyətsizlik zəhərlənmə ilə nəticələnə bilər. Məsələn, dondurmanın qaşığı istifadə edilən kimi dərhal təmizlənməlidir. Əgər təmizlənmədən və müəyyən müddət qaldıqdan sonra ikinci dəfə istifadə edilərsə, qalıntılar müəyyən mikroorqanizmlərin yaranmasına səbəb ola bilər. Bu da zəhərlənmə riskini artırır.

Qablaşdırılmış dondurmalar aldıqda isə onun üzərində buz zərrəciyinin olmamasına önəm verməliyik. Teksturasının pozulub-pozulmadığına diqqət etməliyik. Seçim üçün bunlar ilkin amildir”.

A.Vəliyev söyləyib ki, keyfiyyətli dondurma qaymaq dadı verməlidir: “Mənşəyi bəlli olmayan və ucuz yağlardan bəzən dondurmaların hazırlanmasında istifadə olunur. Həmin dodurmaları kərə yağından hazırlanmış kimi təqdim edirlər.  Qida hiyləsinə dondurmalarda da rast gələ bilərik. Məsələn, çox kiçik hərflərlə etiketdə yazılır ki, tərkibində bitki yağı var. Xalqımızın etiket oxuma vərdişi də zəif olduğu üçün bunu görmür və məhsulu alır. Halbuki dondurma hazırlanarkən qaymaqdan, təbii dadlandırıcılardan istifadə olunmalıdır. Saxlanma müddətinə isə xüsusi həssaslıqla yanaşmaq lazımdır”.

Mütəxəssis deyisb  ki, dondurmanın qiyməti 1 manatdan ucuz olarsa, bu buzlu süd hesab olunur: “Bəzən bir çoxlarımız onu dondurma ilə səhv salırıq. 50-70 qəpik-1 manata əsl dondurma satılmır. Bir məhsulun əldə olunması üçün onun maya dəyərini nəzərə almalıyıq. Ən azı 1 manat 50 qəpik və ya 2 manat ödəməliyik ki, normal dondurma dadı verən məhsul ala bilək.  50 qəpiklik dondurmanın nə keyfiyyəti olacaq?!

Dondurmanın yerli və ya xarici istehsal olmasının ciddi əhəmiyyəti yoxdur. Əsas olan onun tərkibi və saxlanma şəraitidir”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sosial müəssisələrdə qidalanma: Sağlamlığın və psixoloji rifahın ayrılmaz tərkib hissəsi

Next

Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv