Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Doğma yurd-yuva sevincini yaşayanların sayı artır

By Vüsal Rafiqoğlu
16.07.2025 3 Min Read

Milli Məclisin deputatı: Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövləti üçün prioritet məsələdir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bunlarla yanaşı, keçmiş məcburi köçkünlərin 30 ildən sonra doğma yurdlarına qayıtmaq həsrətinə də son qoyulur. Bu proses Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən mərhələli şəkildə davam edir. İyul ayının 14-də Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə – 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə, 125 nəfər köçürülüb. Bəli, onlar da hazırda doğma yurd-yuva sevincini yaşayırlar.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, sözügedən proqrama əsasən 01.07.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 15300 nəfərdən ibarət 3839 ailənin qayıdışı təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan layihələrin icrasında çalışanları, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirənləri, Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan tələbələri nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 50484 nəfərdir.

Milli Məclisin deputatı Jalə Əliyeva mövzu ilə əlaqədar “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı böyük Qələbəmizdən dərhal sonra Zəfər yolu çəkildi: “İşğaldan azad edilmiş ərazilərdə müasir standartlara cavab verən yeni şəhərlər, kəndlər salındı. Bir-birinin ardınca 3 hava limanı inşa olundu. 32 il ərzində yurd-yuvalarına həsrət qalmış məcburi köçkünlər yeni binalara, həmçinin təmir olunan mənzillərə köçürülürlər. Bu məqamda Prezident İlham Əliyevin bu il fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olandan sonra kəndə köçən bir qrup sakinlə görüşündəki bu sözləri xatırlatmaq yerinə düşərdi: “Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir”. Həm də xatırlatmışdı ki, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir: ”Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində”. Buna görə keçmiş məcburi köçkünlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirir, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirlər.

İyulun 14-də Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınmasına gəldikdə isə…  Unutmayaq ki, bu tarix heç də təsadüfi seçilməyib.  Belə ki, 1969-cu ilin 14 iyulunda Ümummilli Lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilib və o illərdə ölkəmizin inkişafına öz danılmaz töhfələrini verib. Belə ki, ötən əsrin 60-cı illərində iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri olan ölkəmiz məhz Ulu Öndərin həyata keçirdiyi islahatlar sayəsində inkişaf yoluna qədəm qoyub. Tarixin sonrakı gedişatı da göstərdi ki, Ulu Öndər həmin illərdə heyrətamiz siyasi uzaqgörənliklə Azərbaycanın dövlət müstəqilliyi üçün zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hazırda dünyada müstəqil daxili və xarici siyasət yürüdən ən güclü ölkələrdən biridir. Bu mənada demək olar ki, elə həmin gün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması simvolikdir”.

“Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövləti üçün prioritet məsələdir” deyən millət vəkili, həmçinin vurğuladı ki, bu ərazilərdə görülən bütün bu işlər dünyaya bir mesajdır ki, Azərbaycan qurub-yaradan bir dövlətdir: “Bu, həm də dövlətimizin işğaldan azad olunan torpqların bərpası məsələsinə nə qədər həssas yanaşdığını açıq-aydın göstərir. Bununla da Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu, Ermənistandan fərqli olaraq əmin-amanlığa nə dərəcədə önəm verdiyini bir daha sübut edir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əsr yarımlıq şərəf tariximiz

Next

“Terrorsuz Türkiyə”!” çağırışı bölgədə sabitliyin etibarlı qarantıdır – TƏHLİL

Xəbər lenti

  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv