Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Kreml AZAL təyyarəsi böhranından çıxış yolu tapmadı: Bakıya qarşı yeni təzyiq və dezinformasiya dalğası

By Vüsal Rafiqoğlu
20.07.2025 3 Min Read

“Ötən gün Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı. Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ay ərzində günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi. İlham Əliyev bu olayın üstündən sükutla keçməyəcəyini bir daha bəyan etdi.“7 aydır ki, biz cavab ala bilmirik”, – deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı “təhqiqat davam edir” cavabının məntiqsizliyinə işarə etdi. Bu açıqlamadan sonra Rusiyadakı şovinist və anti-Azərbaycan qruplar fəallaşaraq ölkəmizə qarşı yalan və böhtan xarakterli informasiyalar yaymağa başladılar. Çünki həqiqəti söyləmək onların xoşuna gəlmədi”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, hazırda Rusiyada ölkəmizə qarşı dezinformasiya müharibəsi davam edir:

“Şovinist qruplara o qədər icazə verilib ki, günahlı-günahsız bütün azərbaycanlıları hədəfə alıblar. Azərbaycan diasporası üzvlərinə qarşı saxta ittihamlarla hücumlar başlayıb. Uraldakı Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinskini əvvəlcə saxladılar, sonra buraxdılar, daha sonra oğlunu saxladılar və özünü axtarışa verdilər. Rusiya hakim dairələri ağlına gələn hər şeyi edir. Əlbəttə ki, bu, Kremlin əmri ilə həyata keçirilir və Azərbaycana qarşı təzyiq vasitəsidir. Lakin Rusiya əslində özünə pislik edir. Təyyarəmiz vurulandan sonra Rusiya prezidenti addım atıb üzr istəsəydi, münasibətlər bu qədər gərginləşməzdi.

İlham Əliyevin “10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus “Boeing” ilə bağlı təhqiqat başa çatsın” sözləri də Kremlə bir xatırlatma idi. Həmin təhqiqat Rusiyanın Malayziya təyyarəsini raketlə vurduğunu faktlarla sübut etmişdi. Kreml o zaman da üzr istəmək əvəzinə mülki təyyarəni guya Ukraynanın vurduğu haqqında yalan məlumatlar yaymışdı. İndi də eyni “ssenaridən” Azərbaycana qarşı istifadə etməyə çalışır: guya AZAL təyyarəsi Çeçenistan səmasında Ukrayna dronu ilə toqquşub. Lakin AZAL-ın təyyarəsi Malayziya təyyarəsindən fərqli olaraq enə bildi və yalan keçmədi – təyyarədə dron deyil, raket izləri aşkarlanmışdı”.

Politoloq deyir ki, Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib:

“Adını da qoyublar ki, guya Türkiyə və Böyük Britaniya kəşfiyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır. Halbuki, Vladimir Putinin yumşaq desək, yanlış davranışı 2022-ci ilin fevralında İlham Əliyevlə imzaladığı strateji tərəfdaşlıq sazişinin üstündən xətt çəkdi. Hazırda Rusiyada azərbaycanlılara qarşı sıxma-boğma siyasəti başlayıb. Bu, bir təhdid və təzyiq alətidir. Kənd təsərrüfatı məhsullarımız sərhəddə saxlanılır, diaspora üzvlərimiz deportasiya olunur və ya saxlanılır. Rusiya düşünür ki, bu yolla Azərbaycanı özündən asılı edəcək, amma anlamır ki, əksinə, özündən uzaqlaşdırır”.

Xatırladaq ki, Rusiya dövlət təbliğat maşını Azərbaycanı hədəfə alan yeni bir informasiya hücumu mərhələsinə keçib. Bu dəfə Moskva açıq şəkildə Azərbaycan diasporunu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb etməkdə ittiham edir. Rusiyanın ultra-millətçi və Kremlin nəzarətində olan “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia olunur ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı əməliyyatı -yəni Rusiya ərazisində yerləşən strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya – guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə baş tutub.

Bu iddialar ilk baxışdan absurddur, lakin məqsəd açıqdır: Rusiyada yaşayan milyonlarla azərbaycanlını, xüsusilə də ictimai fəallığı olan diaspora liderlərini ləkələmək, hədəfə qoymaq, hüquqi və fiziki təzyiqlərlə üz-üzə buraxmaq. Daha öncə də Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı aktivistlər saxlanılıb, onların evlərində axtarışlar aparılıb, hətta bəzi hallarda qətllər baş verib. Yekaterinburq hadisələrini unutmamışıq. Eləcə də bir neçə gün öncə Moskva vilayətində Azərbaycan diasporunun rəhbəri olmuş Elşən İbrahimovun deportasiyası da bu qəbildəndir.

Şahanə Rəhimli
Musavat.com 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kamçatkada ardıcıl üç zəlzələ olub, sunami xəbərdarlığı edilib

Next

Prezidentin bu çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv