Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Bu Komissiya Azərbaycanı informasiya sabotajlarından qoruyacaq”

By Vüsal Rafiqoğlu
21.07.2025 3 Min Read

Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumatında qeyd olunub. Bildirilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir. 

ARZU SON.jpg (42 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, komissiyanın yaradılması Azərbaycanı informasiya sabotajlarından qorumaq zərurətindən doğub:

“Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb. Bu Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq”.

A.Nağıyev bildirib ki, komissiya, həmçinin görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq:

“Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir”.

Deputat qeyd edib ki, son illər dünyada texnoloji müstəvidə aparılan hibrid müharibələr və kiberhücumların intensivləşməsi fonunda informasiya təhlükəsizliyi məsələsi milli təhlükəsizlik səviyyəsinə yüksəlib:

“Bu baxımdan, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) kritik informasiya infrastrukturlarının mühafizəsinə yönəlik birgə Komissiya yaratması tam vaxtında verilmiş qərardır. Bir daha vurğulamaq lazımdır ki, kritik informasiya infrastrukturu dedikdə, dövlətin idarəçiliyində, iqtisadiyyatında, enerji, nəqliyyat, rabitə, maliyyə, səhiyyə və digər həyati vacib sahələrdə istifadə olunan texnoloji sistemlər, serverlər, məlumat bazaları nəzərdə tutulur. Bu sistemlərin pozulması yalnız texniki yox, həm də siyasi, iqtisadi və sosial təhdidlər doğura bilər. Bugünkü dünyada kiberməkanda edilən bir hücum ölkənin real iqtisadiyyatına, əhalinin psixoloji durumuna və dövlətin idarəetmə mexanizminə ciddi təsir göstərə bilər”.

Arzu Nağıyevin sözlərinə əsasən, Azərbaycanın qarşısında dayanan əsas təhdidlərdən biri kiberterror, informasiya sabotajları və xarici xüsusi xidmət orqanlarının texnoloji casusluq cəhdləridir:

“Biz artıq görürük ki, regionda gərginlik fonunda kiberhücumlar yalnız fərdi deyil, həm də mərkəzləşdirilmiş şəkildə təşkil olunur. Buna qarşı yalnız texniki yox, həm də sistemi və hüquqi əsasları olan dövlət nəzarət mexanizmləri işləməlidir”.

Deputat xüsusi olaraq vurğulayıb ki, komissiyanın yaradılmasında məqsəd təkcə monitorinq aparmaq deyil:

“Həmçinin çatışmazlıqları aşkar edib, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturunun sahibi olan qurumlara tövsiyələr vermək, əməli tədbirləri koordinasiya etməkdir. Komissiyanın üzvləri həm texniki mütəxəssislər, həm hüquqşünaslar, həm də təhlükəsizlik təhlilçilərindən ibarət olacaq. Bu da o deməkdir ki, əməliyyat və analitik bacarıqlar birləşdirilərək qabaqlayıcı tədbirlər görüləcək.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanında da açıq şəkildə göstərilir ki, DTX bu sahədə səlahiyyətli orqandır, XRİTDX isə xüsusi rabitə, şifrələmə və texniki təhlükəsizlik sahəsində onunla birlikdə fəaliyyət göstərir. Bu ikili struktur həm hüquqi, həm də texniki baxımdan sinxron və səmərəli fəaliyyətin təminatıdır”.

Arzu Nağıyev bir vacib məqamı da qeyd edib:

“Dövlət qurumlarının öz informasiya sistemlərini təftiş etməsi və müəyyən olunmuş standartlara cavab verməsi artıq təkcə tövsiyə xarakterli deyil. Bu, dövlət təhlükəsizliyi məsələsidir. Komissiya bu prosesləri sistemli və fasiləsiz şəkildə izləyəcək. Bu, o deməkdir ki, hər hansı bir qurumda zəif hal aşkarlandıqda, dərhal tədbir görüləcək və bu haqda hesabat hazırlanacaq. Son olaraq, bu addım vətəndaşın öz məlumatlarının təhlükəsizliyinə birbaşa təsir edən önəmli islahatdır. Bu komissiyanın işi nəticəsində elektron xidmətlərdən tutmuş bank əməliyyatlarına, səhiyyə sistemindən təhsil şəbəkəsinə qədər bütün sahələrdə informasiya təhlükəsizliyi artırılacaq. Bütün bu proseslərin fonunda Azərbaycan müasir dövrün kibertəhlükələrinə qarşı daha hazırlıqlı, çevik və sistemli cavab verən bir dövlətə çevrilir. Bu isə bizim müstəqilliyimizin rəqəmsal təminatı deməkdir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hamının bildiyi bu dərman ürəyi MƏHV EDİRMİŞ – ŞOK XƏBƏRDARLIQ

Next

Ermənistan Azərbaycanla razılaşma əldə edildikdən sonra Qərbi Zəngəzurda dəmir yolu tikməyə hazırdır

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv