Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

150 ilə qalxdığımız zirvə – müstəqilliyimizin təməlini möhkəmlədən mətbuatımız

By Vüsal Rafiqoğlu
23.07.2025 3 Min Read

Azərbaycan mətbuatının əsası 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyuldu. O gündən bu günə qədər 150 illik şərəfli yol keçən milli mətbuatımız həm maarifçilik, həm milli oyanış, həm də istiqlalımızın qazanılması və qorunması istiqamətində əvəzsiz rol oynayıb. Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti sadəcə xəbər kağızı deyil, xalqın maariflənməsi, milli kimliyinin formalaşması və azadlıq ideyalarının carçısı oldu.

“Əkinçi”nin türkcə çıxması xalqla birbaşa ünsiyyət yaratdı, Azərbaycanda dil və düşüncə baxımından milliləşmənin təməlini qoydu. Onun davamı olaraq XX əsrin əvvəllərində işıq üzü görən “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tərəqqi” kimi qəzetlər isə çar senzurasına sinə gərərək azadlıq və milli dirənişin ideoloji mərkəzinə çevrildilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda mətbuat dövlətin əsas dayaqlarından biri kimi çıxış etdi. “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” qəzetləri parlament qərarlarını, hökumət proqramlarını xalqa çatdırdı, Məhəmməd Əmin Rəsulzadə və digər ziyalılar mətbuat vasitəsilə xalqı maarifləndirir, beynəlxalq ictimaiyyətə səslənirdilər.

1920-ci ildə sovet işğalı mətbuatımızı ağır sınaqlardan keçirdi. Çoxsaylı jurnalistlər sürgün edildi, qəzetlər bağlandı, fikir azadlığı boğuldu. Lakin Azərbaycan diasporası Türkiyə, İran, Gürcüstan və Avropada çıxan “Yeni Qafqaz”, “Odlu yurd”, “Azəri Türk” kimi mətbu orqanlarla milli mübarizəni davam etdirdi.

1991-ci ildə müstəqillik bərpa olunanda mətbuat yenidən azadlığın və demokratikləşmənin əsas qüvvəsinə çevrildi. Birinci Qarabağ müharibəsində jurnalistlər yalnız xəbər gətirmədi, həm də milli ruhu gücləndirdi. İkinci Qarabağ savaşında isə Azərbaycan mediası informasiya cəbhəsində əsl qəhrəmanlıq göstərdi.

Azərbaycan mətbuatının 150 illiyi münasibətilə ölkə boyu keçirilən tədbirlərdə medianın dünəni və bugünü geniş müzakirə olundu. Bakıda və bölgələrdə çıxış edən ziyalılar, jurnalistlər və rəsmilər bu yolun çətinliklərindən, qürurverici məqamlarından danışdılar.

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü  olub - YENİLƏNİB » AzadMedia.az

Prezident İlham Əliyevin təşəbbüsü ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı beynəlxalq forum yubiley ovqatına xüsusi rəng qatdı. Dövlət başçısı çıxışında dedi: “Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, faktlarla ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki müdafiə edir, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə oxuyurlar, mediada gedən yazıları təhlil edirlər. Media işçilərinin əhatə dairəsi nə qədər geniş olarsa, ölkə haqqında bir o qədər dəqiq, ədalətli məlumat yayılacaq. Bizim mediamız artıq istənilən iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır”.

Dövlət başçısı medianın gələcəkdə də milli mənafeyi qoruyaraq fəaliyyətini davam etdirməli olduğunu xüsusi vurğuladı.

2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində də Azərbaycan informasiya meydanında üstünlük qazandı. Xaricdəki qara piar maşınına qarşı doğrunu, ədaləti göstərmək, faktları dünyaya çatdırmaq medianın əsas vəzifəsinə çevrildi və bu, uğurla yerinə yetirildi.

Müharibədən sonra medianın qarşısında yeni vəzifələr yarandı. Prezidentin fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” yeni qanun qəbul edildi. Bütün bunlar medianın müasir çağırışlara uyğun inkişafına təkan verdi.

Şuşa isə artıq media diplomatiyasının yeni ünvanına çevrilib. Son üç ildir ki, Şuşa  Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev yerli və xarici jurnalistlərin suallarını cavablandırır, medianın çağırışlarına dair fikirlərini bölüşür.

Azərbaycan mətbuatının 150 illiyi dövlət başçısının diqqətindən kənarda qalmayıb. Prezidentin sərəncamı ilə yubiley qeyd olundu, medal təsis edildi, onlarla jurnalist dövlət mükafatları və fəxri adlarla təltif olundu. 26 jurnalistə “Əməkdar jurnalist” fəxri adı verildi, onlarla media işçisi orden, medal və fərdi təqaüdlərlə təltif edildi.

Rauf Arifoğlu — Vikipediya

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da yubiley münasibətilə çıxış edərək deyib: “Azərbaycan mətbuatı hər zaman istiqlalçı mövqe sərgiləyib. Xalqın təslimiyyət ruhunun aşılanmasına imkan verməyib. 150 illiyi qeyd olunan Azərbaycan mətbuatı qazi mətbuatdır – bir neçə müharibə görüb, amma sağ qalıb, böyüyüb, inkişaf edib. Bu mətbuat heç vaxt məğlub olmadı, hər zaman mübarizə apardı”.

O həmçinin qeyd edib ki, Azərbaycan mediası rusdilli, farsdilli və ingilisdilli dezinformasiyalara qarşı milli qalxan rolunu oynayıb, Azərbaycanın mövqeyini dünyaya çatdırmaqda mühüm işlər görüb.

150 il əvvəl “Əkinçi” ilə başlanan yol bu gün dünyanın ən mürəkkəb media dövründə davam edir. Azərbaycan mətbuatı bir əsrdən çoxdur ki, xalqın vicdanı, dövlətin dayağı, cəmiyyətin aynası olaraq mövqeyini qoruyur. Qarşıdakı illərdə bu şərəfli ənənələri qorumaq və inkişaf etdirmək həm dövlətin, həm də medianın başlıca vəzifəsi olaraq qalır.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağdam və Ağdərədəki yanğının söndürülməsinə iki helikopter cəlb olunub

Next

Rusiya həddi aşır – indi də alimlərimiz hədəfə alındı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv