Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Tramp “Coca-Cola”dan qarğıdalı siropunu çıxardı… ölümə aparır – Bəs Azərbaycan?

By Vüsal Rafiqoğlu
23.07.2025 2 Min Read

Prezident Donald Tramp Amerikanın içki bazarında bəzi şirələrin reseptini dəyişdirmək üçün “Coca-Cola” ilə razılığa gəldiyini açıqlayıb.

Onun sözlərinə görə, ABŞ-də satılan məhsullarda bundan sonra təbii qamış şəkərindən istifadə olunacaq.

“ABŞ-da kolada əsl qamış şəkərinin istifadəsi barədə “Coca-Cola” ilə danışıqlar apardım və onlar razılaşdılar. “Coca-Cola”da qərar qəbul edən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 1980-ci illərdən bəri “Coca-Cola” şirkəti ABŞ üçün nəzərdə tutulan içkilərdə şəkəri yüksək fruktoza tərkibli qarğıdalı siropu ilə əvəz edib. Bu da istehsal xərclərinin azalmasına səbəb olub.

Meksikada isə şirkət hələ də qamış şəkəri ilə içkilər istehsal edir və bu məhsullar amerikalılar arasında da populyardır.

Trampın əsas üstünlük verdiyi içki dietik koladır. Hətta Oval kabinetdə onun üçün bu içkidən sifariş verməyə imkan verən xüsusi düymə quraşdırılıb.

Fruktoza tərkibli qarğıdalı siropu, digər adıyla yüksək fruktozalı qarğıdalı siropu (YFQS) qarğıdalı nişastasından istehsal olunan və tərkibində fruktoza, qlükoza olan şirinləşdiricidir. Bu sirop digər şəkər növlərinə nisbətən daha ucuz və daha şirin olduğu üçün bir çox qida məhsulunda istifadə olunur.

Qazlı içkilərdə, şirniyyatlarda, konservləşdirilmiş qidalarda, çörək və digər məhsullarda istifadə olunur. Daha uzun raf ömrünə malikdir.

Yüksək fruktozalı qarğıdalı siropunun sağlamlıqla bağlı riskləri də var. Həddindən artıq fruktoza qəbulu qaraciyərdə piylənmə riskini artıra, həmçinin qanda triqliserid səviyyəsini yüksəldə və sidik turşusunun miqdarını artıra bilər. Həddindən artıq istehlakı 2-ci tip diabet riskini artırır, kökəlməyə səbəb olur.

Qaraciyərin piy distrofiyası ABŞ-də bütün qaraciyər xəstəlikləri arasında birinci səbəbə çevrilib. Müxtəlif şəkərlərin, xüsusilə fruktozanın həddindən artıq istehlakı nəticəsində qaraciyər transplantasiyası əməliyyatları ən çox edilənlər sırasında önə çıxır, bununla yanaşı, donorlara olan tələbat da sürətlə artır.

Bu arada isə iri farmasevtik şirkətlər qaraciyər dağıntısını geriyə çevirəcək yeni dərman hazırlamaq üçün yollar axtarmağa davam edirlər. Halbuki reallıqda sadəcə qidalanma tərzini dəyişmək kifayət edərdi.

Qarğıdalı siropu tez-tez qida şirkətləri tərəfindən ucuz və yüksək konsentrasiyalı şəkər əvəzedicisi kimi istifadə olunur. Qarğıdalıdan əldə edilən fruktoza yüksək kalorili məhsuldur və üstəlik, çox vaxt “fast food” məhsullarında istifadə olunur. Onu müxtəlif souslarda, qazlı içkilərdə, peçenye və un məmulatlarında, siroplarda və digər sənaye məhsullarında görmək olar. Beləliklə, yüksək konsentrasiyalı qarğıdalı siropunun insan sağlamlığına təsiri ilə bağlı tədqiqatlar yekdilliklə onun mənfi təsirini bildirirlər.

fərid Səfərov.jpg (37 KB)

Qida eksperti Fərid Səfərov məsələ ilə bağlı Musavat.com-a açıqlamasında bu qərarın “Coca-Cola”nın daha təbii olmasının və yüksək fruktozalı qarğıdalı siropuna (HFCS) yönəlmiş tənqidlərin qarşısını almaq məqsədi daşıdığını bildirib.

Ekspertin sözlərinə görə, HFCS insan sağlamlığı üçün bir sıra risklərlə əlaqələndirilir:

“Bu maddə piylənmə, insulinə qarşı həssaslığın azalması və qaraciyər yağlanması kimi problemlərlə bağlı mənfi fikirlərlə qarşılanır.

Azərbaycanda satılan “Coca-Cola” məhsulları yerli “Coca-Cola Bottlers Azerbaijan” zavodunda istehsal olunur və tərkibi Avropa bazarına uyğunlaşdırılıb”.

Ekspert deyib ki, ABŞ-dən fərqli olaraq burada şəkər qamışı deyil, əsasən çuğundur şəkəri və ya adi ağ şəkər (saxaroza) istifadə olunur. Yəni “Coca-Cola”nın Azərbaycanda istehsal olunan yerli məhsullarında HFCS yoxdur:

“Hazırda bu dəyişiklik yalnız ABŞ bazarına aiddir. Azərbaycan və digər Avropa ölkələrində HFCS artıq istifadə olunmadığı üçün tərkibində dəyişiklik gözlənilmir”.

Sultan Məmmədli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker TUTULDU – XÜSUSİ ƏMƏLİYYAT

Next

Prezident yol tikintisinə pul ayırdı – SƏRƏNCAM

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv