Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Moskva ilə təhlükəsizlik məsafəsi – heç kim saatını Kremlin saatı ilə tutuşdurmaq istəmir

By Vüsal Rafiqoğlu
24.07.2025 4 Min Read

SSRİ dağılandan sonra Rusiya ilə öz arasına məsafə qoyan 4 ölkədən biri məhz Azərbaycan idi.
Bir çiyni ilə Avropaya söykənmiş Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) isə lap ilk gündən Rusiyadan üzlərini çevirmişdilər, özlərini onunla bir dövlətdə olmamış, heç bir bağı qalmamış kimi aparırdılar.
Yerdə qalan 10 keçmiş SSRİ respublikasının çoxu nəinki Rusiyadan qopmağı düşünürdülər, hətta Rusiyanın onları atacağından qorxurdular.

Qazaxıstan lideri Nursultan Nazarbayevin SSRİ-nin yerində Müstəqil Dövlətlər Birliyi yaratmış Rusiya, Ukrayna və Belarus liderlərinə (Yeltsin, Kravçuk və Şuşkeviç) ondan xəbərsiz iş gördüklərinə görə acığı tutmuş, MDB-nin genişləndirilməsinin zəruri olduğunu bildirmişdi.

Həmin 10 republikanın içində yalnız bir az Gürcüstan Rusiyaya münasibətdə nəm-nüm edirdi. O da Şevardnadzenin hakimiyyətə gəlməsi ilə yola gəldi, MDB üzvü oldu.

Ancaq Kremlin iradəsi ilə rus-sovet ordusu tərəfindən törədilmiş 20 Yanvar faciəsinin acılarını unutmamış Azərbaycan Rusiya ilə məsafə saxlamaqda qərarlı idi.

elç.jpg (62 KB)

Bu xüsusda tərəddüd ilk dəfə məhz Elçibəy iqtidarının dövründə yarandı. Rusiyanın necə bir təhlükəli dövlət olduğunu anlayan dövlət adamlarından bir neçəsi Rusiyanın Qarabağ müharibəsində tam olaraq Ermənistanın yanında olmaması üçün MDB-yə daxil olmaq variantı üzərində düşünmək təşəbbüsü səsləndirmişdilər. Ancaq bu təhlükəyə, eləcə də müvafiq təşəbbüsə vaxtında məhəl qoyulmadı, hərəkatçılar arasında “Rusiya qələt eləyir” havasında olanlar çox idi.

Elçibəy hakimiyyəti devriləndən sonra isə yeni iqtidar komandasının ilk işlərindən biri MDB-yə girmək oldu. SSRİ rəhbələrindən biri olmuş təcrübəli Heydər Əliyev Kremldəkilərin təfəkkür tərzini, dövlət maşınının necə işlədiyini və nəyə qadir olduğunu yaxşı bilirdi. O zaman artıq ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdu və müharibə davam edirdi. Rusiyanın dəstəyi ilə ölkəmizin cənubunda separatçı qüvvələr peyda olmuşdu, şimalda (Quba-Xaçmaz) və şimal-qərbdə (Qax-Balakən) yeni nifaq ocaqlarının çatılmasına hazırlıq gedirdi. Yeganə yol MDB-yə daxil olmaqla Rusiyanı neytrallaşdırmaq idi.

Elə də oldu. Azərbaycan Rusiyanın SSRİ-yə əvəz saydığı, gələcəkdə bir şəkildə yenidən vahid unitar dövlətə çevriməyi hədəflədiyi MDB-yə daxil oldu və ortaya çıxdı ki, “dava yorğan davasıymış”.

Ancaq MDB-yə daxil olmaq bizim müstəqil dövlət olaraq yaramızı sağaltmadı. Rusiya Ermənistanın bizə qarşı sonrakı təcavüzünə dəstək verməsə də, işğal olunmuş rayonlarımızın geri qaytarılması işinə yardımçı olmadı, hətta əksinə, münaqişəni qaldığı yerdə dondurmağı üstün tutdu, ərazilərin Ermənistanın əlində qalmasını vacib saydı.

krem-2.jpg (73 KB)

Bəlkə də Kreml Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində xüsusi rol oynasaydı, 1994-cü ilin oktyabrında, “Əsrin müqaviləsi”nin imzalanmasından 10 gün sonra Əliyevi devirməyə çalışmasaydı, Azərbaycan MDB-də daha fəal, daha qurucu mövqe tutardı. Rusiyanın MDB üzvləri arasında ögey-doğmalıq qoyması isə ona gətirib çıxardı ki, Azərbaycan MDB-nin formal birlik xarakteri daşıması qənaətinin güclənməsinə səbəb olan davranışlar sərgilədi.

Heydər Əliyev Moskvanın, Kremlin etibarına hələ 1987-ci ildən yaxşı bələd olduğu üçün rəhbərlik etdiyi ölkəni RF-yə çox da yaxınlaşdırmadı, ABŞ, Avropa, Türkiyə istiqamətində addımlar atdı, milli təhlükəsizliyimizin təminatını onlarla əməkdaşlıqda gördü. Həmin illərdə Azərbaycan dövləti Rusiya və Qərb arasında vaxtaşırı manevrlər edir, heç birini lazım olduğundan artıq dərəcədə yaxına buraxmırdı.

Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın GUAM adlı təşkilat yaratmaları sırf MDB-nin formal təşkilat olması zəminində ortaya çıxmışdı. Bu ölkələrdən üçünün daxilində Rusiyanın dəstəklədiyi aktiv separatizm ocağı vardı, Ukrayna rəhbərliyi isə yəqin ki, Donbasda gedən gizli proseslərdən xəbərdar idi, ona görə Rusiyanın iradəsindən kənarda qurulmuş birliyə üzv olmuşdu.

Bir ara Özbəkistan da GUAM-a üzv oldu. Lakin Kremlin Özbəkistan prezidenti İslam Kərimova təzyiqlərinin nəticəsində rəsmi Daşkənd GUAM-da çıxası oldu. Azərbaycan isə MDB-nin nəzdində yaradılan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv olmamaqla özü ilə Rusiyanın dominant olduğu yeni “birlik” arasında məsafəni qoruyub saxladı.

İndi Rusiya mediasında Azərbaycanın Avropa İttifaqı və Türkiyəni seçməsinin, hələ də dağılmamış GUAM-ın üzvü olmasının xatırlanması boşuna deyil. Bunlar gerçəklikdir.

krem-1.jpg (400 KB)

Rusiya bu birliyi əvvəlcədən öz maraqlarının ziddinə təsis edilmiş təşkilat sayırdı, hələ də elə sayır.
GUAM üzvlərindən biri (Ukrayna) Rusiya ilə açıq, qanlı müharibə aparır, birinin (Moldova) Avropaya inteqrasiyası dönməz şəkil alıb və bu üzdən Moskva orada yeni bir separatizm ocağı (Qaqauziya) yaratmağa çalışır. Azərbaycanla Rusiyanın arasındakı gərginliyin yeddi ayı bu gün tamam olur. Hələ bunun üzərinə son bir aydakı qarşıdurmanı da gələ bilərik. Rusiyanın Gürcüstana hərbi təcavüzünün (08.08.08) üstündən 17 il keçir və gürcülər bu yamanlığı unutmayıblar, ona görə də hazırkı iqtidar Qərbə dirsək göstərsə də, Rusiyaya çox yaxınlaşa bilmir. Aradakı məsafə qısadır, amma uçurumdur.

Məsələnin bu hala gəlməsinin məsuliyyəti Rusiyanın üzərinə düşür. Çünki bu dövlət dünya dövlətləri ilə kəskin intriqada olduğu bir dönəmdə ona loyal olan qonşu dövlətlərlə dil tapmağı bacarmır, onlarla “ağa-qul” ritorikası ilə danışmağa son vermir, tələblərini, iddialarını (“buralar mənim olub”, “rus dili hamınızda xüsusi status almalıdır”) azaltmır. Moskva özünü 33 ildən sonra belə postsovet məkanının ağası kimi aparmağa çalışır və bu zaman primitiv və zərərli təzyiq rıçaqlarına əl atır.

Bu isə keçmiş SSRİ ölkələrində mənfi reaksiyalara səbəb olur, yada “dəvədən yıxılmışın “höt-höt” deməsi” haqda zərbül-məsəli salır.

Araz Altaylı, Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

Next

Sabah bütün sosial müavinətlər ödəniləcək

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv