Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

SOFAZ-ın İtaliyadakı yeni investisiyası – Tərəfdaşlığın karbohidrogenlərdən dayanıqlı energetikaya keçidi (VİDEO)

By Vüsal Rafiqoğlu
24.07.2025 4 Min Read

İyulun 18-də Romada Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) ilə “Enfinity Global” şirkəti arasında sövdələşmənin bağlanması mərasimi keçirilib. Tədbirdə İtaliya hökumətinin nümayəndələri, diplomatlar və media təmsilçiləri iştirak ediblər. Mərasimdə SOFAZ-ın icraçı direktoru İsrafil Məmmədov, “Enfinity Global”ın Avropa üzrə rəhbəri Xulio Furnye Fisas və İtaliyanın Sahibkarlıq və “Made in Italy” proqramı üzrə Nazirliyinin Bazarların Müdafiəsi Departamentinin direktoru Amedeo Teti iştirak ediblər.

Sövdələşmə çərçivəsində SOFAZ “Enfinity Global” şirkətinə məxsus ümumi gücü 402 MVt olan günəş elektrik stansiyaları portfelinin 49 faizini əldə edib. Şirkət isə 51 faizlik nəzarət payını saxlayaraq aktivlərin uzunmüddətli idarəçiliyini davam etdirəcək.

İnvestisiya portfeli Latsio və Emilia-Romanya bölgələrində yerləşən, həm istismarda olan, həm də inşaat mərhələsində olan 14 günəş elektrik stansiyasını əhatə edir. İstehsal edilən bütün elektrik enerjisi uzunmüddətli elektrik enerjisinin alqı-satqısı müqavilələri (PPA) əsasında satılacaq ki, bu da istehlakçılar üçün tariflərin sabitliyini, investorlar üçün isə proqnozlaşdırılan pul axınlarını təmin edəcək.

İllik enerji istehsalının təxminən 685 milyon kilovatt-saat təşkil edəcəyi və bunun hər il təqribən 184 950 ton CO₂ emissiyasının qarşısını almağa, həmçinin, təqribən 250 min İtaliya ailəsini enerji ilə təmin etməyə imkan verəcəyi gözlənilir. Bu investisiya SOFAZ-ın uzunmüddətli investor kimi strateji hədəflərinə cavab verir və Avropada coğrafi şaxələndirməni təmin edir, inflyasiyaya indeksləşdirilmiş sabit gəlir mənbəyi yaradır və qlobal enerji keçidinə töhfə verir.

Karbohidrogenlərdən elektronlara doğru

Onilliklər boyunca Azərbaycan və İtaliya arasında əməkdaşlıq neft-qaz sektoru, boru kəməri infrastrukturu və enerji təhlükəsizliyi məsələləri ətrafında qurulub. SOFAZ-ın bu yeni investisiyası tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə – karbohidrogenlərdən davamlı enerjiyə, molekullardan elektronlara keçdiyini nümayiş etdirir.

Layihə İtaliyanın artan tələbatını ödəmək üçün rəqabətə davamlı və təmiz enerji ilə təmin olunmasına, yerli iqtisadi inkişafın və əhalinin enerji təhlükəsizliyinin dəstəklənməsinə, habelə İtaliyanın karbonsuzlaşdırma üzrə milli prioritetlərinə və qalıq resurslarının idxalından asılılığın azaldılması, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsi məqsədi daşıyan ümumavropa “REPowerEU” planına uyğundur.

İtaliya SOFAZ-ın əsas investisiya bazarlarından biridir

İtaliya SOFAZ-ın portfelində ən çox investisiya qoyduğu ölkələr arasında dördüncü yerdə gəlir. Fondun bu ölkəyə yatırdığı ümumi investisiyaların həcmi 3 milyard ABŞ dollarını ötür və bu, həm ənənəvi maliyyə alətlərinə, həm də alternativ aktivlərə – infrastruktur, daşınmaz əmlak və özəl səhmlərə yönəlmiş yatırımları ehtiva edir.

Belə ki, bu ilin fevralında SOFAZ “BlackRock”a məxsus olan “Global Infrastructure Partners” (GIP) tərəfindən idarə olunan investisiya fondu vasitəsilə İtaliyanın aparıcı sürətli qatar operatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A” (Italo) şirkətinə 34,5 milyon avro həcmində sərmayə yatırıb.

“Italo” şirkəti 2012-ci ildə təsis olunaraq İtaliyada ilk özəl yüksək sürətli sərnişin dəmir yolu operatoru olub və bu sahədə aparıcı mövqe tutur. “Italo”nun parkında 25 ədəd AGV 575 və 26 ədəd “Italo EVO” qatarı mövcuddur. Bu qatarlar saatda 360 km-ə qədər sürət yığa bilir və Milan–Roma strateji dəhlizi də daxil olmaqla, İtaliyanın 54 şəhərini əhatə edən marşrutlarda fəaliyyət göstərir.

2024-cü ildə qlobal nəqliyyat və logistika nəhəngi MSC şirkəti GIP-dən “Italo”nun təxminən 50% səhmlərini alıb. Qalan 50% isə GIP-ə, onunla ortaq investor və fondlara məxsusdur; bu fondlar arasında SOFAZ da var. “Italo” yüksək əməliyyat göstəricilərinə və davamlı nəqliyyat həllərinə artan tələbat fonunda ciddi inkişaf potensialına malikdir. SOFAZ-ın bu investisiyası isə portfelin şaxələndirilməsi və uzunmüddətli infrastruktur aktivlərinə sərmayə qoyuluşu baxımından strateji əhəmiyyət daşıyır.

ESG-yönümlü strategiya

SOFAZ tükənə bilən təbii ehtiyatlardan əldə edilən gəlirlərin toplanması və bu gəlirlərin hazırkı və gələcək nəsillər üçün dayanıqlı mənbəyə çevrilməsi missiyası ilə yaradılıb. 2024-cü ildə Fond 25 illiyini qeyd edib və hazırda 66 milyard ABŞ dollarından artıq aktiv idarə edir ki, bu da ölkənin ÜDM-nin 90 faizindən çoxdur. 2024-cü ildə investisiya portfelinin gəlirliliyi 6% təşkil edib.

Uzunmüddətli institusional investor prinsiplərinə əsaslanaraq SOFAZ yüksək diversifikasiyalı portfellə, dayanıqlı və çevik investisiya strategiyası həyata keçirir. Portfel 50-dən çox ölkəni və bütün əsas maliyyə aktivləri siniflərini ehtiva edir. Fond qlobal makroiqtisadi meylləri – enerji keçidi, rəqəmsallaşma, nəqliyyat və logistika sahələrinin inkişafını yaxından izləyir və birbaşa və ortaq strateji investisiya imkanlarını qiymətləndirməyə davam edir.

2024-cü ildə SOFAZ ESG prinsiplərinin ilkin inteqrasiyası mərhələsindən keçərək ESG-yə əsaslanan aktiv yanaşmaya keçid edib. Birbaşa aktivlər və daşınmaz əmlaka dair bütün yeni investisiyalar üçün vahid ESG due diligence (etibarlılıq yoxlaması) metodologiyası tətbiq olunub. Bu metodologiya dörd əsas istiqaməti əhatə edir: şirkət quruluşu, strategiya, qarşılıqlı əlaqə və risk səviyyəsi. Belə yanaşma fond menecerlərinin və şirkətlərin ESG strategiyalarının dərin təhlilini təmin edir və potensial risklərin minimuma endirilməsinə kömək edir.

2023-cü ilin nəticələrinə əsasən, SOFAZ-ın istiqraz və səhmlər portfelində karbon emissiyası səviyyəsi müvafiq göstərici ilə müqayisədə daha aşağı olub. Bundan əlavə, səhmlər portfelinə daxil olan şirkətlərin 61%-i gender bərabərliyinin, 36%-i iqtisadi inkişafın, 35%-i isə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin təşviqinə töhfə verib.

Birbaşa investisiya portfelində şəffaflıq səviyyəsi 72%-ə (orta bazar göstəricisi – 9%), daşınmaz əmlak üzrə isə 73%-ə (orta bazar səviyyəsi – 11%) çatıb. Bu, Fondun aktivlərinin yüksək keyfiyyətlə idarə olunduğunu göstərir.

SOFAZ, həmçinin, ictimai səhmlər portfelində proksi səsvermə (proxy voting) sistemini tətbiq edib. Bu sistem 18 ölkədə keçirilmiş 86 səhmdar toplantılarında 671 məsələ üzrə səsverməyə imkan yaradıb. Müzakirə olunan məsələlər ekoloji, sosial təşəbbüslər və korporativ idarəetmə ilə bağlı olub. Bu isə SOFAZ-ın aktiv və məsuliyyətli səhmdar kimi rolunu gücləndirərək, investisiya etdiyi şirkətlərin korporativ idarəetmə keyfiyyətinin və ESG hədəflərinin reallaşmasının dəstəklənməsinə şərait yaradır.

SOFAZ-ın İtaliyada günəş enerjisinə və yüksək sürətli dəmir yollarına (“Italo” vasitəsilə) yatırdığı investisiyalar Fondun davamlı, yüksək gəlirli və şaxələndirilmiş aktivlərə yönələn strateji transformasiyasını nümayiş etdirir. Bu addımlar Azərbaycanın maliyyə sabitliyini möhkəmləndirir, Avropanın enerji keçidini dəstəkləyir, ikitərəfli iqtisadi tərəfdaşlığı dərinləşdirir və SOFAZ-ın əsas missiyasının – milli sərvətin gələcək nəsillər üçün artırılmasının – həyata keçirilməsinə xidmət edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tətili zəhərə dönənlər

Next

Azərbaycanın “ağ qızıl” ixracında kəskin azalma – SƏBƏBLƏR

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv