Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Əsl müttəfiqlərin generalları bir arada

By Vüsal Rafiqoğlu
25.07.2025 4 Min Read

Azərbaycanı hədələyənlərə “göz dağı”; müttəfiqlik yolunda daha bir tarixi addım – Şuşa Bəyannaməsinin ardınca…

Xəbər verdiyimiz kimi, “İDEF 2025″ 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından “İDEF 2025” sərgisinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşün sonunda “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. Səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə də görüş keçirilib. Görüş zamanı həmçinin ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycan-Türkiyə müttəfiqliyi əsl, səmimi, təbii bir müttəfiqlikdir. İki qardaş ölkə arasında siyasi və hərbi müttəfiqlik ən yüksək səviyyədə inkişaf etməkdədir. Bu müttəfiqliyə qardaş möhürü vuran Şuşa Bəyannaməsi oldu. Bu gün də həmin bəyannamənin nə dərəcədə əhəmiyyətli olduğu görünməkdədir. Azərbaycana xor baxanlar, düşmən kəsilənlər, şimalında “müttəfiq” deyib təyyarəmizi vuranlar, həmvətənlərimizi işgəncə ilə öldürənlər, cənubunda “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” söyləyənlər var. Bu mənada Türkiyə ilə müttəfiqliyin daha da dərinləşməsi, Şuşa Bəyannaməsi əşhədü ehtiyacdır.

Azərbaycana son zamanlar artan təzyiq və təhdidlər bir daha sübut etdi ki, bu sənəd necə vacib imiş. Ona görə də iki dövlətin müdafiə nazirləri arasında müntəzəm olaraq keçirilən görüşlər, hərbi-sənaye sahəsində əməkdaşlıq, qardaş orduların birgə təlimləri daha da intensivləşməli, genişlənməlidir. Nazirlərin “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” imzalaması da olduqca mühüm məsələdir. Hazırda regionda mürəkkəb proseslər gedir, təhlükəsizlik mövzusu olduqca kövrəkdir və bu vəziyyətdə Türkiyə ilə Azərbaycanın birliyi hava-su qədər lazımdır.

Yeni memorandum hansı zərurətdən doğub?

Naqif Həmzəyev - Azərbaycan Respublikası Milli Məclisin deputatı

Naqif Həmzəyev

Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçilərindən olan Naqif Həmzəyev “Yeni Müsavat”da bu memorandumu Şuşa Bəyannaməsinin praktiki tətbiqinin növbəti addımı kimi dəyərləndirdi: “Cənubi Qafqaz regionunda gedən geosiyasi proseslər və Azərbaycana yönələn artan təhdidlər fonunda Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin möhkəmləndirilməsi xüsusi aktuallıq kəsb edir. İstanbulda keçirilən “İDEF 2025″ 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Yaşar Güler arasında imzalanan “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” bu baxımdan mühüm mərhələdir. Azərbaycan son dövrlərdə müxtəlif istiqamətlərdən gələn təzyiq və təhdidlərlə üzləşir. Bu reallıqlar Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi zərurətini daha da artırır. 2020-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin hüquqi təməlini təşkil edir. Bu sənəd iki qardaş ölkə arasında siyasi və hərbi müttəfiqliyi ən yüksək səviyyəyə çatdırıb. Hazırda imzalanan yeni memorandum Şuşa Bəyannaməsinin praktiki tətbiqinin növbəti addımı kimi dəyərləndirilə bilər. İmzalanan memorandum çərçivəsində iki ölkə arasında aşağıdakı sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur:

– Qardaş orduların birgə təlimləri, təcrübə mübadiləsi və operativ koordinasiya.

– Müdafiə sənayesi məhsullarının birgə istehsalı, texnologiya transferi.

– Kadr hazırlığı, təlim proqramları və akademik əməkdaşlıq”.

Deputat həmçinin “IDEF 2025″ sərgisində imzalanan memorandumun strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıdığını da vurğuladı: ”Bu sənəd regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsinin nəticəsidir. Hazırda Cənubi Qafqaz regionunda mürəkkəb geosiyasi proseslər gedir. Təhlükəsizlik mövzusunun kövrəkliyi şəraitində Türkiyə ilə Azərbaycanın birliyinin əhəmiyyəti daha da artır. Yeni memorandum bu kontekstdə iki ölkənin müdafiə qabiliyyətlərinin koordinasiyası və qarşılıqlı dəstəyin gücləndirilməsi məqsədi daşıyır. Azərbaycanın müxtəlif istiqamətlərdən gələn təhdidlərlə üzləşməsi yeni müdafiə strategiyalarının işlənib hazırlanmasını tələb edir. Bu mənada Türkiyə ilə müttəfiqliyin dərinləşməsi və hərbi əməkdaşlığın intensivləşməsi həm praktiki, həm də geosiyasi baxımdan vacibdir. Nazirlərin görüşündə vurğulandığı kimi, iki dövlətin müdafiə nazirləri arasında müntəzəm olaraq keçirilən görüşlər, hərbi-sənaye sahəsində əməkdaşlıq və qardaş orduların birgə təlimləri daha da intensivləşməli və genişlənməlidir. Yeni memorandum Azərbaycan və Türkiyə arasında qarşılıqlı təhlükəsizlik sisteminin qurulmasına töhfə verir. Bu sistem regional çağırışlara birgə cavab mexanizmlərinin yaradılması və hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır. “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycan-Türkiyə müttəfiqliyinin təbii inkişafının növbəti mərhələsidir. Regional təhlükəsizlik çağırışları və Azərbaycana yönələn təhdidlər şəraitində bu sənəd həm praktiki, həm də simvolik əhəmiyyət daşıyır. İki qardaş ölkə arasında mövcud olan səmimi və təbii müttəfiqlik Şuşa Bəyannaməsi ilə möhkəmlənmiş və yeni memorandumla daha da dərinləşib. Bu əməkdaşlıq regional təhlükəsizliyin təmin edilməsi və hər iki ölkənin milli maraqlarının qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Gələcəkdə bu memorandumun praktiki tətbiqi, birgə təlimlərin genişləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.

Emin Həsənli: “Yeni dünya düzənində xüsusi xidmətlərin fəaliyyəti çox  önəmlidir”

 Emin Həsənli 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli bu gedişlə gələcəkdə Turan ordusunun qurulacağına çox inanır: “Türkiyə-Azərbaycan strateji müttəfiqdir, qardaş ölkələrdir. Bütün əlaqələr ən yüksək səviyyədədir. Siyasi, iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik baxımından əlaqələr ən yüksək mərhələdə qorunur. Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər daha da yüksəkliklərə qalxıb. Biz tez-tez birgə keçirilən təlimlərin şahidi oluruq. Gələcəkdə bu əlaqələr Türk dünyasının digər dövlətləri ilə də yaxından qurulacaq. İnşallah, biz tezliklə Turan ordusunun qurulmasının şahidi olacağıq. Türkiyə ilə Azərbaycan bu istiqamətdə birgə addımlar atırlar. Yəni proseslər ona doğru gedir ki, gələcəkdə iki qardaş ölkənin birinin ehtiyacı yarananda digəri hərbi qüvvələri ilə onun yanında olacaq, birgə hərəkət edəcəklər. Eyni zamanda hər iki dövlət bir-birilərində olan silahlardan da birgə istifadə edəcəklər. Bir sözlə, birgə koordinasiya edilmiş fəaliyyət çox önəmlidir. Cənab Prezident ordumuzun Türkiyə modelinə keçidi ilə bağlı tapşırıqlarını çoxdan verib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi var. Bu qurumumuz həm Türkiyə, həm də digər müttəfiq dövlətlərlə birgə işlər görür. Bu işlər də çox sevindiricidir. Birgə silahların istehsal edilməsi prosesi gələcəkdə daha da sürətlənəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paşinyanın müəmmalı Rusiya səfəri: “bir addım irəli, iki addım geri”?

Next

“Rusiya gedir, Azərbaycan gəlir…” – Ermənistanda təlaş

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv