Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

AZAL-ın təyyarəsi belə vurulub: “Pantsir-S1”… – YENİ DETALLAR

By Vüsal Rafiqoğlu
25.07.2025 2 Min Read

2024-cü il 25 dekabr tarixində AZAL-a məxsus Embraer E190AR sərnişin təyyarəsinin Qroznı yaxınlığında vurulması Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin (PVO) fəaliyyətinə dair növbəti qaranlıq səhifəni açıb.

Bu faciə, təkcə hava məkanında baş verən hərbi səhv deyil, həm də rəsmi Moskvanın illərdir davam etdirdiyi “inkar və ört-basdır” strategiyasının davamıdır.

Bu hadisə çoxlarına 10 il öncə – 2014-cü ilin iyulunda Donetsk üzərində vurulan MH-17 faciəsini xatırladıb. Hər iki hadisədə də eyni ssenari izlənilir: mülki təyyarə vurulur, Rusiya məsuliyyətdən yayınır və hadisə beynəlxalq miqyasda səs-küy doğurur.

PVO sistemində sistemli böhran: “Pantsir-S1” hədəfdədir

Araşdırmalara əsasən, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı marşrutu ilə uçan Embraer E190AR sərnişin təyyarəsi, Rusiya Hərbi-Hava Qüvvələrinin 4-cü Qvardiya Ordusuna məxsus 51-ci zenit-raket diviziyasının müşayiəti altında uçuş həyata keçirib. Təyyarə hər an sivil hava gəmisi kimi tanınıb. Lakin 08:12-də, Qroznının Karpinka bölgəsində yerləşən “Pantsir-S1” zenit-raket-top kompleksi təyyarəyə raket atıb.

Həmin ZRPK-nin komandiri, kapitan Dmitri Paladiçuk, təyyarənin statusunun aydın olmasına baxmayaraq, ona atəş açılmasına dair qərar verib. Beləliklə, mülki hava gəmisinin vurulması təkcə fərdi səhv yox, bütün Rusiya PVO sistemindəki koordinasiya, komanda zənciri və texniki-nəzarət böhranının nəticəsi kimi qiymətləndirilir.

“Pantsir-S1” – uğursuz texnologiyanın təkrar faciəsi

Hadisədən sonra yayımlanan videolar və texniki təhlillər göstərdi ki, təyyarəyə kiçik radiuslu zenit-raketi ilə zərbə endirilib. Bu, ya “Pantsir-S1”, ya da “Tor-M2” sisteminin istifadəsini ehtimal etdirirdi. Lakin analizlər ən böyük ehtimalın “Pantsir-S1”ə aid olduğunu təsdiqləyib.

Bu kompleksin əvvəldən etibarən texniki qüsurlarla yükləndiyi məlumdur. 2018-ci ildə Suriyadakı Hmeymim bazasına dron hücumu zamanı, “Tor-M2U” sistemləri 7 dronu 9 raketlə vurduğu halda, “Pantsir-S1” yalnız 3 dronu 13 raketlə zərərsizləşdirə bilmişdi. Bu göstəricilər sistemin qeyri-effektivliyinin və resurs israfının bariz nümunəsi olaraq qəbul olunur.

2019-cu ildə isə 4 “Pantsir-S1” kompleksinin köhnə sovet dövrünə aid E-95 təlim hədəfini belə vura bilməməsi sistemin səmərəsizliyini bir daha ortaya qoydu. Mütəxəssislər tərəfindən sınaqdan uğursuz çıxmış bu sistemlər indi artıq sivil təyyarələrin də həyatına son qoyur.

Rusiya susur, dünya cavab gözləyir

Hadisənin üstündən aylar keçsə də, Rusiya tərəfindən rəsmi və məsuliyyət daşıyan açıqlama verilməyib. Əksinə, media üzərindən yayındırıcı məlumatlar yayılır, ittihamlar təkzib edilir, məsuliyyət daşıyan hərbçilər isə cəzalandırılmaq əvəzinə, bəzən vəzifə artımı ilə “mükafatlandırılır”.

Bu hadisə yalnız Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin reaksiyasını tələb edən təhlükəli presedentdir. Əgər bir dövlətin zenit-raket sistemləri bu qədər asanlıqla sivil hava gəmisinə atəş aça bilirsə, bu artıq təkcə texniki deyil, diplomatik və hüquqi böhran deməkdir.

QEYD EDƏK Kİ, 2024-cü ilin dekabrında baş verən bu faciə, Rusiya hava müdafiə sistemlərinin nəzarətsiz və məsuliyyətsiz fəaliyyətini ortaya qoydu. Hadisə təkcə Azərbaycan üçün deyil, bütün aviasiya və təhlükəsizlik sistemləri üçün xəbərdarlıqdır. Məsuliyyətin üzərindən sükutla keçmək bu problemi aradan qaldırmır – əksinə, yeni faciələr üçün zəmin yaradır.

Aleksandr Kovalenko
Tanınmış ukraynalı hərbi ekspert və Minval Politika-nın müəllifi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Diplomatik uğurlarımıza töhfə

Next

Bu dərmanlardan istifadə edənlər əsla qəhvə içməsinlər! – Alimlərdən XƏBƏRDARLIQ

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv