Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə qüvvə yığan Rusiyanın 3 hədəfi, sonra isə…

By Vüsal Rafiqoğlu
26.07.2025 3 Min Read

Bakı-Moskva münasibətlərində ikincinin günahı üzündən gərginlik aşağı-yuxarı eyni olaraq qalır. Hərçənd son günlərdə Azərbaycan tərəfi Rusiya iki mühüm jest edib. Onlardan biri İlham Əliyevin qəzaya uğrayan AN 24 sərnişin təyyarəsi ilə bağlı Putinə başsağlığı verməsidir.

Digərini Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində dilə gətirib. O, tərəflərin maraqlı olduğu təqdirdə Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün zəruri şəraitin təmin ediləcəyini söyləyib (Hərgah müsahibədə Hacıyev Bakıdan Qroznıya uçan təyyarənin vurulmasına görə Moskvanın nəhayət, məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözlədyimizi də vurğulayıb).

Di gəl, əvəzində Rusiyada bu ölkənin vətəndaşı olan azərbaycanlı iş adamlarının da sıxışdırıldığı müşahidə olunmaqdadır. Artıq onların Azərbaycana qayıtmağa başladığı haqda xəbərlər gəlməkdədir. Məlumatlı mənbənin dediyinə görə, azərbaycanlı iş adamları, xüsusilə maddi imkanları geniş olan şəxslər Rusiyanı kütləvi şəkildə tərk edir. Bildirilir ki, İsgəndər Xəlilov olayı, bu xüsusda, sadəcə, başlanğıcdır, ona görə ki: “Rusiyadakı azərbaycanlı iş adamlarının siyahısı hazırlanıb. Onların ofislərinə ardıcıllıqla basqın ediləcək. Xəlilovla bağlı yaşanan hadisələr Yekaterinqburqdan sonra bu prosesin bütün ölkə üzrə davam edəcəyinin siqnalıdır. O səbəbə azərbaycanlı iş adamlarının böyük əksəriyyəti ailə üzvləri ilə Rusiyanı tərk edir” (Axar.az)…

Keçək indi Ermənistana.

Qeyd edilənlərin fonunda Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yük daşıması davam edir. Erməni mediası yazıb ki, hər gün bir neçə belə təyyarə Gümrüyə eniş edir. Söz yox ki, Nikol Paşinyan hökumətinin razılığı olmadan, bu, mümkünsüzdür. Ya da daşımalar tərəflər arasında 2044-cü ilədək qüvvədə olacaq (əgər ona kimi ləğv edilməzsə) Strateji Tərəfdaşlıq Sazişi əsasında həyata keçirilir. Hər necə olmasa, Ermənistan BMT üzvü olan müstəqil dövlətdir. İstənilən ölkənin ərazisinə onun razılığı olmadan başqa dövlətin silah-sursat daşıması isə işğala və ya digər hansısa bəd işlərə birbaşa hazırlıqdır.

Ona da şəkk-şübhə yox ki, qərbçi Nikol Vovayeviç ABŞ kəşfiyyatı hesabına hərbi yüklərin xarakterindən tam məlumatlıdır. Deməli, o, “fors-major” vəziyyətlə bağlı Amerikadan müvafiq xəbərdarlıq və təlimat da alıb. Unutmayaq ki, İrəvandakı ABŞ səfirliyi əməkdaşlarının sayına görə (3000), MDB məkanında ən böyük, dünyada isə İraqdan sonra ikinci böyük səfirlikdir. Yəni İrəvandakı amerikalı diplomatların böyük qismi diplomat missiyası daşımır. Onlar təhlükəsizlik və məxfi xidmət əməkdaşlarıdır…

Bu mənada silahlarla bağlı vəziyyətin tezliklə öz kulminasiya nöqtəsinə çatacağını proqnoz eləmək mümkündür. Ermənistanda daxili vəziyyət xeyli dərəcə bundan asılı olacaq. İstənilən halda müşahidə edilən budur ki, Moskva Güney Qafqazı “xilas eləmək” üçün mümkün olandan yapışıb. Bu da onun regionda yeganə legitim hərbi bazasının yerləşdiyi Ermənistandır. Hansı ki, Kremlin iradəsindən kənar Azərbaycan və Türkiyə ilə barışığın faktiki bir addımlığına gəlib çıxıb.

Belə bir barışıq, özəlliklə Bakı ilə sülh müqaviləsinin imzalanması və ya ilkin mərhələdə paraflanması, ardınca sərhədlərin açılması əlbəttə ki, Rusiyanın Ermənistanda hərbi varlığını mənasız edəcək. Çünki “xoxan Türk” təbliğatı daha kara gəlməyəcək. O səbəbə istisna deyil ki, Kreml “bir güllə ilə üç dovşan vurmağı” hədəfləyib: özünə sadiq birini və ya hansısa desantı hakimiyyətə gətirməklə həm Paşinyandan canını qurtarır, həm sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən müddətə (özünə sərfəli variant hazırlanana) qədər gündəmdən çıxarır, həm də “xoxan Türk” obrazını bərpa eləməklə Ermənistanda hərbi mövcudluğuna təhlükəni aradan qaldırmış olur…

Paşinyanla problem “yoluna qoyulandan” sonra isə sıra yəqin ki, Azərbaycana çatacaq. Düzdür, biz ərazisində minlərlə rus hərbçisi olan Ermənistan deyilik. “Banan ölkə” heç deyilik. Azərbaycan iqtisadi cəhətcə özünü təmin edən və Rusiyadan asılı olmayan, sərbəst şəkildə öz ayaqları üstdə duran güclü bir dövlətdir. Döyüşkən, faktiki NATO stilində orduya sahib məmləkətdir. Üstəgəl, Türkiyə yanımızda. Üstəgəl, Şuşa Bəyannaməsi, Pakistan faktoru, İsrail amili, daxili sabitlik. Daxildəki “5-ci kolonçu”lar isə yetərli güc, cəmiyyətdə təsir yiyəsi deyillər.

Amma və lakin arxayınlaşmağa əsas yox. Bu, müdriklik olmaz. Şər deməsən, xeyir də gəlməz. Çünki qarşımızdakı Rusiya. Məşhur ifadədə deyildiyi kimi, “Rusiyanı ağılla anlamaq çətin”. Dəqiq olan odur ki, şimal qonşumuz yalnız real güc görəndə qınına yığılır. Ukrayna müharibəsi buna bariz sübutdur.

İnanaq ki, Kremldəkilər düşdükləri Ukrayna bataqlığından düzgün dərs götürəcək və digər bir qonşuya qarşı eyni avantürist sevdaya düşməzdən öncə iki-üç dəfə fikirləşəcək, özləri üçün bunun ağır fəsadlarını hesablaya biləcəklər. Bizə isə böyür-başımızda Rusiyanın artan müəmmalı hərəkətliliyini (müəmmalımı?) diqqətlə izləmək və gərəkən ön tədbirləri görmək qalır. Vaxtında. Əminik ki, görülür də…

Z.SƏFƏROĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib- YENİLƏNİB

Next

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ! – 27 iyuldan başlayır…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv