Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İstiqlal savaşımızın qadın siması – Məryəm Həsənzadə

By Vüsal Rafiqoğlu
29.07.2025 3 Min Read

Qara yaylıq təkcə matəm yox, əyilməyən iradənin və susmayan qadın səsinin simvoluna çevrildi

Azərbaycan qadını tarix boyu yalnız ailənin yox, həm də xalqın dayağı olub. Tarixin burulğanlı çağlarında kişilərlə çiyin-çiyinə, bəzən onlardan da önə çıxaraq, Vətən üçün can qoyan, sözünü deyən qadınlarımız var. Bu fədakar qadınlardan biri də Məryəm Həsənzadədir – istiqlalın qadın siması, ana qəlbi ilə millətin ruhunu döyündürən örnək bir ömür sahibi.

Bu gün istiqlalçı millət vəkili Məryəm Həsənzadənin anım günüdür. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Müstəqillik haqqında Konstitusiya Aktına səs verənlərdən biri kimi, “DemBlok”un üzvü olan Məryəm xanım, həm də Ali Sovetin məşhur “4-cü mikrofon”unda ilk çıxış edən deputat idi.

WhatsApp Image 2025-07-29 at 12.10.23.jpeg (19 KB)

Həmin gün 18 oktyabr 1991-ci ildə qəbul olunan Konstitusiya Aktı sadəcə hüquqi sənəd deyildi, bu, sovet əsarətinə son qoyan xalq iradəsinin, susdurulmuş bir millətin azadlıq hayqırtısının təcəssümü idi. Onlarla kişi deputatın tərəddüd içində olduğu bir məqamda Məryəm xanım ayağa qalxaraq “hə” dedi. Onun bu səsi təkcə səsvermə deyil, illərin susqunluğunu yarıb keçən istiqlal nidası idi. O, həmin 43 nəfərlik şərəfli siyahıda yer alan cəmi iki qadından biri idi. Digəri isə elm fədaisi Dilarə Əliyeva idi. Biri elm, biri ana təpəri ilə Azərbaycan tarixində iz qoydu. Amma bu iradə yalnız Məryəm xanıma məxsus deyildi. Tariximiz boyunca Azərbaycan qadını həmişə ön cəbhədə olmuşdur. Çar ordusu Gəncəyə hücum edəndə Cavad xanın xanımı silaha sarılaraq qalaya girən düşmənə qarşı döyüşmüşdü. O, sadəcə övladlarını deyil, Vətənin namusunu qorumağı üstün tutmuşdu.

Cümhuriyyət dövründəki ilk qadın müəllimlər, məktəb qurucuları, gizli cəmiyyət üzvləri bəlkə tarixdə adları az xatırlansa da, xalq yaddaşında mərdlik rəmzidirlər. Bakı küçələrində güllə səsləri eşidiləndə qorxub evə çəkilməyən, yaralılara ilk yardım göstərən qadınlar tariximizin səssiz qəhrəmanlarıdır. Məryəm xanım bu tarixi irsin çağdaş davamçısı idi. O, parlamentdə təkcə qanunlara səs verən deputat yox, xalqın vicdanını oyadan səs idi. Siyəzən rayonunun yaradılması təşəbbüsü də ona məxsus idi çünki o, siyasətçi yox, xalq üçün yaşayan bir ana idi. Müəllimlikdən başladığı həyat yolunu parlamentdə də “öyrədən” olaraq davam etdirdi. Vətəni, azadlığı, insan haqlarını dərsliklə yox, həyat nümunəsi ilə təbliğ etdi.

WhatsApp Image 2025-07-29 at 12.10.22.jpeg (100 KB)

Böyüklük zirvədən yox, ağrıların içindən sınmayaraq çıxanların məqamıdır. Məryəm xanımın ömür yolu da bunu sübut etdi. Qara yaylıqla gəldiyi parlament binası onun həyatında yeni bir mərhələ açdı o yaylıq təkcə matəm yox, əyilməyən iradənin və susmayan qadın səsinin simvoluna çevrildi. Eyni zamanda Məryəm xanım bir şairə idi. Onun “Səhər” adlı ilk kitabı 1969-cu ildə çap edilmişdi, 1996-cı ildə işıq üzü görən “Yaralı quşun nəğməsi” xalq, istiqlal üçün yanan bir ömrün manifesti idi, sonuncu “Söz zəmisi” kitabı da həmçinin. Onun qələmindən süzülən misralar qadın qəlbinin həm incəliyini, həm qüdrətini əks etdirirdi. “Yaralı quşun nəğməsi” təkcə şeir yox, bir xalqın içindən gələn fəryad idi. Onun şeirləri sevgiylə yanaşı mübarizə, ana qədər istiqlal nəfəsi daşıyırdı.

Bu gün bir millət olaraq ayaqda dayanırıqsa, bu, o cəsur qadınların bizə miras qoyduğu iradə sayəsindədir. Məryəm xanım o iradənin səsi, Azərbaycan qadınının mübarizə ruhunun canlı siması kimi yaddaşımıza həkk olunub. 18 oktyabr azad nəfəs aldığımız, öz ləyaqətimizi geri qazandığımız gündür. Və bu tarixin içində Məryəm Həsənzadə istiqlalın ana qəlbli qəhrəman qadını kimi əbədi yaşayacaq.

Samir Əsədli

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu məhsullar ucuzlaşacaq

Next

Azərbaycanlılar bu zonaya axışdı – Avqustun 15-nə kimi…

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv