Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ölkədə orqan gözləyən yarımcan adamlar…

By Vüsal Rafiqoğlu
31.07.2025 4 Min Read

Donor var, ehtiyac var, qanun isə imkan vermir

Azərbaycanda 910 nəfər orqan transplantasiyası üçün növbə gözləyir. Bu rəqəmlər Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzinin açıqlamasında yer alıb. Məlumata görə, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25-i isə buynuz qişa transplantasiyasına ehtiyac duyur.

Ən diqqətçəkən məqamlardan biri odur ki, bu insanlar arasında uşaqlar da var. Hazırda böyrək transplantasiyası üçün 18 uşaq, qaraciyər üçün 5 uşaq, sümük iliyi üçün 371 uşaq, buynuz qişa üçün isə 2 uşaq növbədədir. Bu statistika göstərir ki, mövcud sistem təkcə böyüklər deyil, azyaşlılar üçün də ciddi risklər doğurur.

Hazırda qüvvədə olan qanunvericilik orqan donorluğunu yalnız “yaxın qohumlar” çərçivəsində mümkün sayır. Yaxın qohum dedikdə valideyn, övlad, bacı-qardaş və həyat yoldaşı nəzərdə tutulur. Bu şəxslər könüllülük və təmənnasızlıq prinsipi ilə donor ola bilər. Bu zaman müvafiq sənədlər toplanaraq, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən transplantasiya əməliyyatına icazə verilir.

Lakin qohum olmayan şəxslər arasında orqan köçürülməsi yalnız Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyasının icazəsi ilə mümkündür. Bu prosedur isə çox vaxt uzun çəkir və praktiki olaraq donorla xəstənin arasında ciddi hüquqi maneəyə çevrilir.

Bu səbəbdən də bir müddətdir parlamentdə yeni qanun layihəsi müzakirə olunur. Layihədə qohum olmayan şəxslərin də könüllü donor ola bilməsi ilə bağlı dəyişiklik təklif edilir. Lakin bu məsələ hələlik qanun statusu almayıb, yalnız təklif səviyyəsində qalıb.

Qanuna əsasən, şəxs sağlığında orqanlarının ölümündən sonra transplantasiyası üçün yazılı razılıq veribsə, onun vəfatından sonra bu qərarın həyata keçirilməsi üçün qohumların icazəsi tələb olunmur. Amma praktiki olaraq həkimlər ailə üzvlərinin razılığını gözləyirlər. Bu da bəzi hallarda transplantasiya prosesinin qarşısını alır.

Mütəxəssislər hesab edirlər ki, bu sahədə hüquqi bazanın genişləndirilməsinə ehtiyac var. “Yaxın qohum” anlayışı daha geniş formada tərif edilməli, Etika Komissiyasının qərarvermə mexanizmi sadələşdirilməli, habelə Milli Transplantasiya Bankı yaradılmalıdır. Belə bir sistem donor ehtiyatlarının və gözləyən xəstələrin vahid bazada cəmlənməsinə və daha operativ qərarların verilməsinə imkan yaradardı.

Əks halda, hər il onlarla insan orqan çatışmazlığı səbəbindən həyatını itirməyə davam edəcək. Gözləmək isə bu insanlar üçün ölüm riskini artırmaqdan başqa bir şey deyil.

Əkrəm Həsənov: ""Kapital Bank"da həyat yoldaşımın istifadəsində olan kart  var, bağlatdıracağam" Pravda.az

Əkrəm Həsənov

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, orqan transplantasiyasında məhdudiyyətlər bu işin orqan alverinə çevrilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir: “Yaxın qohumun öz orqanını niyə verdiyi aydındır. Çünki o, öz yaxınını, əzizini xilas etmək istəyir. Qohum olmayanların da belə niyyətlərinin olması istisna deyil. Dost, tanış könüllü donor olmaq istəyər. Amma bu hal da donor alverinin olmayacağını təkzib etmir. Faktiki olaraq pul qarşılığında şəxs öz orqanını sata bilər. Yaxud da donor olan şəxsi kimlərsə buna məcbur edə bilər ki, pul qazansın. Bir sözlə, orqan transplantasiyası biznesə çevrilə bilər. Buna görə də etik nöqteyi-nəzərdən məhdudiyyətlər qoyulur. Səhiyyə Nazirliyinin nəzdindəki Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyası da bunu araşdır ki, qohum olmayan donorun hansı maraqları var. Həmin komissiyada yalnız tibb işçiləri deyil, ictimaiyyət tərəfindən də müəyyən olunmuş şəxslərdir.  Onları Səhiyyə Nazirliyi təyin edir. Mən hesab edirəm ki, komissiya üzvlərini ictimaiyyətin də müzakirəsi nəticəsində təyin etmək lazımdır. Bununla da komissiyanın işini tezləşdirmək olar. Elə mexanizm olmalıdır ki, komissiya müraciətə tez cavab versin, digər tərəfdən isə təhlükəsizlik təmin edilsin. Bu baxımdan ictimai nəzarət olsa, bizdə əminlik olar ki, komissiya “əli əyrilik” etmir.

Bu halda ona imkan vermək olar ki, məsələyə daha tez baxsın. Hazırda qanunda komissiyanın bu müraciətlərə hansı müddət ərzində cavab verməli olduğu qeyd edilməyib. Yaxşı olardı ki, müəyyən müddət təyin edilsin. Çünki elə xəstələr var ki, onlara təcili orqan köçürülməlidir, həyatı bundan asılıdır.

Hər bir halda bu sahədə qanunda daha dəqiq hüquqi baza yaratmağa ehtiyac var. Qanunda  komissiya  üzvlərinin Səhiyyə Nazirliyi tərəfindən seçilməsi halı da dəyişdirilməlidir. Məsələn, komissiyanın üzvü olan məbuat nümayəndəsini Mətbuat Şurası, hüquqşünası Vəkillər Kollegiyası təyin etsin. Belə olan halda onlar Səhiyyə Nazirliyindən asılı olmayacaqlar. Əks halda, belə çıxır ki, nazirlik nə desə, komissiya onu yerinə yetirəcək”.

Adil Qeybulla da deputatlığa namizəd oldu | Modern.az

 Adil Qeybulla

Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla qəzetə açıqlamasında deyib ki, ailə üzvülərinin bir-birinə donorluq etməsi çarəsizlikdən doğan situasiyadır. Onun sözlərinə görə, insanlar öz yaxınlarını itirməmək üçün belə addıma məcbur olurlar: “Dünyanın heç yerində belə bir şey yoxdur. Beyin ölümü keçirmiş insanlardan götürülən orqanlar donor bankına təhvil verilir və növbəli şəkildə insanlar orqanla təmin edilir. Bunlar şəffaf və ümumi ictimai nəzarət şəklində həyata keçirilir. Ona görə də bu ölkələrdə qardaş və bacıdan, valideynlərdən orqan transplantasiya etmək zərurəti yoxdur.

Kənar şəxslərdən orqan götürmək isə çətin məsələdir. Çünki bunun hamısının altında maddi maraq və kriminal var. Buna görə də bizdə bu məsələlərə ciddi yanaşırlar və bu, doğru addımdır. Filantroplar (ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlara deyilir) bəzən öz orqanlarından vaz keçirlər. Bu, yoxlanılır və təsdiq edilir. Belə olan halda şəxsin orqanından istifadə etmək olar. Azərbaycanda hər şeydən pncə donor bankı və beyin ölümü keçirən şəxslərdən donor götürmə qaydaları təsdiq edilməlidir. Təəssüf ki, bizim insanlar ölmüş yaxınlarından orqan götürməyə qoymurlar. Bununla bağlı maarifləndirmə aparılmalı, psixoloji təsir göstərilməlidir ki, insanalr bilsin ki, əslində burada hansısa günah iş görülmür. Əks halda, donor mənbəyi tapmaq çətin olacaq və daim də bu formada davam edə bilməyəcək”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətəni sevdirmək üçün əvvəlcə tanıtmaq lazımdır

Next

Sərhədi pozan 4 xarici vətəndaş saxlanıldı – FOTOLAR

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv