Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya ilə birgə sərhəd komissiyası ləğv olunur – NƏLƏR GÖZLƏNİLİR?

By Vüsal Rafiqoğlu
31.07.2025 3 Min Read

Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli formatı dörd ildir ki, formal olaraq qalır, o səbəbdən…

Ötən ilin yazında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin bir hissəsinin delimitasiyası üzrə razılaşma əldə olundu və nəticədə Azərbaycanın 4 kəndi – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Ermənistan tərəfindən Azərbaycana qaytarıldı. Bu kəndlər 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmişdi və delimitasiya nəticəsində 30 ildən sonra Azərbaycanın nəzarətinə qaytarıldı.

Buna baxmayaraq, Azərbaycanın hələ də Ermənistanın nəzarətində olan dörd kəndi qalır: Yuxarı Əskipara, Sofulu, Barxudarlı (bunlar Qazax rayonuna aiddir) və Kərki (bu isə Naxçıvanın Sədərək rayonuna daxildir).

Bu kəndlər Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilib və həmin vaxtdan bəri Ermənistanın nəzarətində saxlanılır. Azərbaycan rəsmi şəkildə bu kəndlərin də geri qaytarılmasını tələb edir və bunun növbəti mərhələdə həyata keçiriləcəyi gözlənilir.

Yeri gəlmişkən, 2021-ci ilin yanvar ayında yaradılmış Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli komissiyası dörd ildir ki, formal olaraq qalır. Azərbaycan və Ermənistan nümayəndələri delimitasiya və demarkasiya üzrə komissiya çərçivəsində mütəmadi olaraq görüşürlər.   Rusiya rəsmiləri də etiraf edir ki, sözügedən komissiya işləmir. İşləməyən komissiyanın saxlanmasına nə ehtiyac var? Ola bilərmi ki, bu komissiya yaxın vaxtlarda ləğv edilsin?

Rusiyadan deportasiya edilən deputat Azər Badamov kimdir? » Azxeber.com

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”da bu komissiyanın ləğv olunması çağırışını etdi: “44 günlük Vətən müharibəsindən sonra 2021-ci ildə sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin keçirilməsi üçün Azərbaycan-Rusiya-Ermənistandan ibarət üçtərəfli komissiya yaradılımışdı. Amma üçtərəfli komissiya effektiv fəaliyyət göstərə bilmədi. Ona görə də bu komissiya ləğv olunmalıdır. Hətta ləğv olunmasa belə, fəaliyyətsiz bir formal komissiyadır və elə ləğv olunmuş kimidir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiya fəaliyyət göstərir. Bizim iki dövlət arasında münaqişəli məsələlərin müzakirəsi üçün kənar vasitəçilərə ehtiyac qalmayıb.  Hətta aramızda delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsi də ikitərəfli qaydada razılaşdırılıb həll olunub. İndi gündəmdə delimitasiya prosesinin davam etdirilməsi, Ermənistanın işğalı altında qalmış dörd kəndimizin qaytarılması məsələsi aktualdır. Delimitasiya ilə bağlı tələblərimiz Ermənistan tərəfindən qəbul olunur.  Həm də Əbu-Dabi görüşündə dövlət başçıları komissiyaya fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı tapşırıq vermişdi.  Bu baxımdan Azərbaycanla Ermənistan arasında danışıqların ikitərəfli qaydada baş tutmasında heç bir çətinlik yoxdur və bu danışıqlar daha nəticəyönümlü olur.  Ölkələrimiz arasında rabitə kanalları mövcuddur və məsələləri razılaşdırmaq üçün biz birbaşa əlaqə saxlamaq imkanına malik olmuşuq. Kənar vasitəçilər isə işin ancaq yubanmasına xidmət edir. Bu baxımdan üçtərəfli komissiya lazımsız bir təsisatdır və ancaq ləğv olunmalı olduğunu hesab edirəm”.

Bundan sonra beynəlxalq və milli gündəmin təşkilində xarici qüvvələr  deyil,məhz Azərbaycan özü rol alacaq - RƏY - AZƏRTAC

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə də bir çox vacib məqamlara toxundu: “Rusiya tarixi münaqişənin yaradıcısı kimi (1905-ci ildən bəri iki xalq arasında qarşıdurmanın üçüncü tərəfi olaraq) hazırda Ermənistan və Azərbaycan arasında münaqişənin həllində əsas vasitəçi olmaq istəyir. Buna görə müharibəni sonlandıran üçtərəfli bəyanatda Rusiya da vardı. Rusiya, 2021-ci ilin yanvarında sərhədlərin delimitasiyası və demarkasiyası üçün təsis olunan komissiyada da yer aldı. Lakin zamanla aydın oldu ki, Azərbaycan danışıqlarda üçtərəfli, yaxud çoxtərəfli formata deyil, Ermənistanla təkbətək danışıqlara üstünlük verir. Avropanın, ABŞ-ın, o cümlədən Rusiyanın vasitəçiliyi ilə keçirilən danışıqların nəticələri deyil, Azərbaycanın sahədə yaratdığı reallıqlar, hərbi və geosiyasi üstünlüyü sayəsində əldə etdiyi mövqe vəziyyəti diktə edir. Elə Azərbaycanın üstün mövqeyi sayəsində Rusiya sülhməramlı kontingentini 2024-cü ilin may-iyun aylarında Qarabağdan çıxarmalı oldu. Həmçinin Ermənistan anklav vəziyyətdə olan 4 kəndimizi məhz ikitərəfli danışıqlar nəticəsində ötən ilin aprelində əldə olunan razılaşma əsasında 2024-ün may ayında bir güllə belə atmadan geri qaytardı. Odur ki, Ermənistan da Azərbaycanla ikitərəfli danışıqlar formatını qəbul etməli oldu və bunun ən parlaq göstəricisi 9 iyul tarixli Əbu-Dabi görüşü idi. Hazırda Ermənistan daxilində daha 4 kəndimiz anklav vəziyyətdə qalmaqdadır, lakin şimaldan-cənuba doğru sərhədlərin delimitasiyası çərçivəsində proses davam edir. Prosesə dair iki ölkə arasında hər hansı fikir ayrılığının olmadığını bu ilin mayında Ermənistan Parlamentinin spikeri Alen Simonyan bəyan edib. Həmçinin Rusiyanın bu prosesdə iştirakının faktiki olaraq mövcud olmadığını və üçtərəfli formatın formal xarakter daşıdığını Rusiya baş nazirinin müavini Aleksey Overçuk da ifadə edib. Bu üçtərəfli formatın hazırkı şəraitdə ləğv olunması məqsədəuyğun deyil, çünki, Rusiya ilə Azərbaycan arasında təyyarəmizin vurulmasından sonra yaşanan və diaspora nümayəndələrimizə qarşı Rusiyada görülən tədbirlərlə gedərək artan ikitərəfli gərginlik fonunda belə bir qərar kənar, üçüncü qüvvələrin maraqlarına xidmət edə bilər. Odur ki, işlək olmayan, məsələn, ATƏT-in Minsk Qrupu kimi formatlar zamanın və şəraitin diktəsi ilə tarixin arxivində öz yerlərini alacaqlar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanlıların ucuz bazarı hədəfdə

Next

Doğum ayınıza görə hansı ağacsınız?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv