Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Dünyanın heç bir ölkəsində ödənişli yol gəlir mənbəyi kimi istifadə olunmur” – Hüquqşünas AÇIQLADI

By Vüsal Rafiqoğlu
04.08.2025 2 Min Read

“Avtomobil yolları haqqında” Qanuna əsasən, ödənişli yollar olmalıdır, sadəcə bir şərt var ki, ödənişli yola alternativ ödənişsiz yol olmalıdır. Ödənişsiz yol da rahat, təhlükəsiz, standartlara uyğun qurulmalıdır. Dünya təcrübəsinə əsasən, müəyyən istiqamətlərdə ödənişli yollar adətən birləşdirici funksiya daşıyır. Əsas işgüzar mərkəzləri birləşdirən yollar adətən ödənişli olur. Ödənişli yollar daha kəsə olur, yaşayış məntəqələrindən yan keçirlər, buna görə sürət həddi də əlverişli olur.

Bu fikirləri Musavat.com-a hüquqşünas Ərşad Hüseynov bildirib.

ersad.jpg (63 KB)

O qeyd edib ki, avtomobil yolları üçün nəzərdə tutulan ödənişin əsas hədəfi yoldan böyük məbləğdə pul qazanmaq deyil:

“Daxil olan vəsait yolun cari saxlanması üçün istifadə olunur. Cari saxlanmaq dedikdə texniki vasitələr köhnələndə, yaxud sıradan çıxanda onları əvəz etmək, asfalt, yaxud qeyri-yol örtüyündə aşınma olduqda onları bərpa etmək və s. nəzərdə tutulur.

Dünyanın heç bir ölkəsində ödənişli yol gəlir mənbəyi kimi istifadə olunmur. Buna görə də elə tariflər müəyyən edilir ki, yoldan istifadə edənlər olsun. Tariflər yüksək olarsa, sürücülər alternativ ödənişsiz yoldan istifadə etməyə üstünlük verəcəklər. Bakı-Quba-Rusiya sərhədi yolu istiqamətində Xaçmaz rayonu ərazisində olan 100 kilometrlik hissə ödənişlidir.

Ələt-Astara yolu tikilərkən belə bir xəbər yayıldı ki, yol ödənişli olacaq. Həmin yolun Salyan rayonunun ərazisindən cənuba doğru olan hissəsində ödənişsiz yol var. O hissə bərpa olunsa, ödənişli olacaq”.

Ə.Hüseynovun fikrincə, ödəniş tarifləri elə tətbiq olunmalıdır ki, hər kəs istifadə edə bilsin:

“Beynəlxalq daşımalarda istifadə olunarkən də yol əlçatan olmalıdır. Yeri gəlmişkən, qonşu dövlətlər-Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda və dünyanın demək olar ki, bütün dövlətlərində ödənişli yollar var. Əsas hədəf uzaq yerlərə gedən nəqliyyat axınlarını tənzimləmək, digər yolların çox yüklənməməsinə nail olmaqdır. Bu arada ölkəmiz coğrafi baxımdan tranzit dəhliz rolunu oynayır. Ələt-Astara yolu eyni zamanda şimal-cənub istiqamətində əsas daşımaların tərkib hissəsidir. Rusiya sərhədindən İrana qədər bu yoldan istifadə etmək mümkündür. Buna görə də bu yola xüsusi diqqət yetirilməlidir.

Alternativ yol da yüksək səviyyədə bərpa olunub istismara verilməlidir. Hər hansı yolun ödənişli olması təbii ki, xərcin artması deməkdir. Hər bir halda ödənişli yoldan istifadə səfər müddətini qısaldır, ödənişsiz yoldan istifadə isə bu müddəti artırır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda istidən beyninə qan sızan kişi ÖLDÜ

Next

Gürcüstan Orta Dəhliz üzrə yükdaşımaları 5 dəfə artırmağı planlaşdırır

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv