Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakıda qotur küçə itləri çoxalır – Hər il 425 min manat hara xərclənir?FOTO

By Vüsal Rafiqoğlu
06.08.2025 2 Min Read

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı küçələrində dolaşan sahibsiz itlər üçün 425 min 685 manat vəsait ayırıb. Tenderin qalibi “Fəza-F” MMC olub. Şirkətdən küçə itlərinə 150 ton quru yem alınacağı açıqlanıb.

Amma bu məbləğ və miqyasda görülən işin yalnız qida ilə məhdudlaşması suallar doğurur. Küçə itlərinin təkcə ac qalmaması kifayət etmir, onların ciddi sağlamlıq problemləri də var.

Ən çox yayılan xəstəliklərdən biri isə qoturluqdur. Bu gün küçələrdə bədənləri tüksüz, yaralarla dolu, qaşıntıdan və ağrıdan gəzə bilməyən, bəzən isə insanlara qarşı aqressivləşən itlər şəhər mənzərəsinin bir parçasına çevrilib. Onların nə müalicə aldığı, nə də peyvəndlə təmin edildiyi görünür. İtlərə yem verilməsi müsbət addımdır, amma xəstəlik içində çabalayan canlıların sağaldılması da önəmlidir.

ASGAR .png (390 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan baytar həkim Adil Əsgərov bildirib ki, hazırda sahibsiz itlər arasında qoturluq – yəni sarkoptoz və demodekoz xəstəlikləri geniş yayılıb:

“Rəsmi statistika olmasa da, həm baytarlıq klinikalarına edilən müraciətlərə, həm də şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, xüsusilə yay aylarında sahibsiz itlərin təxminən hər 10-15-dən birində qoturluq xəstəliyinin əlamətləri görünür”.

Baytar həkimin sözlərinə görə, bu xəstəliklərə iki növ parazit səbəb olur:

“Birinci növ “Sarcoptes scabiei canis” parazitidir. Mikroskopik ölçüdə olur və sərbəst halda yaşaya bilmir. Yoluxma adətən birbaşa təmas yolu ilə baş verir. İtlərdə qaşınma, tüklərin tökülməsi və dəri yaraları ilə özünü göstərir. Bəzən insanlara da yoluxa bilər, lakin bu, nadir hallarda baş verir və insanlarda yüngül qaşınma, dəri qızarması ilə özünü büruzə verir.

İkinci növ isə “Demodex canis” parazitidir. Bu, normalda da itlərin dərisində mövcuddur, lakin immunitet zəif olduqda şərti patogen haldan patogen hala keçir. Nəticədə qaşınma, tüksüz sahələr, ikincili dəri iltihabları yaranır. Bu parazit adətən nə digər itlərə, nə də insanlara keçir”.

“Havaların isti keçməsi parazitlərin artması üçün əlverişli mühit yaradır. Həmçinin yayda itlərin immuniteti zəifləyir, stress yaşayırlar, sahibsiz itlər daha çox bir yerdə toplanır və bu, xəstəliyin yayılmasını sürətləndirir”, – Adil Əsgərov bildirib.

Qoturluğun insanlara keçməsi ilə bağlı isə veterinar həkim deyib:

“Bu xəstəliklərin – həm demodekoz, həm də sarkoptozun insanlara keçməsi çox nadir hallarda müşahidə olunur və ciddi klinik əlamətlərlə müşayiət olunması ehtimalı da aşağıdır”.

Küçə itlərində bu xəstəliyin qarşısını almaq və müalicə etmək üçün hansı tədbirlər görülməlidir?

“Bu xəstəliklərin qarşısının alınmasındakı ən önəmli məsələ sahibsiz itlər və ev itlərinin yaşam şəraitinin yaxşılaşdırılması, düzgün qidalanmanın təmin olunması, gigiyena qaydalarına əməl olunmasından asılıdır. Müalicəsində isə bir sıra antiparazit preparatların tətbiqi, keyfiyyətli qidalandırma və immunitetin gücləndirilməsinə yönəlmiş müalicələr aparmaq mümkündür”, – deyə veterinar həkim vurğulayıb.

Sahibsiz itlərə yem verilməsi vacib addımdır, lakin bu, təkcə problemin görünən hissəsidir. Sağlamlıqla bağlı tədbirlər görülmədikcə nə şəhər sakinləri üçün təhlükə azalacaq, nə də küçə itlərinin əziyyəti bitəcək.

Mənzər Novruzlu,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Elektrik şəbəkələrindəki təhlükə: Yanğınlar buna görə olurmuş

Next

DİN-dən ƏMƏLİYYAT – Qaçaqmalçlıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandıVİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv