Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Ermənistan ŞƏT-ə üzv olmağa tələsir

By Vüsal Rafiqoğlu
06.08.2025 4 Min Read

Siyasi təhlilçi hesab edir ki, əsas səbəb birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır

“Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edib. Çin bu il ŞƏT-ə sədrlik edən ölkə kimi bu prosesi fəal şəkildə təşviq edəcək”. Bunu Çinin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Li Sinvey deyib. Çin səfiri nitqində Çin və erməniləri “qədim sivilizasiya xalqları” adlandırıb.

Ermənistanın həm Avropa İttifaqına, həm ŞƏT-ə üzv olmaq istəyi haqlı suallar doğurur. “Biz ŞƏT-ə daxil olmaq üçün müraciət etmişik və bu, bizim balanslaşdırılmış yanaşma siyasətimizin məntiqinə uyğun gəlir”. Baş nazir Nikol Paşinyan belə deyib. O, ŞƏT-ə KTMT-yə üzv ölkələrin də daxil olması barədə suala birmənalı cavab verməyib.

Siyasi baxımdan ŞƏT-ə üzv olmaq Ermənistan üçün mühüm addım olacaq, onun beynəlxalq subyektivliyini gücləndirəcək. Çin, Rusiya, Hindistan və İran kimi güclərlə eyni masa arxasında duran İrəvan öz mövqeyini çatdırmaq və maraqlarını yüksək səviyyədə müdafiə etmək üçün əlavə kanal əldə edəcək. Onun fikrincə, suverenliyə qarşılıqlı hörmət və təhlükəsizlik sahəsində əməkdaşlıq prinsiplərini bəyan edən təşkilatda iştirak dolayısı ilə Ermənistanın təhlükəsizlik hissini gücləndirə bilər.

Ekspertlər hesab edir ki, iqtisadi baxımdan üzvlüyün təsiri tədricən, lakin nəzərəçarpan ola bilər. ŞƏT ölkələri birlikdə qlobal iqtisadiyyatın mühüm hissəsini təşkil edir və Ermənistan Avrasiya məkanında yeni bazarlara və investisiya layihələrinə çıxış əldə edəcək. Bəzilərinin Qərblə Rusiya arasında “tərəqqi” hesab etdiyi Ermənistan üçün bu, Avrasiya birliyində möhkəmlənmək niyyətindən xəbər verir. Çin, Rusiya, Hindistan və digər böyük dövlətlərin bayraqlarının yanındakı Ermənistan bayrağı daxili auditoriya üçün güclü imicdir. Ermənistan  beynəlxalq arenada müstəqil oyun oynadığını və təcrid olunmuş autsayderə çevrilmədiyi mesajını da vermək istəyir.

Yada salaq ki, ötən ilin avqustunda Bakı ŞƏT-dəki “dialoq tərəfdaşı” statusunun “müşahidəçi” statusuna dəyişdirilməsi üçün müraciət edib. Bu, potensial olaraq, tamhüquqlu üzvlük yolunda bir mərhələdir. Bu addım toplusu bütövlükdə Rusiya 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bəri Çinin regionda investor və ticarət tərəfdaşı kimi artan nüfuzunun göstəricisidir. Belə bir şəraitdə Ermənistanın ŞƏT-ə inteqrasiyasına Çin kimi bir dövlətin dəstək verməsi nə dərəcədə düzgün sayıla bilər?

Deputat Sona Əliyeva: \"Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır\" |  AzEdu.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüklə bağlı müraciəti birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır: “Yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yolunda ciddi addımlar atılacaq. Hətta sülh sazişindən öncə Zəngəzur dəhlizinin açılması gözlənilir. Bu da o deməkdir ki, bu ilin sentyabr-dekabr periodunda Zəngəzur dəhlizi açıla və fəaliyyətə başlaya bilər. Bir sözlə, 2026-cı ildən bu dəhlizin fəaliyyətə başlaması istisna deyil. İrəvan da bu baxımdan Pekinlə iqtisadi əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Ermənistana əlavə dividentlər gətirəcək. Ermənistan hökuməti iqtisadi böhrandan çıxmaq üçün Çinlə yaxınlaşmağı və ŞƏT-in tərkib hissəsi olmağı qarşısına məqsəd qoyub. Çin də bu məsələdə maraqlıdır. Pekin Kremli İrəvandan vurub çıxarmaq və iqtisadi layihələrlə Güney Qafqazda möhkəmlənməyə can atır. Bu, hazırkı mərhələdə Ermənistanın da xeyrinədir. İrəvan Moskvanın caynağından qurtulmağa cəhd göstərir. Amma İrəvan ŞƏT-ə üzv olarsa, Ermənistanın Avrasiya Gömrük İttifaqındakı statusu laxlaya bilər. Doğrudur, Rusiyada Ermənistanın Qərbə doğru siyasi, Şərqə doğru iqtisadi həmlələrini yaxından izləyirlər. Görünən odur ki, Kreml yaxın vaxtlarda Ermənistana qarşı kəskin addımlar atacaq. Fəqət, indiki mərhələdə hələ ki bütün oyunçular səbrlə hadisələrin axarını gözləyirlər. Çin “Bir kəmər – bir yol” layihəsi üzərindəki bütün dövlətləri öz iqtisadi qanadları altına almaq istəyir. Azərbaycan da ŞƏT-in imkanlarından öz mənfəətləri çərçivəsində yararlanmaq niyyətindədir. Görünən odur ki, Rusiyanın hərbi dilinin kəsilməsi fonunda regiona yeni iqtisadi güc – Çin hakimlik edəcək. Bunun bizim üçün başlıca üstünlüyü Güney Qafqaz regionuna uzunmüddətli sülhün gəlməsidir”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov burada bir vacib amili önə çəkərək, Ermənistanın Çin üçün cəlbedici olmadığını qeyd etdi: “Ermənistan eyni vaxtda bir-biri ilə rəqib olan, ayrı-ayrı qütbləri özündə birləşdirən Aİ-nin, Aİİ-nin, ŞƏT-in üzvü olmaq istəyir. Bunu da balanslaşdırma siyasəti ilə izah etməyə çalışır. Halbuki hazırkı dönəmdə həmin təşkilatlar nəinki rəqabət aparmırlar, hətta kəskin qarşıdurmadadır. Ermənistan üçün ən böyük bazar Aİİ olmasına baxmayaraq, bu təşkilata alternativlərlə çıxış axtarılmasını əslində İrəvanın özünü vacib oyunçu kimi göstərmək və regional əhəmiyyətini qabartmaq cəhdi kimi də izah etmək olar. Ermənistan çalışır ki, Qlobal Şimal və Qlobal Cənub arasında özünü körpü kimi təqdim etsin. Lakin onun belə bir imkanlara malik olması mümkün deyil. Çünki nə coğrafi, nə strateji, nə kommunikativ, nə də təbii resursları buna imkan vermir. Dənizlərə çıxışı yoxdur,  transmilli  nəqliyyat və enerji layihələri   üzərindən keçmir. İrəvan Türkiyə və Azərbaycandan asılı vəziyyətdədir. Ermənistanın dünyaya çıxışı məhz Azərbaycan və Türkiyədən asılıdır. Ona görə də İrəvanın ŞƏT-ə açılması ehtimal edilən qapısı da hər iki qonşusu ilə quracağı münasibətdən asılı olacaq. Aydındır ki, Avropatlantika məkanına inteqrasiya xətti nümayiş etdirən Ermənistanın bu ideyasına qovuşacağı utopiyadır. Ən azından ona görə ki, Moskvadan iqtisadi-siyasi asılılığı və başlığı qoparsa, hətta mövcudluğu sual altına düşər. ŞƏT-də dominantlığı Çinin etdiyini nəzərə alsaq, burada da, məncə, İrəvan üçün perspektiv görmürəm. Çin perspektivli və strateji  məqsədlərə investisiya yatırır. Ermənistan bu baxımdan Çin üçün cəlbedici deyil. Müşahidəçi statusu müraciəti hələ bu quruma təmsil olunmaq yolunu açmaq anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, Çinlə Hindistan artıq iki böyük rəqibdir. Hindistan daha çox Ermənistanla əməkdaşlığa maraq göstərirsə, Çin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə üstünlük verir. Deməli, Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdikcə sürətlənməsi çoxvektorlu siyasətin də gerçəkləşməsinə səbəb ola bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi

Next

Xocalıda yanğına səbəb olan şəxs SAXLANILDI

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv