Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Nobel Sülh Mükafatına ən layiqli namizəd Prezident İlham Əliyevdir

By Vüsal Rafiqoğlu
06.08.2025 3 Min Read

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp bu il Nobel Sülh Mükafatına namizəd kimi göstərilib. Bu da bir sıra müzakirələrə səbəb olub. Çünki Ağ Ev sahibi hələ seçki kampaniyası dövründə hakimiyyətə gələcəyi təqdirdə 24 saata Rusiya-Ukrayna müharibəsini bitirəcəyi barədə vəd vermişdi.

Amma artıq 7 aya yaxındır ki, prezidentlik kürsüsündə əyləşib, savaş isə artan xətlə davam edir.

Bütün bunlardan çıxış edərək Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Nobel Sülh Mükafatına ən layiqli namizəd Azərbaycan Prezidenti İlham Əliyevdir.

badam.jpeg (279 KB)

Musavat.com xəbər verir ki, o, fikirlərini belə əsaslandırıb:

“Düzdür, ABŞ prezidenti Donald Trampı Sülh Mükafatına təqdim etmək olar. Çünki o, müharibələri dəstəkləmir. Hətta Trampın birinci prezidentliyi dövründə də yeni müharibələr baş verməyib. İkinci prezidentliyə seçkilər kampaniyasında isə Rusiya-Ukrayna müharibəsini prezident seçiləndən sonra 24 saata həll edəcəyini demişdi. Amma zaman göstərdi ki, bu müharibə hələ uzun müddət davam edəcək və onu dayandırmaq heç də asan məsələ deyil.

Hindistan-Pakistan müharibəsi isə çox kövrək şəkildə dayanıb və hər zaman yenidən gərginliyin yaranması ehtimalları qalmaqdadır. Yəni bütün bunlara baxmayaraq, Donald Trampı sülh niyyətlərinə və cəhdlərinə görə Sülh Mükafatına təqdim etmək olar.

Amma Azərbaycan-Ermənistan münaqişəsinin sonlandırılmasının əsas müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Çünki 30 ildə davam etmiş bir münaqişəni dayandıran dövlət başçısı olmayıb və ya bu, tarixdə çox təsadüfi haldır.

Trampın birinci prezidentliyi dövrü torpaqlarımızın işğal altında olduğu vaxta təsadüf olunub. Amma onun prezident olduğu illərdə Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması istiqamətində hər hansı bir dəyişiklik olmadı.

BMT TŞ-nin 4 qətnaməsinin icra olunması üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri də ABŞ idi. Amma Minsk qrupu münaqişəni dondurmağa və münaqişənin hərbi yolla həllinin olmadığına bizi inandırmağa çalışdı. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi və dəyişilməz mövqeyi sayəsində münaqişənin əvvəlcə hərbi, sonra da siyasi yollarla həll olunması üçün yol açdı.

Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinə başlayanda heç bir dövlət hərbi əməliyyatların belə sonluqla başa çatacağına inanmırdı. Hətta Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad edəcəyinə inananlar da demək olar ki, yox idi. Çünki əsas güclər Ermənistanın yanında idi. Prezident İlham Əliyevin uzun illərdə apardığı beynəlxalq siyasəti sayəsində haqlı tərəf olduğumuz, işğala məruz qaldığımız və BMT Nizamnaməsinin 5-ci bəndinə əsasən öz ərazilərimizi azad etmək hüququna malik olduğumuz beynəlxalq ictimaiyyətə qəbul etdirildi.

Müharibənin başlandığı ilk gündə Türkiyə prezidentinin “Biz hər cür yardımla can Azərbaycanın yanındayıq” deyərək verdiyi mənəvi dəstək, Pakistanın yanımızda olduğunu bildirməsi gücümüzə güc qatdı və üstümüzə gəlmək istəyən gücləri çəkindirdi.

Təbii ki, bu uğura Prezident İlham Əliyevin uzaqgörən siyasəti, öz torpağına və xalqına sədaqəti sayəsində nail olunmuşdu. 44 gündə torpaqlar işğaldan azad olunudu. 20 sentyabr 2023-cü ildə isə ərazilərimizdə erməni separatizminin kökü kəsildi. Bu, tarixdə olmamış, görünməmiş hadisə idi.

Bəli, Azərbaycan-Ermənistan münaqişəsinin sona çatmasının yeganə müəllifi Prezident İlham Əliyevdir. Qələbəni qazandıran isə dövlət başçımızın yanında birləşmiş xalq və düşmən gülləsinə sinəsini sipər etmiş Azərbaycan əsgəridir. Yəni qələbəmizin şəriki yoxdur. Bu, müstəsna şəkildə dövlət başçımızın xidmətidir. Bu baxımdan Nobel Sülh Mükafatına ən layiqli namizəd Prezident İlham Əliyevdir”.

Deputat onu da qeyd edib ki, Azərbaycanla Ermənistan arasında razılaşdırlmış sülh müqaviləsinin müəllifi də Prezident İlham Əliyevdir:

“Məhz cənab Prezidentin rəhbərliyi altında yaratdığımız yeni reallıq Ermənistanı sülhə məcbur edir. Düzdür, müzakirələr, görüşlər müxtəlif polatformalarda keçirilə bilər. Amma ən səmərəli görüşlər ikitərəfli keçirilən görüşlərdir. Belə ki, 10 iyulda Əbu-Dabidə keçirilmiş görüşü nəticəyönümlülüyünə görə yüksək dəyərləndirmək olar.

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə keçiriləcək görüş də çox əhəmiyyətli olacaq. Bu görüşdə sülh gündəliyinin kifayət qədər irəliləyəcəyini hesab edirəm. Yəni görüşdə sülh müqaviləsinin paraflanması və ya hər hansı bir memorandum imzalana bilər. Amma bu, yekun sülh müaviləsi olmayacaq. Yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələbimiz olan Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin göndərilməsiylə bağlı mövqeyimiz dəyişilməz qalacaq. Bu iki məsələ həll olunandan sonra yekun sülh sənədini istənilən məkanda imzalamaq olar. Yekun sülh müqaviləsi imzalanandan sonra 30 illik bir münaqişəyə ədalətlə son qoyulduğuna görə Prezident İlham Əliyevin Sülh Mükafatına təqdim olunmalı olduğunu hesab edirəm. Çünki bu mükafatın əsl sahibi cənab Prezidentdir”.

Cavanşir ABBASLI
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yaradıcı ziyalılardan dissidentlik ummaq adəti – çoxluq isə susur, başını qoruyur

Next

Ölkəyə dəvə gətirilməsi yasaqlandı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv