Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

8 avqust – Kremlin Cənubi Qafqazdakı hökmranlığına son qoyan tarix – Ramiz Yunus ABŞ-dən yazır

By Vüsal Rafiqoğlu
09.08.2025 3 Min Read

Azərbaycan sülh masasında da qalib gəldi – Kreml bu prosesdən kənarlaşdırılıb

Dünən öz səhifəmdə paylaşdığım məqalədə yazdıqlarım bu gün Ağ Evdə tam təsdiqini tapdı. Azərbaycan Prezidenti əvvəlcə müharibədə qalib gəldi, bu gün isə sülh gündəliyində də qələbə qazandı.

Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. ABŞ Prezidenti Donald Tramp isə bu prosesin qarantı oldu. Rusiya və şəxsən Vladimir Putin isə uzun illər boyu həm Azərbaycana, həm də Ermənistana qarşı “havuç və çubuq” siyasətinin aləti kimi istifadə etdiyi bu prosesdən tamamilə kənarlaşdırıldı. Əminəm ki, Kreml rejiminə bu vəziyyət heç xoş deyil.

Təsadüfi deyil ki, son dövrlər Rusiya açıq şəkildə Azərbaycanla qarşıdurmaya gedir və ölkəmizə qarşı təxribatlar törədir. Rusiya məqsədyönlü şəkildə Ukraynanın Odessa qaznəqliyyat sistemi vasitəsilə ixrac olunan Azərbaycan neftini bombalayır. Bir neçə gün əvvəl SOCAR-ın yanacaqdoldurma məntəqəsinə növbəti zərbə endirildi. Xatırladım ki, bundan əvvəl də Ukraynadakı Azərbaycan səfirliyinə doğru raket atılmış, daha sonra isə SOCAR ofisinin yaxınlığına raket düşmüşdü. Bütün bunlar Rusiyanın Azərbaycana qarşı məqsədli düşmənçiliyinin açıq sübutlarıdır.

2024-cü ilin dekabrında AZAL-ın sərnişin təyyarəsinin vurulması faciəsi və Yekaterinburqda baş verən son hadisələr də bu düşmən münasibətin digər nümunələridir.

Bu gün Rusiya tərəfindən Ukrayna xalqına qarşı törədilən amansızlıq, onun keçmişdə postsovet məkanında və ondan kənarda digər xalqlara qarşı etdiklərinin davamıdır. Rusiya indi də postsovet məkanında ikinci işğalçı dövlətə çevrilib – birincisi Ermənistan idi.

Simvolik məqam odur ki, Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə görüşü və tarixi sənədlərin imzalanması 8 avqust 2025-ci ildə – Rusiyanın Gürcüstana qarşı müharibəsinin ildönümündə baş verdi. 2008-ci ilin həmin günü dünya Kremlin həqiqi imperial üzünü gördü. Buna görə də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra postsovet məkanında ictimai rəylər tam şəkildə Ukrayna xalqının tərəfindədir.

Rusiya üçün təsir aləti sayılan MDB-nin vəziyyəti də göstərir ki, Kremlin toxunduğu hər şey dağılır. Moldova artıq təşkilatdan çıxıb, Azərbaycan isə onun tədbirlərində iştirak etmir. Baş nazirin birinci müavini Yaqub Eyyubov MDB-nin İqtisadi Şurasının son iclasını da görməməzlikdən gəldi.

Təəssüf ki, müasir dünyada “hüququn gücü” işləmir, “gücün hüququ” isə sivil dünya tərəfindən Rusiya kimi dövlətlərə qarşı hələ də lazımi səviyyədə tətbiq olunmur. Buna görə də postsovet ölkələri Rusiyanın Ukraynaya qarşı təcavüzü fonunda geosiyasi proseslərə qarşı çox ayıq-sayıq olmalıdır. Kreml zor gücünə sülhə məcbur edilənədək postsovet məkanında sakitlik olmayacaq.

Ancaq bundan sonra Rusiya yırtıcı siyasətindən əl çəkəcək və həm vurulan sərnişin təyyarəsi, həm də Rusiyadakı azərbaycanlı diaspor nümayəndələrinə qarşı törətdiyi bütün təzyiqlərlə bağlı Azərbaycanın haqlı tələblərini yerinə yetirməyə başlayacaq.

Ağ Evdə imzalanan tarixi sənəd və səslənən bəyanatlar Rusiyanın Cənubi Qafqazdakı uzunmüddətli ekspansiyasına son qoyulacağına dair böyük ümid yaradır.

Yuxarıda sadalananları və Cənubi Qafqazın tarixini yaxşı bildiyimi nəzərə alaraq əminliklə deyə bilərəm ki, regionda sülh üçün tunelin sonunda işıq görünür. Bu, Rusiyanın və ya İranın xoşuna gəlsə də, gəlməsə də, bu tarixi prosesi dayandıra bilməyəcəklər.

Bu gün hər kəs anlayır ki, yalnız Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi Cənubi Qafqazda real sülh prosesini başlatdı. Qarşıda həm Azərbaycan, həm də Ermənistan xalqlarını çox ağrılı barışıq mərhələsi gözləyir. Lakin böyük hərbi strateq Karl fon Klauzevitsin dediyi kimi: “Əzəldən yalnız böyük qələbələr böyük nəticələrə gətirib çıxarıb.”

YUNUS.jpeg (31 KB)

Ramiz Yunus,
Xəzər Universitetinin professoru

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

XİN Prezidentin ABŞ-a səfərinin nəticələrinə dair məlumat yaydı

Next

Hakan Fidan Ceyhun Bayramovu təbrik etdi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv