Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Avqustun 9-u Beynəlxalq Yerli Xalqlar Günüdür

By Vüsal Rafiqoğlu
09.08.2025 3 Min Read

Avqustun 9-u dünyada Beynəlxalq Yerli Xalqlar Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün 1994-cü ildə BMT-nin təşəbbüsü ilə həm də mədəniyyətlər, dillər, adət və ənənələr arasında qarşılıqlı hörmət günü elan edilib.

Yerli xalqlar ətraf mühitin qorunmasında və mühafizəsində mühüm rol oynayırlar. Yerli icmalar çox vaxt iqlimin qorunması, ərzaq təhlükəsizliyi və davamlı torpaq istifadəsi ilə bağlı ənənəvi biliklərin mənbəyidir.

BMT-nin rəsmi saytının məlumatına əsasən, 2025-ci ildə Beynəlxalq Yerli Xalqlar Gününün mövzusu “Yerli xalqlar və süni intellekt: Hüquqların müdafiəsi, gələcəyin formalaşdırılması”dır.

Süni intellekt mədəni dirçəlişə, gənclərin gücləndirilməsinə, hətta iqlim dəyişikliyinə uyğunlaşmaya dəstək ola bilsə də, çox vaxt yerli xalqlara qarşı mövcud qərəzləri, ayrı-seçkiliyi və təhrifləri gücləndirir.

Əksər süni intellekt sistemləri yerli xalqların iştirakı olmadan yaradılır ki, bu da onların məlumatlarının, biliklərinin və kimliklərinin sui-istifadə olunması riskini yaradır. Bundan əlavə, böyük həcmli məlumat mərkəzləri yerli xalqların torpaqlarına, resurslarına və ekosistemlərinə də təsir göstərə bilər. Bu isə, xüsusən kənd ərazilərində yeni texnologiyalara çıxışda mövcud baryerlərə əlavə olunaraq, yerli xalqların süni intellektlə bağlı proseslərdə tam iştirakını məhdudlaşdırır.

Süni intellektin bütün potensialını açmaq üçün yerli xalqlar hüquq daşıyıcıları, həmmüəlliflər və qərar qəbul edən tərəflər kimi tanınmalıdır. Əhəmiyyətli inklüzivlik, məlumat suverenliyi və mədəni əsaslı innovasiya onların icmalarını gücləndirməyin əsas açarıdır.

Hazırda dünyanın 90 ölkəsində təxminən 476 milyon yerli xalq nümayəndəsi yaşayır. Onların 15 faizini ən yoxsul təbəqələr təşkil edir. Yerli xalqlar dünyanın təxminən 7 min dilinin böyük əksəriyyətində danışır və 5 min fərqli mədəniyyəti təmsil edirlər.

Yerli xalqlar özünəməxsus mədəniyyətlərin və insanların, həmçinin ətraf mühitlə ünsiyyətin unikal formalarının varisləri və daşıyıcılarıdır. Onlar yaşadıqları dominant cəmiyyətlərdən fərqli sosial, mədəni, iqtisadi və siyasi xüsusiyyətlərini qoruyub saxlayıblar. Mədəni fərqliliklərinə baxmayaraq, dünyanın müxtəlif bölgələrindən olan yerli xalqlar özlərinin fərqli xalqlar kimi hüquqlarının qorunması ilə bağlı ortaq problemləri bölüşürlər.

Yerli xalqlar illərdir kimliklərinin, həyat tərzlərinin, təbii sərvətlərinə olan hüquqlarının tanınmasına çalışırlar. Bu gün yerli xalqlar, şübhəsiz ki, dünyanın ən çox dezavantajlı və həssas qruplarından biri hesab olunur. Beynəlxalq ictimaiyyət artıq anlayır ki, onların hüquqlarının qorunması və fərqli mədəniyyətlərinin, həyat tərzlərinin davam etdirilməsi üçün xüsusi tədbirlər görülməlidir.

Bu əhali qruplarının ehtiyacları barədə ictimai maarifləndirməni artırmaq məqsədilə hər il avqustun 9-u Beynəlxalq Yerli Xalqlar Günü kimi qeyd olunur. Həmin gün 1982-ci ildə Cenevrədə BMT-nin Yerli Əhali üzrə İşçi Qrupunun ilk iclası olub.

Dünyada mövcud olan təxminən 7 min dilin ən azı 40 faizi müəyyən dərəcədə yox olma təhlükəsi altındadır. Yerli dillər xüsusilə həssas vəziyyətdədir, çünki onların çoxu məktəblərdə tədris edilmir və ictimai mühitdə istifadə olunmur. 2022-ci ildən etibarən BMT yerli mədəniyyətlərin qorunması və təşviqi üçün daha bir mühüm mərhələyə – Yerli Dillər Onilliyinə (2022–2032) başlayıb.

COP29-un sosial şəbəkədəki rəsmi səhifəsində yayımlanan paylaşımda bildirilib: “Bu gün COP29 Sədrliyi Beynəlxalq Yerli Xalqlar Gününü alqışlayır. Yerli xalqlar dünyanın ən zəngin və mühüm ekosistemlərinin qoruyucuları kimi mühüm rol oynayır və iqlim böhranına qarşı qlobal mübarizənin ayrılmaz hissəsidir. COP29-da Yerli İcmalar və Yerli Xalqlar Platformasının Bakı İş Planı yaradıldı. Biz bununla qürur duyuruq. Bu plan onların iqlim siyasətinə və tədbirlərinə mənalı şəkildə cəlb olunmasını dəstəkləyir. Braziliyada keçiriləcək COP30-da yerli xalqların güclü səsini eşitməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Bakıda keçirilən COP29-da Yerli İcmalar və Yerli Xalqlar Platforması çərçivəsində Böyük Britaniya hökuməti 239 milyon funt sterlinq (299 milyon ABŞ dolları) vəd edib.

Şübhəsiz ki, süni intellekt yerli xalqlara mədəniyyətlərinin dirçəldilməsindən tutmuş gənclərin gücləndirilməsinə və iqlim dəyişmələrinə qarşı dayanıqlığın artırılmasına qədər bir çox sahədə kömək edir. Lakin onların tam iştirakı olmadan, süni intellekt bu icmalarda mövcud qərəzləri və ayrı-seçkiliyi daha da dərinləşdirə bilər.

Süni intellekt yox olmaq təhlükəsində olan dillərin və şifahi ənənələrin qorunmasına, ata-baba torpaqlarının xəritələşdirilməsinə və iqlim dəyişikliyinə qarşı mübarizədə yerli xalqların müdrikliyinin gücləndirilməsinə kömək edə bilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Naxçıvanda avqust ayının pensiya ödənişi başa çatdırılıb

Next

Adı şirin gəlsə də… – Keyfiyyətli dondurmanı necə seçək?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv