Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ağ qaz, boz qaz, mavi qaz – “üçünü də kəsək”!

By Vüsal Rafiqoğlu
12.08.2025 3 Min Read

Rusların özlərinin öz xasiyyətləri haqda yaratdığı bir lətifə var, bu günlərdə baş verən hadisələrin fonunda ibrətlikdir (keçmişdə “ibrətamiz” yazardıq).

Lətifə belədir: Bir gün mujik gedir hamıdan ağıllı saydığı yəhudi ravvinin yanına, ondan soruşur: -Möhtərəm rebe, iki qazım var, biri ağdır, biri boz, birini kəsməliyəm, hansını kəsim?

Ravvin çox düşünmədən deyir: – Ağ qazı kəs.

Kişi qane olmur: – Onda boz qaz darıxacaq axı.

Ravvin məsləhətinə düzəliş edir: – Elədirsə, boz qazı kəs.

Kişi yenə kifayətlənmir: – Onda da ağ qaz darıxacaq.

Ravvin qazların darıxmaması üçün radikal tövsiyə verir: – İkisini də kəs.

Kişi razı qalmır: – İkisini də kəssəm, özüm darıxacam.

Ravvin görür ki, adam heç bir varianta qane olmayan qırışmallardandır, onu başından etmək üçün deyir, get rus keşişin yanına, o, mütləq bu müşkülə çarə tapacaq.

Qaz yiyəsi gəlir pravoslav keşişnin yanına, deyir: – Müqəddəs ata, iki qazım var, biri ağdır, biri boz, birini kəsməliyəm, hansını kəsim?

Rus keşiş çox düşünmür, deyir, ağ qazı kəs. Kişi ravvinə dediyi sözü ona da deyir: – Boz qaz darıxacaq axı.

Müqəddəs ata nervilənir: – Cəhənnəmə-gora darıxsın, get kəs.

Bu qədər sadə. Radikal həll yolu. Dərin düşüncələrə ehtiyac yoxdur. Duyğusallıq nəyə lazım? Variantları götür-qoy etmək uzun çəkir. “Ağ qazı kəs”, vəssalam. Kəsirsən, məsələ bitir. Boz qaz depressiyaya düşəcək, düşməyəcək, önəmli deyil.

Onlar belədirlər. Çox dərin düşünməyi, ağır-yüngül etməyi, variantları ölçüb-biçməyi sevmirlər, lazımdırsa, dərhal ağ qazı kəsirlər, iş bitir.

Ukraynada belə etdilər. Problem vardı: Kiyev NATO-ya girmək istəyirdi. Moskva hesab edirdi ki, Kiyev NATO-ya girsə qardaşlıq pozulacaq. Kiyev düşünürdü ki, NATO-ya girsə, Moskvayla qardaş olaraq qala biləcək. Amma Putin öz silahdaşlarından “nə edək, necə edək” deyə soruşanda hamısı təxminən “ağ qazı kəsək” dedi. “Bəs qardaşlıq pozulacaq axı” deyənlər oldu. Onlara da xorla cavab verdilər: “Cəhənnəmə pozulsun”.

Budur, 3 il 7 aydır ki, qardaşlıq pozulub, region cəhənnəmə dönüb. Trampın dediyinə görə, arada 1 milyon adam ölüb. Rusiyada “sülh” deyənlərin dilindən tutur, “xarici agent” adlandırırlar. Ukraynada da barışıqdan danışanları “xain” hesab edirlər, çünki ölkənin 20 faizi işğaldadır, nə barışıq. Qəliz vəziyyətdir. Görək Tramp Alyaskada nə edəcək. Ümid yalnız Trampadır.

İndi 7 aydır bəlli səbəblərdən limoni olan Rusiya-Azərbaycan münasibətləri son 45 gündə lap turşalıb, tərəflərin politoloqları bir-biri haqqında üzlərini turşutmadan danışmırlar. İndiyəcən adımız çəkiləndə mır-mır mırıldayan Solovyov isə o gün öz verilişində bizi asıb-kəsib. Yəni qazları kəsmyo təklif edib.

Hazırda Rusiya hələlik bizim Ukraynadakı qaz kəmərimizi vurub, qaz kəsilib. Yəqin Ermənistanın da qazını kəsəcəklər – mavi qazını. Rusiyanın qazı alınmasa, qazlayıb irəli gedəcək.

Solovyov heç, həmişə hiddətli-hiddətli danışması üzündən bir gün studiyada öləcək, Rusiya televizyonçuluğuna ağır itki üz verəcək, əvəzində postsovet məkanı rahat nəfəs alacaq, ancaq o biri “patriot”lar da eyzən zəvzəyirlər ki, Cənubi Qafqazda yeni bir “xüsusi əməliyyat” təşkil etmək lazımdır. Sanki birinci “xüsusi əməliyyat”da əlləri bala batıb, qalıb ikincisi.

Qırılmışlar fikirləşmirlər ki, arada ermənilərin hamisi Fransa, bizim müttəfiqimiz Türkiyə var. O tərəfdə dünya jandarmı Amerika, bu tərəfdə nüvə bombası olan Pakistan durur. Bu, 1979-cu ildə Əfqanıstana desant göndərib Hafizulla Əmini devirmək, güllələmək deyil, heç bir “Alfa”-malfa, “Vımpel”-mımpel Paşinyana yaxın düşə bilməz. (İşə baxın, qismətdə erməni baş nazirdən ötrü narahat olmaq də varmış).

Həm də dava-şavanın səbəbi nədir axı? Ermənistanla Azərbaycan daha savaşmaq istəmirlər, barışmaq istəyirlər, “yol açılsın, gediş-gəliş, ticarət olsun” deyirlər. Bu, elə də böyük qəbahət və ya cinayət deyil. Yaxşı, deyək ki, bir səhvdir, olub, bu iki dövlət icazəsiz barışır, amma ta, bu, ikisi ilə düşmənçiıik aparmağa səbəbiyyət vermir.

Amma ağzımızda “mübhəm rus qəlbi” deyirik, bilmək olmaz, bir də görərik, nəsə bir qazan qaynatdılar və qazanın alıtındakı və içindəki qaz deyil, başqa şeydir.

Durduğun yerdə zibilə düşmək budur.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

AHİK “İnkişaf strategiyası”nı təsdiqlədiFOTO

Next

Dünyada bahalaşan ət – Azərbaycana yan təsirləri

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv