Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yollarda “qətliam” – sürücüləri total yoxlama zamanı

By Vüsal Rafiqoğlu
12.08.2025 4 Min Read

Nəqliyyat eksperti yay aylarında qəzaların sayının artması səbəblərini açıqladı

Ötən həftə Azərbaycan yollarında qətliam kimi qəza baş verdi. Avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazağa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşdu. Nəticədə 7 nəfər öldü.

Bu dəhşətli faciə ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi açıqladı ki, Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.

Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı “Mersedes-Bens” markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Həmçinin məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb: “Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Yeri gəlmişkən, Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edərək bildirir ki, iri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.

Keçidlərdə piyadaların avtomobillə vurulması halları baş verir" - Elməddin  Muradlı | news365.az

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, yay aylarında qəzaların sayının artması yollarda hərəkət intensivliyinin artması ilə bağlıdır. O qeyd etdi ki, yay aylarında istirahət mövsümünün başlanması ilə əlaqədar hərəkətlilik artır və bu da qəza risklərini yüksəldir: “Bu, isti hava ilə birbaşa bağlı deyil. Əlbəttə, yay fəslində insanlar istirahətə çıxır, səfərlər artır. Bu isə hərəkətliliyin artması deməkdir. Harada hərəkətlilik varsa, orada risk, təhlükə də qaçılmazdır. Amma burada əsas məsuliyyət daşıyan məhz vətəndaş, sürücü və piyadadır. Hər biri öz hərəkətinə və davranışına diqqət etməlidir. Bəzi sürücülərin və şəxslərin məsuliyyətsiz və düşüncəsiz davranışları qəza riskini daha da artırır. Bəzən insanlar düşünür ki, qaydalar pozulmaq üçün yazılıb. Amma bu, ölümə səbəb ola biləcək bir məsələdir. Tək bir səhv hər şeyi məhv edə bilər. Ona görə də ən düzgün yol qaydalara əməl etməkdir. Sürücülər anlamalıdırlar ki, bu qaydalar kiminsə şəxsi marağı üçün deyil, onların təhlükəsizliyi üçündür”.

E.Muradlı vurğulayıb ki, dövlətin tətbiq etdiyi qaydaların əsas məqsədi insanların həyatını qorumaqdır: “Yol hərəkəti qaydalarına əməl olunması, avtomobillərin saz vəziyyətdə saxlanılması, yolların vaxtında təmiri və işıqlandırma sistemlərinin düzgün işləməsi qəza riskini azalda bilər. Eyni zamanda yol qəzalarında bəzən yol şəraiti və aidiyyəti qurumların səhlənkarlığı da rol oynayır. Bütün qəzalarda sürücüləri və piyadaları günahlandırmaq düzgün deyil. Yol şəraitinə cavabdeh olan şəxslər və qurumlar da məsuliyyət daşıyırlar. Onların da qanunla müəyyən olunmuş vəzifələri var və bu vəzifələri yerinə yetirmədikləri halda qanunla məsuliyyət daşımalıdırlar. Nəzarət mexanizmləri gücləndirilməli, heç kim qanundan və məsuliyyətdən kənarda qalmamalıdır. Təəssüf ki, bəzən kimlərsə özlərini qanundan üstün hesab edir və məsuliyyətdən yayınır. Bu isə qəzalara və itkilərə səbəb olur. İnsanlar həyatlarına dəyər verməli, dövlət qurumları isə üzərinə düşən məsuliyyəti unutmamalıdırlar”.

Ekspertin fikrincə, qanunvericilik təkmilləşəndən sonra fərqlənmə nişanı, buraxılış vərəqəsi və buraxılış kartı almaq kimi tələblər qoyuldu, lakin bəzi bölgələrdə bu qaydalara əməl edilmir və qanunsuz fəaliyyət davam edir: “Təəssüf ki, sərnişinlər də bəzən tanışlıq və ya ucuz qiymətə görə belə xidmətlərdən istifadə edirlər. Amma Baş Dövlət Yol Polisi tərəfindən yayılan açıqlamadan da gördük ki, mütləq müəyyən qaydalara əməl olunmalıdır. Bu qaydalara əsasən, sürücülərin seçimi zamanı bəzi məsələlərə diqqət yetirmək lazımdır. Ancaq bəzi insanlar bunu nəzərə almırlar. Hər kənddə, hər rayonda qanuni və ya qanunsuz nə işlə məşğul olduğu bəlli olmayan insanlar var. Tanışlıqla tapırlar, danışırlar ki, “hə, sabah bizi apar rayona”, amma maraqlanmırlar ki, o sürücü sağlamdır, yoxsa xəstə, iş və istirahət rejimi, avtomobilinin vəziyyəti necədir, texniki məsələlər qaydasındadırmı və s. Hamı deyir ki, rahat olsun, bir az da ucuz olsun, məni aparsın-gətirsin. Xüsusən də biz bu problemləri yay aylarında görürük. Bu da nəticə etibarilə belə ağır faciələrə gətirib çıxarır. Bu, narahatlıq doğuran məsələdir. Ona görə vətəndaşlara tövsiyə edirik ki, bu cür hallarda diqqətli olsunlar, dövlət tərəfindən yayılan açıqlamalara biganə yanaşmasınlar. Həm özlərini, həm də digərlərini təhlükəyə atmasınlar. Sürücülər bilməlidirlər ki, sərnişindaşıma fəaliyyəti çox həssas sahədir və burada qaydalara əməl etmək vacibdir. Qayda pozuntusu artıq faciəyə gətirib çıxarır. Mətbuat və yol polisi tərəfindən bu məsələlərə nəzarət daha da artırılmalıdır. İndi sual ortaya çıxır ki, o boyda mikroavtobus necə çıxıb bu yola, o sürücünün istirahət və iş rejimi ilə bağlı nəzarət necə və harada aparılıb? Özü də deyirlər, sürücü xəstədir, ürəktutmasından vəfat edib. Xəstə adam sükan arxasında niyə olmalıdır? Yəni bilirsiniz, insanların özünün də məsuliyyəti olmalıdır, amma bu, bəzən arxa plana keçir və nəticə ağır olur. Bir qəzada 7 nəfəri itirmək, doğrudan da, dəhşətli və ciddi narahatlıq doğuran bir hadisədir. Belə halların təkrarlanmaması üçün mütləq nəzarət mexanizmini bir daha gözdən keçirmək lazımdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Lənkəranda yol təmirinə 1,5 milyon manat ayrıldı – SƏRƏNCAM

Next

AHİK “İnkişaf strategiyası”nı təsdiqlədiFOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv